Məhkəmə qərarları › İş №2(111)-266/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-266/2025

06.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-266/2025 06.10.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X14 Sadət oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kəngərli rayon Xok kəndində yaşamış X1nun *9 avqust 2**4-cü il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığından ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1986-cı il təvəllüdlü olmaqla Kəngərli rayon Xok kəndində doğulmuşdur. X1 29.*6.1989-cu ildə Xok kəndində doğulmuş və *9.*8.2**4-cü il tarixdə Xok kəndində ürək çatışmazlığından vəfat etmiş, Xok kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnaməni vaxtında almamışlar. Ona görə də onun ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. 1998-ci ildə Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində qardaşı mərhum Toğrulun da adı vardır. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Bunun üçün qardaşı Toğrulun ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmişlər. Lakin ölümdən uzun müddət keçdiyinə görə ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir və müvafiq məktub verilərək məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Maraqlı şəxs arxivində də ölümlə bağlı hər hansı bir məlumat yoxdur. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında Xok kəndində yaşadığını, X1nun 29.*6.1989-cu ildə Xok kəndində doğulduğunu və *9.*8.2**4-cü il tarixdə Xok kəndində ürək çatışmazlığından vəfat etdiyini, Xok kənd qəbristanlığında dəfn olunduğunu, o vaxtlar lazım olmadığından qardaşına ölüm haqqında şəhadətnamə alınmadığını, ölüm qeydinin qeydiyyat şöbəsində aparılmadığını, 1998-ci ildə Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsində qardaşı Toğrulun da adının olduğunu, həmin torpaq sahəsini sənədləşdirmək istədiyini, bunun üçün qardaşı Toğrulun ölüm haqqında şəhadətnaməsinin tələb olunduğunu, qeydiyyat şöbəsinə müraciət etdiyini, lakin ölümdən uzun müddət keçdiyinə görə ölüm şəhadətnaməsinin verilməsindən imtina edildiyini, ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyini və məhkəməyə müraciət etdiyini göstərərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən şahidlər Şahid2 və Şahid1 məzmunca eyni ifadələr verərək, ifadələrində Kəngərli rayon Xok kəndində yaşadıqlarını, Ərizəçi mərhum qardaşını yaxşı xatırladıqlarını, X3 *9 avqust 2**4-cü il tarixdə Xok kəndində xəstəliyi ilə əlaqədar vəfat etdiyini, Xok kənd qəbiristanlığında dəfn olunduğunu və yas mərasimində iştirak etdiklərini bildirmişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:- Maraqlı şəxs 3* iyun 2*25-ci il tarixli 19 nömrəli arayışına əsasən X3 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24 iyul 2*25-ci il tarixli, 3-16-5/8-15- 136/2*25 nömrəli məktubuna əsasən “X3 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. X16 Mərkəzi PHŞ-nin Kəngərli Rayon Mərkəzi Xəstəxanasının *4 iyul 2*25-ci il tarixli 125 nömrəli arayışına əsasən X3 Kəngərli Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı heç bir fakt aşkarlanmamışdır. Kəngərli Rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 18 iyul 2*25ci il tarixli 468 nömrəli arayışına əsasən mərhum Xok kənd sakini X6 *9.*8.2**4-cü il tarixdə Kəngərli rayon Xok kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəngərli Rayon Xok kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1* iyul 2*25ci il tarixli 456 nömrəli arayışına əsasən Ərizəçi Kəngərli rayon Xok kəndində yuaşayır. *6 iyun 1975-ci il tarixli İİİ-ЖГ 342448 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi atası X4r. Xİ-JQ 482882 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi atası X8, anası X2r. Xİ-JQ 482882 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi atası X8, anası X2r. Maraqlı şəxs tərəfindən verilmiş 27 may 2*25-ci il tarixli doğum akt qeydindən çıxarışa əsasən X3 atası X8, anası X2r. JN-*835 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətinə əsasən X5 ailə üzvləri ilə birlikdə 1,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 qəbirdaşı əks olunmuş fotoşəkildə qəbirdaşının üzərində “X6 “1989-2**4” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 *9 avqust 2**4-cü il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığından vəfat etmiş və Xok kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi mərhum qardaşı ilə birgə mülkiyyətdə olan torpaq sahəsini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də X1nun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan və eləcə də Maraqlı şəxsndə X3 ölüm akt qeydi tapılmadığından qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Xok kənd sakini olmuş, 29.*6.1989-cu il təvəllüdlü X3 *9 avqust 2**4-cü il tarixdə Kəngərli rayon Xok kəndində ürək çatışmazlığından vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29.*6.1989-cu il tarixdə Şərur rayonunun Xok kəndində doğulmuş X3 *9 avqust 2**4-cü il tarixdə Kəngərli rayon Xok kəndində “ürək çatışmamazlığı” xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar