Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-41/2023 02.02.2023 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum X1 12.*7.2**2-ci il tarixdə Bakı şəhərində nəfəs çatışmazlığından ölməsinin qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.198*-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş, mərhum X2 18.1*.2*22-ci il tarixdə ağciyər xərçəngi xəstəliyindən vəfat etmişdir. Mərhum atası Mirqafar Seyidov vəfat etdikdə onun 6 vərəsəsi olmuşdur: atası Ərizəçi Mirtağı oğlu - vəfat edib, anası X13 - vəfat edib, həyat yoldaşı X11 -1955, qızı X9 -1978, oğlu Ərizəçi-198*, oğlu X12- vəfat edib. X2 18.1*.2*22-ci il tarixdə vəfat etdikdən sonra 74BA955 dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY MİNİK” markalı avtomaşın miras qalmışdır. O, həmin avtomaşını miras əmlakı kimi adına sənədləşdirmək üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Atasının vəfatından sonra miras qalmış əmlakı idarə etməklə faktiki olaraq qəbul etmişdir. Digər vərəsələrlə aralarında miras əmlakın qəbulu ilə əlaqədar hər hansı bir mübahisə yoxdur, vərəsələr mirasın tərəfimdən faktiki qəbulunu təsdiqləyir və 74BA955 dövlət qeydiyyat nişanlı “NİSSAN SUNNY MİNİK” markalı avtomaşının adıma sənədləşməsinə heç bir etirazları yoxdur. Həmin avtomaşını miras əmlakı kimi adına sənədləşdirmək üçün mərhum X1 ölüm haqqında şəhadətnaməsini tapa bilməmişdir. Mərhum qardaşı Rəşad Seyidovun ölüm aktı qeydi kitabından çıxarışın verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, Maraqlı şəxsndən verilmiş 23.12.2*22-ci il tarixli 248 saylı arayışda X1 ölüm haqqında aktı qeydi kitabında hər hansı bir məlumatın tapılmadığı bildirilmişdir. Bu səbəbdən də Kəngərli rayon Notariat ofisindən mərhum X2ndan miras qalmış 74BA955 dövlət qeydiyyat nişanlı NİSSAN SUNNY MİNİK markalı avtomaşına dair vərəsəlik işinin (icraatının) açılmasından imtina edilmişdir. Ona görə də mərhum atasından miras qalmış 74BA955 dövlət qeydiyyat nişanlı NİSSAN SUNNY MİNİK markalı avtomaşının miras əmlak olaraq qəbul edilməsi üçün qardaşı Rəşad Seyidov barəsində ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum qardaşı X12 26 may 1982-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş, 2*22-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris mərkəzində feldşer ixtisası üzrə gizirlik kursuna qəbul olmaq üçün Bakı şəhərinə getmiş, Xəzər dənizində Buzovna çimərliyində çimərkən dənizdə boğularaq vəfat etmişdir. X1 nəşi 2*.*7.2**2-ci il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsinə gətirilərək Qıvraq kənd qəbirstanlığında dəfn edilmişdir. Hal hazırda mərhumun qəbri Qıvraq kənd qəbirstanlığında yerləşir. X1 ölüm faktını şahidlər və müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. İş üzrə ərizəçi məhkəmənin hazırlıq iclasında ərizəyə dəqiqləşdirmə verərək X1 12 iyul 2**2-ci il tarixdə Bakı şəhərində nəfəs çatışmazlığından vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə işə maraqlı şəxsin iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək ərizəsi ilə eyni məzmunlu izahat verərək ailələrinə ağır itki verdiyindən, başları qarışıq olduğundan, məhrum atası tərəfindən bununla bağlı müvafiq orqanlara müraciət etmədiyindən və haliyədə həmin tibbi sənədi tapa bimədiyindən X1 ölməsi haqqında şəhadətnamə əldə edə bilməyini bildirərək hüquqlarını həyata keçirilməsi üçün ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində Kəngərli rayon Qıvraq qəsəbəsində yaşadığını, ərizəçinin onun əmisi oğlu olduğunu, əmisi oğlu X7 2**2-ci ilin iyul ayının 12-də dənizdə üzərkən boğulması barədə onlara məlumat verildiyini, dənizdən nəşi tapıldıqdan sonra onu iyul ayının 2*-də Bakıdan Qıvraq qəsəbəsinə gətirdiklərini və kənd qəbiristanlığında dəfn etdiklərini və özünün də həmin yasda iştirak etdiyini göstərdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində Ərizəçi həm kəndlisi, həm də dostu olduğunu, Miryusifin qardaşı X12 ilə birlikdə hərbi məktəbdə oxuduqları vaxt 2**2-ci ildə Bakıya imtahan verməyə gəldiyini, lakin dənizdə üzərkən boğulduğunu, Seyidov Rəşadın dəqiq hansı gündə dənizdə boğulmasını xatırlamadığını, təxminən iyul ayının 17-də bundan xəbəri olduğunu, həmin ilin iyul ayının 2*-də isə Rəşadı dəfn etmək üçün kəndə gətirdiklərini və özünün də həmin yas mərasimində iştirak etdiyini göstərdi. İş materiallarında olan Maraqlı şəxs 23 dekabr 2*22-ci il tarixli 248 nömrəli arayışına əsasən X7 Maraqlı şəxs arxivində ölüm akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan Kəngərli Rayon X2* Ərazi Dairəsi üzrə nümayəndəliyinin 12 yanvar 2*23-cü il tarixli 66 nömrəli arayışına əsasən Ərizəçi qardaşı X12 2* iyul 2**2-ci il tarixdə Kəngərli Rayon Qıvraq qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Kəngərli rayon X2* Ərazi Dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2*22-ci il tarixli 2313 nömrəli arayışına əsasən Seyidov X5 rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Vİİİ-ЖГ 4*5663 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X12 26.*5.1982-ci il tarixdə doğulmuşdur. X2, anası X1*r. İş materiallarında olan Vİ-ЖГ 499874 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.198*-ci il tarixdə doğulmuşdur. X2, anası X1*r. İş materiallarında olan AZ-İ 8*2859 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 18.1*.2*22-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AD 922256 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən X4 adına “NİSSAN SUNNY MİNİK” nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Kəngərli rayon X2* Ərazi Dairəsi üzrə nümayəndəliyinin 23 dekabr 2*22-ci il tarixli 2314 nömrəli arayışında X4 “Ərizəçi-oğlu, X12, vəfat edib-oğlu” varisləri kimi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış 23 dekabr 2*22-ci il tarixli, *5-15/165 nömrəli məktubuna əsasən “X7 ölüm haqqında şəhadətnaməsinin verilməsinə dair” yazılı müraciətə cavab olaraq tibbi şəhadətnamə təqdim edilmədiyindən məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan fotoşəkildə X7 qəbirdaşı əks olunmuş və qəbirdaşının üzərində “X12 26.V.1982-.2*.Vİİ. 2**2” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. 3*8-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 3*9.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydaları”nın 8.5-ci bəndində qeyd edilir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X12 12 iyul 2**2-ci il tarixdə Bakı Şəhərində dənizdə çimərkən boğularaq nəfəs çatışmazlığından vəfat etmiş və cənazəsi Bakıdan Naxçıvana gətirilərək 2* iyul 2**2-ci il tarixdə Qıvraq qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi atasının mülkiyyətində olan nəqliyyat vasitəsini öz adına sənədləşdirmək istədiyindən və bunun üçün də qardaşı Rəşadın ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, Maraqlı şəxsndə X7 ölüm akt qeydi tapılmadığından qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və Kəngərli rayon Qıvraq qəsəbə sakini olmuş, 26.*5.1982-ci il təvəllüdlü X7 12 iyul 2**2-ci il tarixdə Bakı şəhərində nəfəs çatışmazlığından vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 311, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Kəngərli rayon Qıvraq qəsəbə sakini, 26.*5.1982-ci il tarixdə doğulmuş X7 12 iyul 2**2-ci il tarixdə Bakı şəhərində nəfəs çatışmazlığından vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-41/2023
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-41/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver