Məhkəmə qərarları › İş №2(111)-27/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-27/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-27/2022 10.01.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün qeyd edilmə faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Şərur rayon Xətai kəndində yaşamış X1nın 05 mart 2001-ci il tarixdə həmin kənddə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə 1969-cu ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatda olsalar da, Şərur rayon Xətai kəndində yaşamışlar. X1 05 mart 2001-ci il tarixdə Şərur rayonunun Xətai kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında da dəfn olunmuşdur. Onun vəfat etməsi və Şərur rayon Xətai kənd qəbiristanlığında dəfn olunması kənd icra nümayəndəliyinin və Yeni Havuş bələdiyyəsinin arayışları ilə təsdiq olunur. Lakin Güley vəfat edərkən onlar müvafiq dövlət orqanlarına müraciət edib onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Bu səbəbdən də onun ölüm qeydi qeydiyyat şöbəsində aparılmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmişlər. Lakin ölümdən uzun müddət keçdiyinə görə ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş və müvafiq məktub verilərək məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Kəngərli və Şərur rayon Qeydiyyat şöbələrinin arxivində də ölümlə bağlı hər hansı bir məlumat yoxdur. Haliyədə Kəngərli rayon Çalxanqala kəndində yerləşən evini satmaq istəyir, bunun üçün evin sənədləşdirilməsi lazımdır və həmin sənədləşməyə də arvadı Güleyin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnaməni ala bilmədiyindən məkhəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən Şərur rayonunun Xətai kəndində yaşamış X1nın 05 mart 2001-ci il tarixdə həmin kənddə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilən ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsinin təmin olunaraq mərhum arvadı -1939-cu il təvəllüdlü X2 05 mart 2001-ci il tarixdə Şərur rayon Xətai kəndində ürək çatışmamazlığından ölməsinin qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə tərəfindən təmsil olunmamış və bu barədə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilərkən Şahid2 ifadəsində Şərur rayon Xətai kəndində yaşadığını, Şərur rayon X12 Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Ərizəçi ilə yaxın qonşu olduqlarını, Nadirgilin 1988-ci ildə Ermənistandan əvvəl Çalxanqala kəndinə, sonradan isə Xətai kəndinə köçdüklərini, Nadirin arvadı Güleyin 2001-ci ilin mart ayında vəfat etdiyini, xatırladığına görə mərhum yas yerinə gedərkən ürək çatışmamazlığından yolda öldüyünü, mərhumun yasında özünün də yaxından iştirak etdiyini, Xətai kənd məzarlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iclasında dindirilərkən Şahid1 ifadəsində Şərur rayon Xətai kəndində yaşadığını, Ərizəçi oğlu olduğunu, 1988-ci ildə Ermənistandan əvvəl Çalxanqala kəndinə, sonradan isə Xətai kəndinə köçdüklərini, X2 onun anası olduğunu, 2001-ci ilin mart ayında kənddə yas yerinə gedərkən yolda ürək çatışmamazlığından vəfat etdiyini və Xətai kənd məzarlığında dəfn olunduğunu göstərdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs 17 noyabr 2021-ci il tarixli 491 nömrəli arayışına əsasən X2 ölüm akt qeydi tapılmamışdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat şöbəsinin 27 oktyabr 2021-ci il tarixli 1482 nömrəli arayışına əsasən X2 ölüm akt qeydi tapılmamışdır. İş materiallarında olan Şərur Rayon Qeydiyyat şöbəsinin 27 oktyabr 2021-ci il tarixli nikah akt qeydindən çıxarışına əsasən Ərizəçi ilə X6 1969-cu ildə Şərur rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur Rayon Yeni Havuş Bələdiyyəsinin 20 sentyabr 2021-ci il tarixli 01 nömrəli arayışına əsasən mərhum X4 05 mart 2021-ci il tarixdə Xətai qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Kəngərli Rayon İH Çalxanqala Kənd İƏDÜN-nin 27 oktyabr 2021-ci il tarixli 440 nömrəli arayışına əsasən Ərizəçi adına Çalxanqala kəndində yaşayış evi vardır. İş materiallarında olan Kəngərli Rayon İH Çalxanqala Kənd İƏDÜN-nin 19 noyabr 2021-ci il tarixli 463 nömrəli arayışına əsasən Ərizəçi Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatdadır. İş materiallarında olan Kəngərli Rayon İH Çalxanqala Kənd İƏDÜN-nin 27 oktyabr 2021-ci il tarixli 439 nömrəli arayışına əsasən X4 vəfat edən günədək Çalxanqala kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 17 noyabr 2021-ci il tarixli 02/218 nömrəli məktubuna əsasən X3 ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddısinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 05 mart 2001-ci il tarixdə Şərur rayon Xətai kəndində ürək çatışmamazlığından vəfat etmiş və Xətai kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi Kəngərli rayon Çalxanqala kəndində yerləşən evini satmaq istəyindən və bunun üçün də arvadı Güleyin ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan arvadının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Çalxanqala kənd sakini 1939-cu il təvəllüdlü X2 05 mart 2001-ci il tarixdə Şərur rayon Xətai kəndində ürək çatışmamazlığından ölməsinin qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Çalxanqala kənd sakini 1939-cu il təvəllüdlü X2 05 mart 2001-ci il tarixdə Şərur rayon Xətai kəndində ürək çatışmamazlığından ölməsinin qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar