Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-237/2022 02.11.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə və Maraqlı şəxs rəisi X14 iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kəngərli rayon Qarabağlar kəndində yaşamış X5 *4 may 2**8-ci il tarixdə Sumqayıt Şəhər Corat qəsəbəsində ürək çatışmazlığından ölməsinin qeyd edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X15 1939-cu il tarixdə Kəngərli rayon Qarabağlar kəndində anadan olmuşdur. Kəngərli rayon Qarabağlar kəndində yerləşən yaşayış evi və həyatyanı torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X7 və X5 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin ölüm haqqında şəhadətnamələri olmadığından o, Kəngərli rayonunda yerləşən yaşayış evini miras qaydasında öz mülkiyyətinə keçirə bilmir. X16 29.*5.2***-ci il tarixdə Şərur rayon Qarabağlar kəndində dəfn olunmuşdur və ölüm kitabında 21.*6.2***-ci il tarixdə səh 23-də qeydiyyat aparılmışdır. X15 isə 5 may 2**8-ci il tarixdə Sumqayıt şəhər Corat qəsəbəsində dəfn olunmuşdur. Maraqlı şəxs 27.*7.2*22-ci il tarixli məktubuna əsasən bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli 145 saylı qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq vəziyyəti aktlarının X6 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) təqdim edildikdə ölüm qeydiyyatı aparıla bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən təsdiq edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması Qediyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Ölüm faktının təsdiqi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunur. X15 vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. X5 ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilməz. X1 adına olan Kəngərli rayon Qarabağlar kəndində yerləşən fərdi yaşayış evini sənədləşdirilməsində ölüm haqqında şəhadətnaməsi tələb olunur. Göstərilənlərə əsasən Kəngərli rayon Qarabağlar kəndində yaşamış X8 *4 may 2**8-ci il tarixdə, Sumqayıt şəhər Corat qəsəbəsində ürək çatışmamazlığından ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilən ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında Ərizəçi Qarabağlar kəndində doğulduğunu, hazırda da orada qeydiyyatda olduğunu, anasının X15, atasının isə X16 olduğunu, atasının 2***-ci ildə, anasının isə 2**8-ci ildə vəfat etdiklərini, 1999-cu ildə islahat zamanı atası və anasının birgə mülkiyyətinə həyətyanı torpaq sahəsinin verildiyini, hazırda həmin torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini, atasının ölüm haqqında şəhadətnaməsinin olduğunu, lakin anasının ölüm haqqında şəhadətnaməsinin olmadığından torpaq sahəsini sənədləşdirə və miras hüquqlarını həyata keçirə bilmədiyini, anasının 4 may 2**8-ci ildə Sumqayıt şəhəri Corat qəsəbəsində dəfn olunduğunu, ona görə də X5 ölümünün qeyd edilmə faktının müəyyən olunmasının lazım olduğunu göstərərək X5 4 may 2**8-ci il tarixdə Sumqayıt şəhəri Corat Qəsəbəsində ürək çatışmazlığından ölməsinin qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs rəisi X18 izahatında Ərizəçi qeydiyyat şöbəsinə müraciət edərək anası X9 ölüm haqqında şəhadətnamə almaq istədiyini, lakin lazımi sənədləri təqdim edə bilmədiyini, ölümdən uzun müddət keçdiyinə görə onun anasına ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını göstərərək qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində mərhum Muradova Sərfinazla əvvəllər eyni məhəllədə yaşadıqlarını, qonşu olduqlarını, bir müddət sonra Sərfinazın yaşamaq üçün Xırdalan şəhərinə qızının yanına getdiyini, 2**8-ci ildə də orada vəfat etdiyini, Sumqayıt şəhəri Corat qəsəbəsində dəfn olduğunu, ondan sonra Qarabağlar kəndində də Sərfinaza yas saxladıqlarını, yasda özünün də yaxından iştirak etdiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Muradova Sərfinazın onun rəhmətlik anasının qohumu olduğunu, 2**8-ci ilin may aylarında vəfat etdiyini, Sumqayıt şəhəri Corat qəbiristanlığında dəfn olunduğunu, onun yas mərasiminin isə Qarabağlar kəndində keçirildiyini və özünün də həmin yasda iştirak etdiyini göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid3 ifadəsində X3 kəndində qonşu olduqlarını, Sərfinazın onun rəhmətlik yoldaşınının qohumu olduğunu, Sərfinazın Bakıya gedəndən sonra onu bir daha görmədiyini, bildiyi qədəri ilə Bakıda qızının evində yaşadığını, Sərfinazın 2**8-ci ilin may ayında vəfat etdiyini və Sumqayıt şəhərində dəfn olunduğunu, Qarabağlar kəndində də Sərfinaza yas saxlanıldığını, özünün də həmin yas da iştirak etdiyini göstərdi. İş materiallarında olan Maraqlı şəxs *8 avqust 2*22-ci il tarixli 18* nömrəli arayışına əsasən X5 ölüm akt qeydi tapılmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Corat Bələdiyyəsinin *5 avqust 2*22-ci il tarixli 75 nömrəli arayışına əsasən Ərizəçi anası 2*.*5.1939-cu il təvəllüdlü X15 *4.*5.2**8ci il tarixdə vəfat etmiş və həmin tarixdə Corat qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Kəngərli rayon İH Qarabağlar kənd İƏDÜN-nin *1 avqust 2*22-ci il tarixli 87*/22 nömrəli arayışına əsasən Muradova X11 rayon Qarabağlar kəndində qeydiyyatdadır. İş materiallarında olan İV- ЖГ 482225 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1961-ci il tarixdə Qarabağlar kəndində doğulmuşdur. X2r. İş materiallarında olan Maraqlı şəxs 27 iyul 2*22-ci il tarixli *5-15/1*6 nömrəli məktubuna əsasən X9 ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan JN-735A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən Şərur Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1999-cu il tarixli qərarı ilə X12 ailə üzvləri ilə birlikdə *.23 ha torpaq sahəsi verilmişdir. Ailə üzvlərinin siyahısında “X15” da qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs *6 dekabr 2*21-ci il tarixli ölüm akt qeydindən çıxarışına əsasən X16 29.*5.2***-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan fotoşəkildə X5 qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X15 2*.V.1939-2**8.4.V” sözləri yazılmışdır. İş materiallarında olan Kəngərli rayon Dövlət Arxivinin *2 sentyabr 2*22-ci il tarixli, 93 nömrəli arayışından görünür ki, Kəngərli rayon Qarabağlar kəndinin 1991-1995-ci illərə dair *8 nömrəli təsərrüfatbaşına kitabına əsasən X7 təsərrüfatında X15 1939-cu ildə (ay və gün göstərilməmişdir) anadan olmuşdur. İş materiallarında olan X9 məxsus İX-ЖГ 623883 nömrəli SSRİ vətəndaşının pasportundan görünür ki, X15 1939-cu ildə Qarabağlar kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X15 4 may 2**8-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində ürək çatışmazlığından vəfat etmiş və Corat qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi anasının mülkiyyətdə olan torpaq sahəsini sənədləşdirmək istədiyindən və bunun üçün də anası Sərfinazın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, Maraqlı şəxsndə X5 ölüm akt qeydi tapılmadığından anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Qarabağlar kənd sakini olmuş, 1939-cu il təvəllüdlü X5 4 may 2**8-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində ürək çatışmazlığından ölməsinin qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Qarabağlar kənd sakini, 1939-cu il təvəllüdlü X5 4 may 2**8-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində ürək çatışmazlığından ölməsinin qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-237/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-237/2022
02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver