Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-257/2025 23.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X8 Sadət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu X4 1* avqust 1995-ci il tarixdə Kəngərli rayon Xıncab kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi oğlu X9 23 yanvar 1983-cü ildə Kəngərli rayon Xıncab kəndində doğulub, orada yaşadığını, Babək 1* avqust 1995-ci ildə vəfat edərək Əliabad kənd qəbristanlığında dəfn olunduğunu, oğlunun ölümündən sonra onun uzun müddət xəstə olduğundan ona ölüm haqqında şəhadətnamə almadığını, Babəkin ölümündən keçən 3* ildən artıq bir müddətdə onun ölüm haqqında şəhadətnaməsi lazım olmadığını, hazırda həyat yoldaşından miras qalan Naxçıvan şəhəri, 59-cu məhəllə, ev 19-da yerləşən evi vərəsə olaraq adıma keçirmək istədiyini, bunun üçün Babəkin ölüm haqqında şəhadətnaməsi tələb olunduğunu, ölüm haqqında şəhadətnaməni almaq üçün Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasına, Naxçıvan şəhər Nikah evinə və Maraqlı şəxsnə müraciət etdiyini, bu barədə məlumat verildikdən sonra Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamə olmadığından Babək Məmmədovun ölüm qeydiyyatının aparılması mümkün olmadığını, oğlu X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək zərurəti yarandığını, buna görə mərhum oğlu Babək Məmmədovun 1* avqust 1995-ci ildə vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilən suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, əlavə olaraq oğlunun vəfat etdiyi vaxt ölüm haqqında tibbi şəhadətnaməsini almaq yadlarına düşmədiyini, buna görə də həmin şəhadətnaməni almadıqlarını, indi ərindən miras qalmış evini öz adına sənədləşdirmək üçün həmin şəhadətnaməyə etiyac olduğunu, uzun müddət keçdiyinə görə şəhadətnamənin verilməsindən imtina edildiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianı müdafiə edərək X4 23 yanvar 1983-cü ildə Babək rayon Xıncab kəndində doğulduğunu, 3-cü sinfədək Xıncab kənd orta məktəbini oxuduğunu, ondan sonra xəstəliyi ilə məktəbə getmədiyini, 1* avqust 1995-ci il tarixdə Naxçıvan şəhərində valideyinləri ilə birlikdə yaşadığı evdə rəhmətə getdiyini, Əliabad kənd qəbirstanlığında dəfn olunduğunu, ərizənin təmin olunmasını xahiş etdiyini göstərmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında və verilən suallara cavabında Kəngərli rayon Xıncab kəndində yaşadığını, mərhum Babək Məmmədov 1995-ci ildə xəstəlikdən vəfat etdiyini, həkimlərin hərəsi bir söz dediyini, sonra xərçəng xəstəliyindən ölməsini eşitdiyini, Babəkin dəfn mərasimində və yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında və verilən suallara cavabında mərhum Babək Məmmədovun həmkəndlisi olduğunu, onu uşaqlıqdan tanıdığını, 5-6 yaşından xəstəliyə tutulduğunu, 3-4-cü sinfədək orta məktəbə getdiyini, 1* avqust 1995-ci il tarixdə Naxçıvan şəhərində rəhmətə getdiyini, Əliabad kənd qəbirstanlığında dəfn olunduğunu, dəfnində və yas mərasimində iştirak etdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan şəhər Nikah evinin 28 iyul 2*25-ci il tarixli 1238 nömrəli arayışına əsasən X4 Naxçıvan şəhər Nikah evində ölüm haqqında akt qeydiyyatı aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 2*.*7.2*25-ci il tarixli 21 nömrəli məlumatda X4 ölüm haqqında akt qeydiyyatı tapılmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Vətəndaşların Dəfn Xidmət Bürosunun 183 №-li 31 iyul 2*25-ci il tarixli arayışında (mərhum) X6 1* avqust 1995-ci il tarixdə Əliabad qəbirstanlığında dəfn olunduğu göstərilmişdir. İş materiallarında olan Zərifə Əliyeva adına Naxçıvan şəhər Polinikasının 3* iyul 2*25-ci il tarixli 3-28-34-3/2-Ə-31-42-18/2*25 №-li məktububnda X4 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi haqqında məlumat olmadığı göstərilmişdir. İş materiallarında olan Vİİ-JQ 483582 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 23.*1.1983-cü il tarixdə Babək rayon Xıncab kəndində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan 1*4*13*2*323-1*3*1 daşınmaz əmlakın reystr nömrəsi, daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, daşınmaz əmlak ünvan 1 ünvanında yerləşdiyi və həmin mülk X2 adına olduğu göstərilmişdir. İş materiallarında olan fotoşəkildə qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X6 “23.*1.1983-1*.*8.1995” sözləri yazılmışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı yazılı sübutlar və şahid ifadələri ilə müəyyən olundu ki, X6 1*.*8.1995-ci il tarixdə Naxçıvan şəhərində xərçəng xəstəliyindən vəfat edib və 1* avqust 1995-ci il tarixdə Əliabad qəbristanlığında dəfn edilib. Onun ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı ölüm şəhadətnaməsi verməkdən imtina etmişdir. Ərizəçinin hazırda mirasın qəbulu ilə bağlı X4 ölüm şəhadətməsinə ehtiyacı olduğundan və onu başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPMnin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1983-cü ildə doğulmuş X4 1* avqust 1995-ci il tarixdə xərçəng xəstəliyindən ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 yanvar 1983-cü il tarixdə Babək rayon Xıncab kəndində doğulmuş X4 1* avqust 1995-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №2(111)-257/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-257/2025
23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver