Məhkəmə qərarları › İş №2(111)-261/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-261/2024

22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-261/2024 22.11.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla məhkəməyə ərizə ilə müraciət edərək *2.*2.1974-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kəndində doğulmuş mərhum X6nun 21 dekabr 1991-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən fəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 *2.*2.1974-cü il tarixdə anadan olmuş, 21 dekabr 1991-ci il tarixdə isə vəfat etmişdir. Mərhum X6 21 dekabr 1991-ci il tarixdə Kəngərli rayon Şahtaxtı qəbiristanlığında dəfn olunmuşdur. (həmin qəbrin foto şəkillərini də əlavə edir). Kəngərli rayon Şahtaxtı kənd İƏD üzrə icra nümayəndəsinin verdiyi arayışa əsasən mərhum həyat yoldaşı X5 - arvadı Ərizəçi - 1994-cü il təvəllüdlü, qızı Vəliyeva (Əliyeva) Səidə Məmməd qızı - 1963-cü il təvəllüdlü, qızı Bayramova (Əliyeva) Elmira Məmməd qızı - 1968-ci il təvəllüdlü, X6 (1991-ci ildə vəfat edib), oğlu X19 -1966-ci il təvəllüdlü, oğlu X13 (2**9-cu ildə vəfat edib), qızı Məmmədova (Əliyeva) Rəna Məmməd qızı- 1981-ci il təvəllüdlü, qızı İmanova (Əliyeva) Məlahət Məmməd qızı- 1971-ci il təvəllüdlü vərəsələri vardır. Qeyd edir ki, mərhum həyat yoldaşı X9 isə 25.*1.2*2-ci ildə vəfat etmişdir. Ondan miras qalan əmlakı sənədləşdirmək üçün oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. X6 ölüm haqqında şəhadətnaməsini almaq üçün 26.*9.2*24cü il tarixdə Kəngərli rayon nikah evinə müraciət etmiş, lakin müraciətinə cavab olaraq 26.*9.2*24-cü il tarixdə 3-16-5/8-15-199/2*24 nömrəli məktubda bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktını məhkəmə tərəfindən müəyyən edir. Bu səbəbdən X8 ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. Mərhum oğlu vəfat edərkən müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almadıqları üçün ölümün qeydi, qeydiyyat şöbəsində aparılmamışdır. Mərhum X6nun ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında X27in *2 fevral 1974-cü il tarixdə anadan olduğunu, 21 dekabr 1991-ci il tarixdə qan xərçəngi xəstəliyi olduğu üçün Bakı şəhərində vəfat etdiyini, Şahtaxtı kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn olunduğunu, oğlunun ölümü haqqında şəhadətnamə almadıqlarını, yoldaşı X5 isə 2*2*-ci ildə vəfat etdiyini, ondan qalan evi öz adına sənədləşdirməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu, Bakıda rəhmətə getdiyi xəstəxanaya da müraciət etdiyini, lakin orada arxiv sənədlərinin 25 ildən artıq müddətdə saxlanılmadığını ona bildirdiklərini və bu barədə ona sənəd vermədiklərini, daha sonra Maraqlı şəxsnə müraciət etdiyini, orada məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini göstərərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X23 ifadəsində Kəngərli rayon Şahtaxtı kəndində yaşadığını, Ərizəçi onun əmisinin həyat yoldaşı olduğunu, əmisi X6nun 21 dekabr 1991-ci tarixdə Bakı şəhərində qan xərçəngi xəstəliyi ilə əlaqədar vəfat etdiyini, onun nəşinin Şahtaxtı kəndinə gətirildiyini və dəfn edildiyini, dəfnində və yas mərasimində qohum kimi yaxından iştirak etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində Ərizəçi həyat yoldaşının əmisi arvadı olduğunu, Nərgizin X6nu uşaqlıqdan tanıdığını, 1991-ci ilin dekabr ayında Bakı şəhərində ağır xəstəlikdən xəstəxanada vəfat etdiyini, lakin Kəngərli rayon Şahtaxtı kəndinə gətirilərək Şahtaxtı kənd qəbiristanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X1* oxşar ifadə verərək digər şahidlər X23 və X4 ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Maraqlı şəxs 26 sentyabr 2*24-cü il tarixli 58 nömrəli arayışına əsasən X8 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26 sentyabr 2*24-cü il tarixli, 3-16-5/8-15-199/2*24 nömrəli məktubuna əsasən “X8 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. İş materiallarında olan Kəngərli Rayon Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *2 oktyabr 2*24-cü il tarixli 6* nömrəli arayışına əsasən Kəngərli rayon Şahtaxtı kəndində yaşamış mərhum X17 *2.*2.1974-cü ildə anadan olmuş və 21 dekabr 1991-ci il tarixdə vəfat etmiş və Şahtaxtı qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Kəngərli rayon Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin *1 oktyabr 2*24-cü il tarixli 224 nömrəli arayışına əsasən Ərizəçi Kəngərli rayon Şahtaxtı kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum akt qeydindən çıxarışa əsasən X17 *2.*2.1974-cü il tarixdə Naxçıvan M Şərur rayon Şahtaxtı kəndində doğulmuşdur. X1, anası X11r. İş materiallarında olan Kəngərli rayon Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 noyabr 2*24-cü il tarixli, 8* nömrəli arayışına əsasən Şahtaxtı kənd sakini mərhum X8 doğum haqqında şəhadətnaməsində ana qrafasında göstərilən X15 ilə Ərizəçi eyni şəxsdir. İş materiallarında olan İ-İE 379*74 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə Ərizəçi *5 noyabr 1962-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ 748675 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X9 25.*1.2*2*-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən X5 adına Kəngərli rayon Şahtaxtı kəndində fərdi yaşayış evi vardır. İş materiallarında olan Kəngərli rayon Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 oktyabr 2*24-cü il tarixli 71 nömrəli arayışına əsasən X5 arvadı Ərizəçi və X6 ailə üzvləri qeyd edilmiş və onun vərəsələridir. İş materiallarında olan fotoşəkildə X8 qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X17 “*2.*2.1974-xx.xx.1991” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X17 21 dekabr 1991-ci il tarixdə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmiş və Şahtaxtı kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin mülkiyyətində olan yaşayış evini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də X6nun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan və eləcə də Maraqlı şəxsndə X12 ölüm akt qeydi tapılmadığından oğlunun ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Şahtaxtı kənd sakini olmuş, *2.*2.1974-cü il təvəllüdlü X8 21 dekabr 1991-ci il tarixdə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. *2.*2.1974-cü il tarixdə Kəngərli rayon Şahtaxtı kəndində doğulmuş X8 21 dekabr 1991-ci il tarixdə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar