Məhkəmə qərarları › İş №2(111)-8/2024

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-8/2024

16.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-8/2024 16.04.2024 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh əmlak tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək toyunda ona hədiyyə olaraq alınmış qızıl-zinət, cehizlik əşyalarını və yaxud dəyərini 5176 manat pulun və digər sadaladığı əmlaklar isə birgə nikah dövründə qazanılmış əmlak olduğundan naturada və yaxud dəyərinin yarısını 1020 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə Kəngərli Rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh ilə evlənmişlər. Xasiyyətləri tutmadığından və yola gedə bilmədiklərindən aralarındakı nikah Kəngərli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən 23 avqust 2023-cü il tarixdə Kəngərli Rayon Qeydiyyat şöbəsində pozulmuşdur. Toyunda ona qızılzinət və cehizlik əşyaları hədiyyə olaraq alınmışdır. Həmçinin birgə nikah dövründə müəyyən əmlaklar əldə olunmuşdur. Toyunda ona hədiyyə olaraq alınmış qızıl-zinət və cehizlik əşyaların və yaxud dəyərini və digər əmlaklar isə birgə nikah dövründə qazanılmış əmlak olduğundan naturada və yaxud dəyərinin yarısının alınıb ona verilməsini istəyir. İlkin mediasiya sessiyasına çağırılsalar da iddia tələbi ilə bağlı heç bir razılıq əldə olunmadığından ona mediasiyanın keçirilməsi barədə arayış təqdim olunmuşdur. Toyunda ona hədiyyə olaraq alınmış hədiyyələr aşağıdakılardır: 1. Qızıl sep (20 qram) – 1800 manat, 2. Qızıl üzük (4 qram) – 350 manat, 3. Xalça (ağ güllü) 3x4 – 370 manat, 4. Qazan dəsti – (Qranit, 5 qazan, 1 tava) – 350 manat, 5. Qazan dəsti – (Tefal, 4 qazan, 1 kasturka) – 230 manat, 6. Tozsoran – (Evrolux) – 170 manat, 7. Ətçəkən maşın (Qepas) – 200 manat, 8. Ütü (Evrolux) – 90 manat, 9. Tort qabı (qaraca dəsti) – 68 manat, 10. Çay servisi (6 dəst çaşka, çaydan, çaynik) – 48 manat, 11. Paltaryuyan maşın (altust 7 kq) – 850 manat, 12. Stol dəsti (1 stol 6 stul) – 650 manat, cəmi: 5176 (beş min bir yüz yetmiş altı) manat. Nikahda olduğumuz müddətdə əldə etdiyimiz əmlaklar aşağıdakılardır: 1. Televizor LG – 820 manat, 2. Mətbəx stolu (1 stol, 6 stul) – 350 manat, 3. Şopen (butane markalı) – 200 manat, 4. Qaz sobası – 70 manat, 5. Qaz peçi – 200 manat, 6. Cib telefonu (Ayfon) – 400 manat, cəmi: 2040 (iki min qırx) manat. Ona hədiyyə olaraq alınmış qızıl-zinət, cehizlik əşyalarını bütövlükdə və yaxud dəyərini və digər sadaladığı əmlakların isə birgə nikah dövründə qazanıldığından naturada bölünərək yarısının və yaxud dəyərinin ona düşən ½ payın müəyyən olunaraq verilməsini istəyir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, son məhkəmə iclasına gəlməmiş, lakin telefonla məlumat verərək postda olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə təyin edilmiş məhkəmə iclasına Cavabdeh gəlməməsinin səbəblərini üzrlü hesab edərək, məhkəmə iclasını iştirakı olmadan keçirilməsi barədə xahişini nəzərə alaraq onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, 16 dekabr 2022-ci il tarixdə keçirilmiş oğlunun ad günündə cavabdehlə barışdığını, sonra bir müddət onunla yaşadığını, 2023cü ilin yanvar ayının sonlarında yenidən onunla mübahisələri olduğundan gecə vaxtı saat 3-də cavabdehin evini uşaqları ilə birlikdə tərk edərək öz valideynlərinin yaşadığı evə getdiyini, bu zaman atası tərəfindən hədiyyə edilmiş 20 qramlıq 1800 manat dəyərində olan bir ədəd qızıl sepinin, qardaşı tərəfindən hədiyyə edilmiş 4 qramlıq 350 manat dəyərində olan qızıl üzüyünün, qardaşı tərəfindən hədiyyə edilmiş bir ədəd 400 manat dəyərində olan mübahisə zamanı cavabdeh tərəfindən qırılmış “Ayfon” markalı mobil telefonun, özü ilə cehiz kimi gətirdiyi iddia ərizəsində göstərdiyi 370 manat dəyərində olan xalçanın, 350 manat dəyərində olan qranit qazan dəstinin, 230 manat dəyərində olan tefal qazan dəstinin, 170 manat dəyərində olan “Evrolux” markalı tozsoranın, 200 manat dəyərində olan “Qepas” markalı ətçəkən maşının, 90 manat dəyərində olan “Evrolux” markalı ütünün, 68 manat dəyərində olan tort qabının (qaraca dəsti), 48 manat dəyərində olan çay servisinin (6 dəst çaşka, çaydan, çaynik), 850 manat dəyərində olan “altus” markalı paltaryuyan maşınının, 650 manat dəyərində olan stol dəstinin (1 stol 6 stul) cavabdehin evində qalmasını, onların qaytarılmasını və yaxud onların dəyərinin alınmasını, eləcə də birgə nikah dövründə əldə etdikləri bir ədəd 820 manata alınmış LG Televizorun, 350 manata alınmış mətbəx stolunun (1 stol, 6 stul), 200 manata alınmış Şopen (butane markalı), 70 manata alınmış qaz sobasının, 200 manata alınmış qaz peçinin yarı dəyərinin cavabdehdən alınmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən iş üzrə Cavabdeh iddianı tam şəkildə qəbul etmədiyini, iddiaçının ondan tələb etdiyi 20 qramlıq 1800 manat dəyərində olan bir ədəd qızıl sepin 3-5 qram olduğunu, həmin qızıl sepin evlənmək üçün qaçıran zaman qırıldığını və özündə qaldığını, qardaşı tərəfindən hədiyyə edilmiş qızıl üzüyün mövcud olduğunu, lakin qızılları özü ilə apardığını, hətta iddiaçının bir dəfə həmin qızılları satdığını dediyini, ümumiyyətlə qızıllardan xəbəri olmadığını, qardaşı tərəfindən hədiyyə edilmiş bir ədəd 400 manat dəyərində olan “Ayfon” markalı mobil telefonun olmadığını, Xatirədə yalnız “Samsung J2” telefonun olduğunu və özü ilə apardığını, birgə yaşadıqları dövrdə 350 manata alınmış mətbəx stolunun (1 stol, 6 stul) öz anası tərəfindən alındığını və bu barədə sənəd təqdim etdiyini, ona görə də tələbin həmin hissəsinə etiraz etdiyini və rədd edilməsini, qalan əşyaların mövcud olduğunu, onları qaytara biləcəyini bildirmişdir. Bundan əlavə Cavabdeh iş üzrə 16 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əmlak tələb etdiyini, iddianı qəti olaraq qəbul etmədiyini, iddiaçının tələb etdiyi cehiz əşyalarından bir ədəd xalça, bir ədəd qranit qazan dəsti, bir ədəd tefal qazan dəsti, bir ədəd tozsoran, bir ədəd ətçəkən maşını, bir ədəd ütü, bir ədəd çay servisi, bir ədəd paltaryuyan maşını və bir ədəd stol dəstinin evdə olduğunu, onları verməyə hazır olduğunu, lakin iddiaçının götürmək istəmədiyini, birgə nikahda olduqları müddətdə əldə etdikləri bir ədəd televizorun, bir ədəd su qızdırıcısının, bir ədəd qaz sobasının və bir ədəd qaz plitəsinin dəyərinin yarısını verməyə razı olduğunu, bundan əlavə qızıl-zinət əşyaları və telefon olmadığını, onu qaçıran zaman üzərində qızıl sep olmağından xəbərinin olmadığını, əgər olmuş və ya qırılmışsa da özündə qaldığını göstərərək bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə 16 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasına mütəxəssis qismində cəlb olunmuş X7 məhkəmə baxışı iclasında ona təqdim olunan fotoşəkillərlə tanış olaraq şifahi izahatında iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının çox güman ki, qızıl olduğunu, bu xidmətlə məşğul olduğundan bunu müəyyən edə bildiyini, hazırkı dövrdə şəkillərdə olan qızıl sepin dəyərinin 1080 manat, qızıl üzüyün isə dəyərinin 225 manat olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, İddiaçı üzərində bir qızıl sepin və bir qızıl üzüyün mövcud olması əks olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ 401783 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Kəngərli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sahibkar X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X5 (cavabdehin anası) xx.xx.2020-ci ildə 1 stol və 6 stuldan ibarət mətbəx mebelini “Şəhanə Mebel”dən almışdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 82 (səksən iki) manat dövlət rüsumu ödənilmişdir. Mülki iş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarına, ekspert rəyinə, eləcə də mütəxəssisin məsləhətinə və mülki iş materialında tədqiq olunmuş digər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, iş üzrə tərəflər rəsmi nikah qeyd etdirərək evlənmişlər və Kəngərli rayon Qıvraq qəsəbəsində yaşamışlar. Aralarında mübahisə olduğundan bir ailədə yaşaya bilməyərək ayrılmışlar və nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı cavabdehin evini tərk edərək valideynlərinin yaşadığı Şərur rayon Danyeri kəndinə getmiş və həmin tarixdən onlar ayrı yaşamışlar. İddiaçı cavabdehin evini tərk etdikdən sonra ona məxsus əşyalar cavabdehin evində qalmışdır. İddiaçı iddia ərizəsində göstərdiyi əşyaların cavabdehin sahibliyində qaldığını iddia edərək qaytarılmasını tələb edir, cavabdeh isə həmin əşyalardan bəzilərinin onun evində qaldığını təsdiq edib qaytara və ya əvəzini ödəyə biləcəyini bildirsə də, qalan əşyalardan - qızıl sepin, qızıl üzüyün iddiaçının özü ilə apardığını və yaxud satdığını, “Ayfon” markalı mobil telefonun olmadığını, birgə nikah dövründə alınmış mətbəx stolu dəstinin (1 stol, 6 stul) öz anası tərəfindən alındığını qeyd edərək iddianın həmin hissədə rədd olunmasını xahiş edir. Göründüyü kimi işin mübahisəli halı iddiaçının cavabdehdən ona hədiyyə edilmiş 1800 manat dəyərində olan qızıl sep, 350 manat dəyərində olan qızıl üzük, 400 manat dəyərində olan “Ayfon” markalı mobil telefon və birgə nikah dövründə 350 manata alınmış mətbəx stolu dəstidir. Məhkəmə iddiaçının ərizəsində göstərdiyi və tələb etdiyi hədiyyə edilmiş, cehiz kimi apardığı və birgə nikah dövründə əldə edilmiş əşyaların və ya onların ümumi dəyəri 6196 manatın ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tələb etdiyi qızıl-zinət əşyaları olan bir ədəd qızıl sep, bir ədəd qızıl üzük, cehiz əşyaları olan bir ədəd Türkiyə istehsalı, 3x4 ölçülü xalça, bir ədəd qranit qazan dəsti, bir ədəd qazan dəsti, bir ədəd tozsoran, bir ədəd ətçəkən maşın, bir ədəd ütü, bir ədəd tort qabı, bir ədəd çay servizi, yerli istehsal bir ədəd stol-stul dəsti, bir ədəd paltaryuyan maşını, birgə nikah dövründə alınmış bir ədəd televizor, bir ədəd şopen, bir ədəd qaz sobası və bir ədəd qaz peçinin mövcud olması proses iştirakçıları tərəfindən mübahisələndirilmir. Bu hal tərəflərin izahatları və iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərlə də təsdiq olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixli Kəngərli Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası və xx.xx.2024-cü il tarixli Kəngərli Rayon Məhkəməsinin qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli 1159 nömrəli və 18 mart 2024-cü il tarixli 206 nömrəli ekspert rəylərində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olması nəzərə alınmaqla 13 adda malların orta bazar qiyməti – Türkiyə istehsalı, 3x4 m ölçülü xalça 01 ədəd 240,00 manat, Qranit qazan dəsti (4-lü) 01 dəst 80,00 manat, Tefal markalı qazan dəstinin qazanı 01 ədəd 25,00 manat, Eurolux markalı tozsoran 01 ədəd 65,00 manat, Eurolux markalı ətçəkən maşın 01 ədəd 100,00 manat, Eurolux markalı ütü 01 ədəd 50,00 manat, Altus markalı, 7 kq-lıq paltaryuyan maşın 01 ədəd 400,00 manat, Yerli istehsal, stol-stul dəsti (1 ədəd stol, 6 ədəd stul) 01 dəst 400,00 manat, Eurolux markalı, 108 ekran, internetə çıxışı olan televizor 01 ədəd 450,00 manat, Yerli istehsal mətbəx stol-stul dəsti (1 ədəd stol, 6 ədəd stul) 01 dəst 220,00 manat, İran istehsalı olan, 3115 model su qızdırıcı 01 ədəd 130,00 manat, İran istehsalı olan qaz sobası 01 ədəd 90,00 manat, 3-gözlü qaz plitəsi 01 ədəd 30,00 manat olmaqla ümumi dəyəri təxminən 2280,00 manat müəyyən edilir. Təqdim edilməyən orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 02 adda malların orta bazar qiyməti ilə - Tort qabı (Karaca dəst) 01 dəst 45,00 manat, Çay servisi (çaydan, çaynik, 6 ədəd fincan) 01 dəst 30,00 manat olmaqla ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 75,00 manat müəyyən edilir. Digər 01 adda təqdim edilməyən İphone markalı mobil telefon aparatı haqqında kifayət qədər məlumat (modeli, texniki göstəriciləri) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə ekspertiza xərci 50 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1-ci və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır. 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, istinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan qızıl-zinət əşyalarından fotoşəkillərdə əks olunmuşların mövcudluğu və onların iddiaçıya hədiyyə edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, analoji işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Məhkəmə iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparıbaparmaması ilə bağlı hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda qızıl-zinət əşyalarının evdən götürülmədiyini sübut etmək iddiaçının, qızıl-zinət əşyalarının (ər evindən) aparıldığını, iddiaçının özündə olmasını və satıldığını sübut etmə vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə araşdırılması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı hələ nikahları məhkəmə qaydasında pozulmamışdan əvvəl 2023-cü ilin yanvar ayında cavabdehin evini aralarında baş vermiş mübahisəyə görə gecə vaxtı öz iradəsi olmadan tərk etmiş, iddiaçı cavabdehin mənzilini tərk edərkən evdə cavabdehlə onun arasında münaqişə baş vermiş, lakin iddiaçının boşanmaq barədə fikri olmamış və evi tərk edərkən nəinki qızılları, hətta özünə məxsus digər əşyaları da götürməmiş, yalnız məhkəmə tərəfindən nikah pozulduqdan sonra cavabdehdən ona məxsus qızılları, cehiz əşyalarını və birgə nikah dövründə əldə etdikləri əşyaların dəyərinin yarısını tələb etmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdeh ondan tələb edilən qızıl sepi və qızıl üzüyü özü ilə apardığını, onların hazırda iddiaçının özündə olmasını və yaxud satdığını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və öz mövqeyinin əsaslandığı halları sübut edə bilməmişdir. Bu hallar mövcud olmuş həmin əşyaların cavabdehin sahibliyində qalmasını təsdiq edir. Bu baxımdan məhkəmə iddiaçının izahatında dediklərini təkzib edəcək hər hansı bir sübutun olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının iddia tələbində əks olunmuş və məhkəmə baxışı iclasında mövcudluğu öz təsdiqini tapmış qızıl-zinət əşyaları cavabdehdədir, cavabdehin isə həmin qızıl-zinət əşyalarına sahiblik hüququ qanunsuzdur və iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə cavabdehdən tələb edilən həmin əşyalardan 400 manat dəyərində olan “Ayfon” markalı mobil telefona və birgə nikah dövründə 350 manata alınmış mətbəx stolstul dəstinə münasibətdə qeyd edir ki, həmin mətbəx stol-stul dəsti birgə nikah dövründə əldə edilməmiş, cavabdehin təqdim etdiyi arayışa görə cavabdehin anası tərəfindən alındığı sübuta yetirilmiş, telefonun mövcud olması barədə isə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh isə həmin telefonun ümumiyyətlə olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə (bundan sonra MPM) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə cavabdehdən 1080 manat olan bir dəst qızıl sep və ya onun dəyəri, 225 manat olan qızıl üzük və ya onun dəyəri, cehiz əşyaları olan bir ədəd Türkiyə istehsalı, 3x4 ölçülü xalça və ya onun dəyəri 240 manat, bir ədəd (4-lü) qranit qazan dəsti və ya onun dəyəri 80 manat, bir ədəd “Tefal” markalı qazan dəsti və ya onun dəyəri 25 manat, bir ədəd “Eurolux” markalı tozsoran və ya onun dəyəri 65 manat, bir ədəd “Eurolux” markalı ətçəkən maşın və ya onun dəyəri 100 manat, bir ədəd “Eurolux” markalı ütü və ya onun dəyəri 50 manat, tort qabı (karaca dəsti) və ya onun dəyəri 45 manat, çay servizi və ya onun dəyəri 30 manat, yerli istehsal bir ədəd stol-stul dəsti və ya onun dəyəri 400 manat, bir ədəd “Altus” paltaryuyan maşını və ya onun dəyəri 400 manat və birgə nikah dövründə alınmış bir ədəd “Eurolux” markalı 450 manat dəyərində olan televizorun yarı dəyəri 225 manat, bir ədəd İran istehsalı olan 130 manat dəyərində 3115 model su qızdırıcısının yarı dəyəri 65 manat, bir ədəd İran istehsalı olan 90 manat dəyərində olan qaz sobasının yarı dəyəri 45 manat, bir ədəd üç gözlü 30 manat dəyərində olan qaz plitəsinin yarı dəyəri 15 manat, həmin əmlaklar olmadığı halda isə onların dəyəri alınaraq iddiaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə baxışı zamanı mülki iş üzrə mütəxəssis məsləhətinə əsasən hazırkı dövrdə cavabdehdən tələb edilən qızıl sepin 1080 manat, qızıl üzüyün isə 225 manat müəyyən olunması və ekspert rəyi nəzərə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 40,89 (qırx manat səksən doqquz qəpik) manat hissəsinin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə ekspertiza xərci olan 50 manatın da iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölüşdürülməli olduğu nəticəsinə gələrək belə hesab edir ki, ekspertiza xərcinin 25,07 manatlıq hissəsi İddiaçı, 24,93 manatlıq hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X4 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 216-220, 222, 358.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 1080 manat olan bir dəst qızıl sep və ya onun dəyəri, 225 manat olan qızıl üzük və ya onun dəyəri, cehiz əşyaları olan bir ədəd Türkiyə istehsalı, 3x4 ölçülü xalça və ya onun dəyəri 240 manat, bir ədəd (4-lü) qranit qazan dəsti və ya onun dəyəri 80 manat, bir ədəd “Tefal” markalı qazan dəsti və ya onun dəyəri 25 manat, bir ədəd “Eurolux” markalı tozsoran və ya onun dəyəri 65 manat, bir ədəd “Eurolux” markalı ətçəkən maşın və ya onun dəyəri 100 manat, bir ədəd “Eurolux” markalı ütü və ya onun dəyəri 50 manat, tort qabı (karaca dəsti) və ya onun dəyəri 45 manat, çay servizi və ya onun dəyəri 30 manat, yerli istehsal bir ədəd stol-stul dəsti və ya onun dəyəri 400 manat, bir ədəd “Altus” paltaryuyan maşını və ya onun dəyəri 400 manat və birgə nikah dövründə alınmış bir ədəd “Eurolux” markalı 450 manat dəyərində olan televizorun yarı dəyəri 225 manat, bir ədəd İran istehsalı olan 130 manat dəyərində 3115 model su qızdırıcısının yarı dəyəri 65 manat, bir ədəd İran istehsalı olan 90 manat dəyərində olan qaz sobasının yarı dəyəri 45 manat, bir ədəd üç gözlü 30 manat dəyərində olan qaz plitəsinin yarı dəyəri 15 manat, həmin əmlaklar olmadığı halda isə onların dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 40,89 (qırx manat səksən doqquz qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərcı olan 25,07 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X4 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. İş üzrə ekspertiza xərcı olan 24,93 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 2, X4 MR İdarəsi, kodu 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ ********************, SFİFT BİK: NABZAZ2C, Naxçıvan MR Maliyyə Nazirliyi: VÖEN **********, Hesab AZ21NABZ********************) hesabına ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar