Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-22/2021 26.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14422 manatın, 5000 manat dəymiş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının gedişində iş üzrə tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək təqdim edilmiş müvafiq barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: “Biz, bir tərəfdə “İddiaçı Cavabdeh pul tələbinə” dair 2(111)-22/2021 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdə isə Cavabdeh aşağıdakı məzmunda barışıq sazişi bağlayırıq:
1. Mən iş üzrə iddiaçı Əhmədov X1 Babək Mühasib oğlunun mənə olan borcunun 4500 (dörd min beş yüz) manat olduğunu etiraf edirəm. Həmin məbləği 2021-ci ilin mart ayından başlayaraq hər ay 30 (otuz) manatdan az olmamaq şərti ilə mənə qaytarmasına və iş üzrə icraata xitam verilməsinə razıyam.
2. Mən iş üzrə Cavabdeh İddiaçı 4500 manat borcum olduğunu etiraf edirəm. Həmin borcu 2021-ci ilin mart ayından başlayaraq hər ay 30 manatdan az olmamaq şərti ilə qaytarmağı öhdəmə götürürəm və iş üzrə icraata xitam verilməsinə razıyam.
3. Barışıq sazişi üzrə öhdəlik icra olunmasa iddiaçının ərizəsi ilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılaraq icraya yönəldilməsinə razıyıq.” Məhkəmə iş üzrə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumu məbləğinin qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə iddiaçının xx xxxxxx 2020-ci il tarixli qəbz əsasında ödədiyi 30 manat məbləğində pul qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadda büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərar verdi:
İddiaçının Cavabdeh pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli, “Biz, bir tərəfdə “İddiaçı Cavabdeh pul tələbinə” dair 2(111)-22/2021 saylı mülki iş üzrə İddiaçı, digər tərəfdə isə Cavabdeh aşağıdakı məzmunda barışıq sazişi bağlayırıq:
1. Mən iş üzrə iddiaçı Əhmədov X1 Babək Mühasib oğlunun mənə olan borcunun 4500 (dörd min beş yüz) manat olduğunu etiraf edirəm. Həmin məbləği 2021-ci ilin mart ayından başlayaraq hər ay 30 (otuz) manatdan az olmamaq şərti ilə mənə qaytarmasına və iş üzrə icraata xitam verilməsinə razıyam.
2. Mən iş üzrə Cavabdeh İddiaçı 4500 manat borcum olduğunu etiraf edirəm. Həmin borcu 2021-ci ilin mart ayından başlayaraq hər ay 30 manatdan az olmamaq şərti ilə qaytarmağı öhdəmə götürürəm və iş üzrə icraata xitam verilməsinə razıyam.
3. Barışıq sazişi üzrə öhdəlik icra olunmasa iddiaçının ərizəsi ilə məhkəmə tərəfindən icra vərəqəsi çıxarılaraq icraya yönəldilməsinə razıyıq.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçının Cavabdeh pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı xx xxxxxx 2020-ci il tarixli qəbz əsasında ödədiyi 30 manat məbləğində pul qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququ olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
Sədrlik edən Zülfüqar Əhmədov