Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-287/2024 11.12.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X1* Ədalət oğlunun sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, oğlu X3 21 iyul 2**1-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi oğlu X3 1981-ci ildə Qarabağlar kəndində anadan olduğunu 21 iyul 2**1-ci il tarixdə Bakı şəhərində dənizdə boğularaq vəfat etdiyini və Qarabağlar kəndinə gətirilərək 22 iyul 2**1-ci il tarixdə Qarabağlar kənd qəbiristanlığında dəfn olunduğunu, lakin ona ölüm haqqında şəhadətnamə alınmadığını, hazırda ölüm haqqında şəhadətnamə alınması üçün Qeydiyyat şöbəsinə müraciət etsə də, ölümün üstündən uzun müddət keçdiyinə görə həmin şəhadətnamənin verilməsindən imtina edildiyini, Kəngərli Rayon Qarabağlar kəndində yerləşən evini və həyətyanı torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini, lakin bunun üçün oğlu Rəşadın ölüm haqqında şəhadətnaməsinin tələb edildiyini, çünki torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun da adının olduğunu, ölüm şəhadətnaməsi olmadığına görə sənədləşdirmə işlərinin aparılmadığını, ona görə də məcbur qalıb ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etdiyini, göstərilənlərə əsasən oğlu X3 21 iyul 2**1-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etmiş, əlavə olaraq oğlunun vəfat etdiyi vaxt ölüm haqqında tibbi şəhadətnaməsini almaq yadlarına düşmədiyini, buna görə də həmin şəhadətnaməni almadıqlarını, indi evini öz adına sənədləşdirmək üçün həmin şəhadətnaməyə etiyac olduğunu, uzun müddət keçdiyinə görə şəhadətnamənin verilməsindən imtina edildiyini bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə göndərərək işlərin çoxluğu ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında və verilən suallara cavabında Qarabağlar kəndində yaşadığını, mərhum Süleymanov Rəşadın 21 iyul 2**1-ci ildə Bakı şəhərində dənizdə boğularaq vəfat etdiyini, bir gün sonra dəfn edilmək üçün Naxçıvana gətirildiyini, Qarabağlar kənd qəbiristanlığında dəfn edildiyini, özününü də yas mərasimində iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında və verilən suallara cavabında mərhum Süleymanov Rəşadın onun həmkəndlisi olduğunu, onu uşaqlıqdan tanıdığını, Bakı şəhərində tələbə olan vaxt 21 iyul 2**1-ci ildə dənizdə boğularaq öldüyünü, bir gün sonra Naxçıvana gətirilərək Qarabağlar kəndində dəfn olunduğunu, dəfnində və yas mərasimində iştirak etdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Maraqlı şəxs 29 oktyabr 2*24-cü il tarixli 69 nömrəli arayışına əsasən X3 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 29 oktyabr 2*24-cü il tarixli, 3-16-5/8-15-212/2*24 nömrəli məktubuna əsasən “X3 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən ölüm qeydiyyatının aparılması mümkün olmamışdır. İş materiallarında olan Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 28 oktyabr 2*24cü il tarixli 18 nömrəli arayışına əsasən X4 22.*7.2**1-ci il tarixdə Qarabağlar kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 24 oktyabr 2*24-cü il tarixli 889/24 nömrəli arayışına əsasən Ərizəçi Kəngərli rayon Qarabağlar kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Vİİ-JQ 483582 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X4 3*.12.1981-ci il tarixdə İliç rayon Qarabağlar kəndində doğulmuşdur. Atası Ərizəçi, anası X1r. İş materiallarında olan JN-1433A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ərizəçi ailə üzvləri ilə birlikdə həyətyanı torpaq sahəsi verilmişdir. Ailə üzvlərinin içində X4 da vardır. İş materiallarında olan fotoşəkildə qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X4 “xx.xx.1981-22.*7.2**1” sözləri yazılmışdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı yazılı sübutlar və şahid ifadələri ilə müəyyən olundu ki, X4 21 iyul 2**1-ci il tarixdə Bakı şəhərində dənizdə boğularaq vəfat edib və 22 iyul 2**1-ci il tarixdə Kəngərli rayon Qarabağlar kənd qəbristanlığında dəfn edilib. Onun ölümü haqqında tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı ölüm şəhadətnaməsi verməkdən imtina etmişdir. Ərizəçinin hazırda mirasın qəbulu ilə bağlı X3 ölüm şəhadətmasinə ehtiyacı olduğundan və onu başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPMnin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1981-ci ildə doğulmuş X3 21.*7.2**1-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 8*-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1981-ci ildə doğulmuş X3 21.*7.2**1-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(111)-287/2024
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-287/2024
11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver