Məhkəmə qərarları › İş №2(125)-109/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-109/2025

13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-109/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3, cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X11, X9 və X52 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X67, X33, X34, X77, X94, X42, X4, X43, X12, X68, X78, X26, X95) "miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Gəncə Şəhəri 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum nənəsi X13 miras qalmış hazırki ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə varis olaraq paylarının müəyyən edilməsi və tərəfindən bacısı Cavabdeh4 adına miras paydan imtinaya dair verdiyi ərizəsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi mərhum nənəsi Qasımova (Əsədova) Fatma Müseyib qızının adına olmuşdur. Mərhum nənəsi Qasımova (Əsədova) Fatma Müseyib qızının 3 oğlan övladı - X5, əmiləri X44 və X25, o cümlədən X45 olmuşdur. X5 07 aprel 2000-ci il tarixdə, X36 01 fevral 2004-cü il tarixdə, nənəsi Qasımova (Əsədova) Fatma Müseyib qızı isə 24 mart 1991-ci il tarixdə vəfat etmişdir. Bundan əvvəl o, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək miras əmlak üzərində payların müəyyən edilməsini xahiş etdikdən sonra həmin məhkəmənin qətnaməsi ilə payları müəyyən edilsə də, sonradan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun ərizəsi təmin edilməyərək Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmış və məhkəmədə yenidən iddia icraatı qaydasında baxılması hüququ ona izah edilmişdir. Əvvəlki mirasın qəbulu faktına dair ərizəsində bibisi X45 barədə bildirilməmişdir. Həmçinin onun tərəfindən 2023-cü il tarixdə mirasın açılmasından yəni 1991-ci il tarixdən 32 il keçdikdən sonra bacısı Cavabdeh4 adına onun aldadılmağı ilə bağlı guya miras əmlakdan olan payından imtinaya dair ərizə verilmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən əmlakda olan payından imtinaya dair ərizə mirasın açıldığı dövrdən 3 ay ərzində verilə bilərdi. Həmin torpaq sahəsində fərdi yaşayış evi Gəncə şəhəri, əvvəlki Ş.İ.Xətai prospekti 100, hazırkı ünvanı isə Heydər Əliyev prospekti 100 kimi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişlər ki, iddiaçı onların doğma qardaşıdır. ünvan 1 ünvanda yerləşən mülk 24 mart 1991-ci il tarixdə vəfat etmiş mərhum ata nənələri X27 məxsusdur. Həmin mülkə atalarına aid hissədə qanun üzrə vərəsədirlər. Hazırda Cavabdeh4 həmin ünvanda pasport qeydiyyatındadır. İddiaçı həmin mülkdən uzun müddət qeyri-yaşayış kimi icarəyə verərək gəlir əldə etmiş və onlara əldə etdiyi gəlirdən verməmişdir. Bu barədə iddiaçıya iradlarını bildirmişlər. Hətta Cavabdeh4 ciddi maliyyə problemləri ilə üzləşdiyini bildiyi halda iddiaçı buna məhəl qoymamışdır. Ancaq onlar iddiaçıya vərəsəlik hüquqlarını sonadək qoruyacaqlarını bildirdikdə, o, öz payından imtina edəcəyinə söz vermişdir. 17 noyabr 2014-cü il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzinin Notariat ofisində reyestrdə 7E-51/51420 nömrə ilə qeyd edilmiş bütün səlahiyyətli orqanlara öz xətti ilə yazdığı ərizəsində mülkün gələcəkdə satışından əldə edilən gəlirin 50 faizinin Cavabdeh4 verilməsinə etiraz etmədiyini bildirmişdir. 16 dekabr 2014-cü il tarixdə isə iddiaçı və həyat yoldaşı Qasımova Tünzalənin imzası ilə bütün səlahiyyətli orqanlara ərizə ilə müraciət edərək həmin mülkdən Cavabdeh4 və Cavabdeh2 xeyrinə imtina etmişdir. İddiaçı hazırkı iddiasında da qeyri-səmimidir. Belə ki, iddiaçı ərizəsində aldadılmağı ilə bağlı fikrini elə ifadə edir ki, guya miras payından imtinaya dair ərizə başqa şəxs tərəfindən imzalanmışdır. İddiaçının qeyri-səmimiliyinin digər faktı ondan ibarətdir ki, o, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciətində miras əmlakı təkbaşına qəbul etməsini qeyd etsə də, nədənsə ərizəsində X28 unutmuşdur. Təəssüf ki, iddiaçının birdən-birə bibisi X45 yadına düşmüşdür. İddiaçı ərizəsinin icraata qəbul edilməsi məqsədi isə yeni vərəsə kimi bibisinin oğlunu tərəf kimi cəlb etmək niyyətini güdməsidir. İddiaçı öz payından 16 dekabr 2014-cü il tarixdə notarial qaydada imtina etdiyinə görə iddia qaldırmağa dair subyektiv hüququnu itirmişdir. Həmin imtina ərizəsinə görə iddiaçı Heydər Əliyev küçəsi 100 saylı ünvana dair vərəsəlik hüququnu itirmişdir. Məhkəmə gedişində X25, X67, X33, X34, X77, X94, X42, X4, X43, X12, X68, X78, X26, X95 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə mülahizə təqdim edərək qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, bacısı (cavabdeh) Cavabdeh4 onu aldatması nəticəsində mirasdan sonuncunun xeyrinə imtina etmişdir. İddiaçının iddia tələbi birtərəfli iradə ifadəsi olan mirasdan imtina ərizəsinin etibarsız sayılmasına yönəlmişdir. İddiaçının irəli sürdüyü sözügedən faktiki hallar, onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan qanunvericilik müddəalarının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Notariat qaydada iradəni ifadə edən bir tərəfli əqdə münasibətdə prezumpsiya ondan ibarətdir ki, tərəfin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, iddiaçı notarial qaydada mirasdan imtina barədə ərizə verən zaman orada göstərilən məzmunun özünün iradə ifadəsini əks etdirdiyini qəbul etmişdir. İddiaçı miras əmlakdan bacısı Cavabdeh4 xeyrinə imtina etməsi barədə ərizəni aldadılma nəticəsində yazdığını iddia etsə də, o, öz mövqeyini sübuta yetirə bilmir. Belə ki, əvvəla, formalaşmış təcrübəyə əsasən hər hansı ərizə notarial qaydada təsdiqləndiyi zaman həmin ərizənin məzmunu və yarada biləcəyi risklər barədə notarius tərəfindən şəxsə ətraflı izah verilir. Bu halın olmaması fərz edilsə belə, iddiaçı könüllü formada miras əmlakdan imtina etmişdir. Bu da aldadılma faktının mövcudluğunu istisna edir. İddiaçının birtərəfli iradə ifadəsi olan müvafiq imtina ərizəsinin onun aldadılması nəticəsində verildiyi qənaətinə gəlmək üçün heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı 10 il əvvəl, 2014-cü il tarixdə miras əmlakdan notarial qaydada imtina etmişdir. Keçən 10 il ərzində iddiaçının bacıları (cavabdehlərlə) ilə normal qohumluq münasibəti olmuşdur. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmə əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göstərilən halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il tarixli Qərarında əks etdirilmiş hüquqi mövqe, həmçinin, qərarda istinad olunan, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipi (estoppel prinsipi tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir) ilə əlaqəli formada qiymətləndirərək qeyd olunmalıdır ki, iddiaçının davranışları onun könüllü iradəsi əsasında, yəni, aldatma və hədə - qorxu olmadan mirasdan imtina ərizəsini imzaladığını təsdiq edir və buna görə də həmin ərizənin etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir. İddiaçının keçən 10 il ərzində konklyudent hərəkətləri onun iddia etdiyi “aldatma” faktının olmasını özlüyündə təkzib edir. İddiaçı iddia ərizəsini tamamilə formal mülahizələr üzərinə qurmuşdur. Yuxarıda göstərilənlərdən əlavə olaraq bildirilmişdir ki, hazırki iddia tələbi “aldadılma” nəticəsinə iradənin zədələnməsi ilə bağlı olduğundan etibarsızlığın mübahisə edilən əqdlər növünə aiddir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik kəsici müddət məhz “mübahisə edilən əqdlərə” münasibətdə tətbiq olunur. O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf bunu sübut etməlidir. Bu hal sübuta yetirilmədikdə (məhkəmə işdəki sübutlar əsasında əqdin etibarsızlığını təsbit etmədikdə) Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddətlərin müzakirə və tətbiq edilməsinə hüquqi əsas yaranmır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, 2014- 2015-ci illərdə sözügedən mübahisəli əmlak obyektə çevrilmiş, o həmin obyektə dair öz adına sərəncam çıxartdırmışdır. Həmin illərdə obyekti icarəyə verərək onun qazancını bacıları Aygün və Dürdanə ilə aralarında bölmüşlər. Belə ki, 2014-cü ildə obyektin icarə haqqına görə həmin miras əmlakdan yox, icarə haqqından imtina etmiş, yığılmış bütün icarə haqqını bacıları Aygün və Dürdanəyə vermişdir. Aylıq təxminən 3000 manata yaxın icarə haqqı almış, bacılarına da icarə haqqını bölüşdürmüşdür. Belə ki, imtina ərizəsini verərkən onun məzmununa diqqət etməmiş, sonradan ona məlum olmuşdur ki, həmin ərizə miras əmlakdan imtinanı nəzərdə tutur. Hazırda cavabdehlər Aygün və Dürdanə onu mübahisəli əmlaka buraxmırlar. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdeh Ceyhun iddiaçı Elşadın bibisi oğludur, digər cavabdehlər Dürdanə və Aygün iddiaçı Elşadın bacılarıdır. Hazırkı iş üzrə cavabdehlər Aygün və Dürdanə mübahisəli evdən ailə quraraq köçüblər. İddiaçı Elşad, cavabdehlər Ceyhun, Dürdanə və Aygün mərhum Fatmanın qız-oğul övladlarıdır. Miras əmlak iddiaçının mərhum nənəsi Fatmadan miras qalmış ünvan 1 ünvanda yerləşən əmlakdır. Fatma 1991-ci ildə, onun həyat yoldaşı Cabbar isə ondan əvvəl yəni 1972-ci ildə vəfat etmişdir. Mübahisəli əmlak Fatma və Cabbarın birgə nikah dövründə əldə edilmiş əmlakıdır. 1991-ci ilə, yəni Fatmanın ölümünə qədər mübahisəli əmlakda Fatma ilə birlikdə Fatmanın uşaqları Suliddin, Elmira, Nüsrəddin, Firuddin, Suliddinin uşaqları Elşad, Aygün, Dürdanə, Elmiranın uşaqları Ceyhun və Polad yaşamışlar. Nüsrəddin və Firuddin üçün anaları Fatma ev almış, onlar Fatmanın sağlığında mübahisəli əmlakdan köçmüşlər. Suliddinin uşaqları Aygün və Dürdanə Fatmanın sağlığında, yəni 1991-ci ildən əvvəl ailə quraraq köçmüşlər. Həmçinin Ceyhunun qardaşı Polad da Fatmanın sağlığında özünə ev alaraq mübahisəli əmlakdan köçmüşdür. İddiaçı Elşadın, cavabdehlər Aygün və Dürdanənin atası Suliddin 2000-ci ildə, cavabdeh Ceyhunun anası Elmira isə 2012-ci ildə vəfat etmişdir. Həm Fatma 1991-ci ildə öldükdə, həm Suliddin 2000-ci ildə öldükdə, həm də Elmira 2012-ci ildə öldükdə iddiaçı Elşad və cavabdeh Ceyhun mübahisəli əmlakda yaşamışdır. 2012-ci ildən başlayaraq tərəflər arasında mübahisələr yaranmağa başlamış, cavabdehlər Aygün və Dürdanə həmin əmlakla bağlı iddiaçıya şifahi müdaxilələr etməyə başlamışdır. 2014- 2015-ci illərdə sözügedən mübahisəli əmlak obyektə çevrilmiş, iddiaçı Elşad həmin obyektə dair öz adına sərəncam çıxartdırmışdır. Həmin vaxt Dürdanə və Aygün obyektin kilidini qıraraq obyektin açarlarını dəyişdirmişdir. 2009-cu ildə iddiaçı Elşad xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək mübahisəli əmlaka vərəsəlik və mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, məhkəmə qətnaməsi ilə onun hüququ tanınsa da, 2023-cü ildə cavabdeh Aygünün şikayəti əsasında apellyasiya instansiyasında həmin qətnamə ləğv edilərək, ərizə baxılmamış saxlanılmışdır. Hazırda həmin mübahisəli əmlakda heç kim yaşamır. Cavabdehlər Aygün və Dürdanə həmin ünvanda yerləşən obyekti uçurtmuşlar, cəmi 2 otaq qalmışdır. İddiaçı tərəfindən verilmiş müvafiq imtina ərizəsi birtərəfli əqd kimi qiymətləndirilə bilməz. Hansı ki, qanunvericiliyin tələbinə əsasən əmlakda olan payından imtinaya dair ərizə mirasın açıldığı dövrdən, yəni mərhum Fatma 1991-ci ildə öldükdən sonra 3 və 6 aylıq müddət ərzində verilə bilərdi. Həmin ərizə aldadılma nəticəsində verildiyi üçün mübahisə edilən yox, əhəmiyyətsiz əqd olmaqla etibarsız sayılmalıdır. Ərizədəki imza iddiaçıya məxsus olsa da, məzmununda olan xəttin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, hazırkı münasibətlərə 2000-ci ildən sonra qəbul edilmiş Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı tətbiq edilməlidir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh5 iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, dayısı X1 miras əmlakdan imtinasına dair ərizəsi var. İddiaçı Elşad mübahisəli ünvanda yerləşən tikilini öz vəsaiti hesabına tikmişdir. Cavabdeh Aygün və Dürdanə 2012-ci ildə həmin tikilini uçurtmuşlar, indi həmin ünvanda boş torpaq sahəsi qalıbdır. Belə ki, iddiaçı Elşadın mübahisəli əmlaka vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnaməsi apellyasiya qaydasında ləğv olunduqdan sonra miras əmlakın qəbulu üçün notariat ofisinə müraciət etmişdir. Hesab edir ki, iddiaçı Elşad tərəfindən verilmiş miras əmlakdan imtinaya dair ərizə etibarsız hesab olunmalıdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin edilməməsini xahiş edərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi. Bundan başqa bildirdi ki, sözügedən mübahisəli əmlakı əmisinin maddi dəstəyi ilə obyektə çevirmişlər ki, ondan gəlir əldə edərək öz aralarında bölsünlər. Həmin vaxt Bakıda yaşayan bacıları Dürdanənin maddi vəziyyəti pis olduğundan əldə etdikləri icarə haqqından ona köməklik etməyi planlaşdırmışlar. Həmin obyektdən aylıq təxminən 500-600 manat icarə haqqı almışlar. 2008-ci ildən həmin obyektin bütün sayğacları əmisi Nüsrəddinin adınadır. Ataları Suliddindən “Bank Respublika 94” ünvanda yerləşən başqa bir əmlak daha qalmış, o və bacısı Dürdanə həcmi az olan əmlakı özlərinə götürmüş, daha böyük həcmli əmlakı, yəni “Bank Respublika 94” ünvanda yerləşən əmlakı qardaşları Elşada vermişlər. Sonradan “Bank Respublika 94” ünvanda yerləşən əmlakın aqibətindən xəbərləri belə olmamış, eşitdiklərinə görə qardaşı Elşad həmin əmlakı 620000 manata satmışdır. Bundan başqa, cavabdeh Ceyhun heç vaxt mübahisəli əmlakda yaşamamışdır. Həmçinin qeyd etdi ki, Cavabdeh4 nümayəndəsi və vəkilinin qeyd etdikləri ilə tam razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi və məhkəməyə təqdim etdiyi mülahizəsinin məzmununa uyğun çıxış etdi. Həmçinin əlavə etdi ki, iddiaçı notarial qaydada mirasdan imtina barədə ərizə vermişdir, hazırda isə iddiaçı miras əmlakdan bacısı Dürdanənin xeyrinə imtina etməsi barədə ərizəsini aldadılma nəticəsində yazdığını iddia edir. Sözügedən imtina ərizəsi iddiaçının birtərəfli iradə ifadəsini əks etdirən birtərəfli əqd kimi qiymətləndirilməlidir. Həmçinin iddiaçının müvafiq imtina ərizəsinin onun aldadılması nəticəsində verildiyi qənaətinə gəlmək üçün heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı 10 il əvvəl, 2014-cü il tarixdə miras əmlakdan notarial qaydada imtina etmişdir. Keçən 10 il ərzində iddiaçının bacıları (cavabdehlərlə) ilə normal qohumluq münasibəti olmuşdur. İddiaçı əgər aldadılma nəticəsində imtina ərizəsini verdiyini hesab edirdisə, keçən 10 il ərzində hüquq mühafizə orqanlarına müraciət etməli idi. İddiaçı 10 il ərzində özünün konklyudent hərəkətləri ilə göstərmişdir ki, həmin imtina ərizəsi onun iradə ifadəsini əks etdirir. Həmçinin hazırki iddia tələbi “aldadılma” nəticəsinə iradənin zədələnməsi ilə bağlı olduğundan etibarsızlığın mübahisə edilən əqdlər növünə aiddir. Bundan başqa iddiaçı məhkəmə baxışında qeyd olunan imtina ərizəsinin məzmunundan xəbərsiz olaraq imza etdiyini bildirsə də, iş materiallarında olan həmin imtina ərizəsindən qısa müddət sonra iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış ərizədə iddiaçı miras əmlakdan bacılarının xeyrinə imtina etdiyini, həmin əmlakın rəsmiləşdirilməsində köməklik edilməsini xahiş etmişdir. Sözügedən birtərəfli əqd əhəmiyyəsiz əqd hesab oluna bilməz. O da qeyd olunmalıdır ki, hazırda iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı iddia irəli sürülməsi, hüquqdan sui-istifadə olmaqla, mülki dövriyyənin sabitliyinə və vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Həmçinin iddiaçı tərəf mübahisəyə Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarının tətbiq edilməsini bildirsə də, həmin qərarın hazırkı mübahisə ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa iddia ərizəsinin əsaslandırmasına baxdıqda iddiaçı tərəfin çaşqınlığı bir daha aydın olur ki, iddiaçı tərəf hazırkı mübahisəyə 2000-ci ildən sonra qəbul edilmiş Mülki Məcəllənin normalarının tətbiq olunmalı olduğunu bildirir, lakin hesab edir ki, hazırkı mübahisə 2000-ci ildən əvvəl qəbul edilmiş Mülki Məcəllənin normaları ilə tənzimlənməlidir. Belə ki, iddiaçı tərəf tələbini əsaslandıran maddi hüquq normalarının seçimində səhvə yol vermişdir. Həmçinin iddiaçı tərəfindən miras əmlakı qəbul etməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırda iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 cavabdehlər Aygün və Cavabdeh4ların mövqeyini təsdiqləyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli əmlak anası Fatmanın evidir. Ailədə altı qardaş-bacı olmuşlar, qardaşları Akşay, Suliddin və Firuddin, bacıları Elmira və Firuzədir. Onlar hamısı ölüblər, hazırda qardaş-bacılarından təkcə özü sağdır. Sözügedən mübahisəli əmlakı gəlir əldə etmək üçün obyektə çevirmişdir. Əvvəlcə həmin əmlakı şirkətə icarəyə vermiş, onda icarə haqqı hərəyə 1000 manata yaxın bölünmüşdür, bundan sonra mebel mağazasına icarəyə verəsələr də, sonradan həmin mağaza bağlanmışdır. İddiaçı Elşad ərizə verərək miras əmlakdan imtina etmişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 cavabdehlər Aygün və Cavabdeh4ların mövqeyini təsdiqləyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı Elşad əmisioğlu, cavabdehlər Aygün və Dürdanə əmisiqızlarıdır. Əmisi Suliddindən qalan bütün əmlaklar əmisioğlu Elşada qaldığı üçün nənəsi Fatmadan qalan əmlakdan əmisiqızları Aygün və Dürdanəyə pay verilmişdir. Həmin miras əmlakın ona aidiyyəti yoxdur, o qəbul etməmişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 cavabdehlər Aygün və Cavabdeh4ların mövqeyini təsdiqləyərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, nənəsindən qalan miras əmlakı özü, əmisi Nüsrəddin, əmisiqızları Aygün və Dürdanə qəbul etmişdir. 2010-cu ildən 2015-ci ilə kimi mübahisəli əmlakı icarəyə vermişlər, 2015-ci ildən etibarən isə həmin obyekti parfümeriya mağazası kimi özü işlətmişdir. Həmin əmlakdan əldə olunan gəlir özü, əmisi Nüsrəddin, əmisiqızları Aygün və Dürdanə arasında bölünmüşdür. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X77 İddiaçı mövqeyini təsdiqləyərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, sözügedən əmlak nənəsinin olmuşdur, o mərhum nənəsi Fatmanın Firuzə adlı qızının oğludur. Həmin mübahisəli əmlakda yaşamamışdır, lakin payının müəyyən edilməsini xahiş edir. Bundan başqa, qeyd etdi ki, iddiaçı Elşad tərəfindən verilmiş miras əmlakdan imtinaya dair ərizə etibarsız hesab olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi bildirmişdir ki, mülki işlə bağlı İdarədə araşdırılma aparılmış, mübahisəli əmlaka dair arayış alınması üçün vərəsələrdən yalnız birinin müraciət etdiyi, həmin müraciət əsasında mübahisəli əmlaka gedildiyi, lakin həmin ünvanda mübahisə olduğundan baxış keçirilərək inventarizasiya işlərinin aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, həmin əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X53, X18, X69, X29, X3, X30, X6, X54, X58 və X70 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 5 ünvanında xüsusi mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********4-10301 reyestr nömrəli daşınmaz əmlak xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ mərhum X27 məxsusdur. İddiaçı və X88 “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Xeyrullayev R.S. tərəfindən təsdiqlənmiş və reyestrdə 7E-57/56984/56985 nömrə ilə qeydə alınmış, həmçinin xx.xx.2014-cü il tarixdə düzgünlüyü Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Talıbov M.M. tərəfindən təsdiqlənmiş və reyestrdə xx-xx/68367 nömrə ilə qeydə alınmış xx.xx.2014-cü il tarixli ərizələrində qeyd etmişlər ki, onlara məxsus olan ünvan 8 mülkdən Cavabdeh4 və Cavabdeh2 xeyrinə imtina edirlər. İddiaçı Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Rzayev.R.A tərəfindən təsdiqlənmiş və reyestrdə 7E-51/51420 nömrə ilə qeydə alınmış xx.xx.2014-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus olan ünvan 8 mülkdə qeydiyyatda olan mağazanın gəlirinin hamısının satıldıqda gəlirin 50 faizinin Cavabdeh4 verilməsinə etiraz etmir. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 13-2521/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X46, X45 və X35 barəsində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: - X46 1) Ər - X59 (xx.xx.1972-ci ildə vəfat edib), 2) Uşaq – X25 (ananın say üzrə 5-ci uşağı). - X45 1) Ər – X79 (xx.xx.1934) (xx.xx.2008-ci ildə vəfat edib), 2) Uşaq – Cavabdeh5 (xx.xx.1969), 3) Uşaq – X60 (xx.xx.1963), 4) Uşaq – X94 (xx.xx.1969), 5) Uşaq – X95 (xx.xx.1960). - X35 1) Arvad – X55 (xx.xx.1951) (xx.xx.2014-cü ildə vəfat edib), 2) Uşaq – X38 (xx.xx.1968), 3) Uşaq – İddiaçı (xx.xx.1970), 4) Uşaq – Cavabdeh4 (xx.xx.1973), 5) Uşaq – X34 (xx.xx.1963). Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 13-2524/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X61, Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı, X47 barəsində xx.xx.2024-cü il tarixədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: - X61 1) Arvad – X4 (xx.xx.1944), 2) Uşaq – X67 (xx.xx.1972), 3) Uşaq – X39 (xx.xx.1965). - X47 1) Arvad – X62 (xx.xx.1951), 2) Uşaq – X33 (xx.xx.1981), 3) Uşaq – X26 (xx.xx.1979). - Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı 1) Ər – X48 (1933), 2) Uşaq – X77 (xx.xx.1965), 3) Uşaq – X42 (xx.xx.1967), 4) Uşaq – X68 (xx.xx.1972). İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/044053-24 nömrəli arayışdan görünür ki, xx.xx.1933-cü il təvəllüdlü X35 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Arvadı - X55 (xx.xx.1951) (xx.xx.2014-cü ildə vəfat edib), 2.Qızı – X34 (xx.xx.1963) 3.Qızı – Cavabdeh2 (xx.xx.1968) 4.Oğlu – İddiaçı (xx.xx.1970) 5.Qızı – Cavabdeh4 (xx.xx.1973) İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 628 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh5 ilə bağlı ünvan 1 ünvana dair xx.xx.2023-cü il tarixli, 628 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu məktubundan başqa elektron notariat informasiya sistemində notariat əməliyyatı qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 3-48-DA-4F/2-Ə-1455//6/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Stalin Rayon Vətəndaşlıq X10 Şöbəsi arxiv fondunun sənədlərinə əsasən vətəndaşların doğum qeydlərinin aktları kitabından məlum olur ki, Qasımova Cabbar xx.xx.1939-cu ildə Kirovabad şəhərində anadan olmuşdur, atası X63, anası X31r. Bu barədə SSRİ X112 X7 X41 tərəfindən 758 nömrəli “təvəllüd haqqındakı aqtın yazılması” adlı şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh5 04 fevral 2006-cı ildən Gəncə şəhəri, X113 prospekti, ev 100 ünvanda yerləşən mənzildə qeydiyyatdır, qeydiyyatda olan digər şəxslər X94, X80, X33 və Cavabdeh4dır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/155795-23 nömrəli arayışdan görünür ki, XX.XX.1903-cü il təvəllüdlü X46 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Qızı – X45 (xx.xx.1939) (xx.xx.2012-ci ildə vəfat edib), 2.Oğlu – X25 (xx.xx.1949) İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Ərazi İdarəsinə ünvanlanmış 628 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 100 saylı evin mülkiyyətçisi X46 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsi nəvəsi Cavabdeh5 Gəncə şəhəri, Heydər Əliyev prospekti, 100 saylı evə dair onun vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Bununla Gəncə şəhəri, Heydər Əliyev prospekti, 100 saylı evin mərhum X19 adına qeydə alınıb ora vərəsəlik edilməsi üçün reyestrdən çıxarış və ya forma 37 arayışının verilməsi xahiş edilmişdir. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-Q-2163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh5 xx.xx.1969-cu ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, xx.xx.1969-cu il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 1941 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdeh5 atası X79, anası X32r. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/029834-24 nömrəli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh5 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Atası – X79 (xx.xx.1934) (xx.xx.2008-ci ildə vəfat edib), 2.Anası – X45 (xx.xx.1939) (xx.xx.2012-ci ildə vəfat edib). Arayışda qeyd olunmuşdur ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barəsində məlumatlar göstərilmişdir. İş materiallarında olan, Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 27 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 225427 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X49 23 aprel 2007-ci ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007ci il tarixdə 323 nömrəli akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/113331-24 nömrəli arayışdan görünür ki, XX.XX.1931-ci il təvəllüdlü X49 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. 1.Əri – X48 (xx.xx.1933) (xx.xx.1985-ci ildə vəfat edib), 2.Oğlu – X77 (xx.xx.1965), 3.Qızı – X42 (xx.xx.1967), 4.Oğlu – X68 (xx.xx.1972). İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 241756 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X46 24 mart 1991-ci ildə Gəncə şəhərində “hipertonik kriz” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 183 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-Ə-1733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X35 xx.xx.2000-ci il tarixdə, Gəncə şəhərində, “hər iki ətrafın, sol yuxarı ətrafın bədən səthinin İİ-İİİ dərəcəli termik yanığı” səbəbindən ölmüş, ölüm haqqında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2000-ci il tarixli, 242 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Bakı Şəhəri Binəqədi Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 28 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 149179 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X61 23 iyun 2003-cü ildə Bakı şəhərində “sidikliyin şişi” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 621 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə Şəhəri Kəpəz Rayonu VVADQ Şöbəsi tərəfindən 02 fevral 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 075762 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X47 01 fevral 2004-cü ildə Gəncə şəhərində “ağciyər ödəmi” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 105 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə Şəhəri Nizami Rayonu VVADQ Şöbəsi tərəfindən 27 aprel 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 225427 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X49 23 aprel 2007-ci ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007ci il tarixdə 323 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 27 mart 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 618249 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X55 25 mart 2014-cü ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 197 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-Q-3486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X59 xx.xx.1972-ci il tarixdə, Gəncə şəhərində, “mədə xərçəngi” səbəbindən ölmüş, ölüm haqqında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1972-ci il tarixli, 131 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan, Gəncə Şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsi tərəfindən 23 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 515767 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X45 21 yanvar 2012-ci ildə Gəncə şəhərində “ürək çatmamazlığı” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 72 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan, Gəncə Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, Qasımov “Aqşay” Cabbar oğlu xx.xx.1936-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur, bu barədə Gəncə Şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.1936-cı il tarixdə 2338 nömrəli qeyd aparılmışdır. X17, anası Qasımova Fatma “Museyb” qızıdır, valideynlərin milliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə edilmiş, Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş İ- ИE seriyalı, 190368 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X48 və X50 arasında bağlanmış nikah xx.xx.1961-ci il tarixdə 901 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ər Nağıyev, arvad Nağıyeva soyadı ilə qeyd edilmişdir. İş materiallarında olan, Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-Q-1734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1970ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, xx.xx.1970-ci il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 1291 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı X5, anası X40r. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 nömrəli, xx.xx.2009cu il tarixli qətnaməsi ilə İddiaçı Süliddin oğlunun ərizəsi təmin edilmiş, X19 24 mart 1991ci il tarixdə vəfatından sonra Gəncə şəhəri X113 küçəsi 100 saylı ünvanda qalmış fərdi yaşayış evindən idarət miras əmlakın X35, X47 və X25 tərəfindən qəbul edilməsi faktı, X14 07 aprel 2000-ci il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun oğlu İddiaçı tərəfindən qəbul edilməsi faktı, X20 01 fevral 2004-cü il tarixdə vəfatından sonra ona çatacaq mirasın onun qızı X33 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, Gəncə şəhəri X113 küçəsi 100 saylı ünvanda qalmış 25,0 kv.m bir yaşayış otağı və 17,4 kv.m. örtülü eyvan olan “A” literli yaşayış binasından, 12.1 kv.m. bir yaşayış otağı olan “B” literli yaşayış binasından və 600 kv m. torpaq sahəsindən ibarət olan miras əmlakın 1/3 hissəsinə X8, 1/3 hissəsinə İddiaçı və 1/3 hissəsinə X11 vərəsəlik və mülkiyyət hüquqları tanınmış, İddiaçı, X15 və X21 paylarına uyğun olaraq Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə tapşırılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1415/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin qətnamədən maraqlı şəxs Cavabdeh2 nümayəndəsi vəkil X64 tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 nömrəli mülki iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanılması və İddiaçı Süliddin oğluna ümumi əsaslarla məhkəmədə iddia vermək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 3-48-DA-4F/2-Q-2231//8/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının 08 yanvar 2010-cu il tarixli, 02 nömrəli sərəncamı”) əsasən ünvan 8 ünvanda yerləşən İddiaçı, N.Qasımova və X.Qasımovaya məxsus mülkdə müvafiq qaydada razılaşdırılmış layihə əsasında rekonstruksiya işlərinin aparılmasına icazə verilmiş, İddiaçı, N.Qasımova və X.Qasımovaya tapşırılmışdır ki, rekonstruksiya işlərinin layihəsini Gəncə şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılsın. X61 Bakı şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusu N.Ə.Vədətov tərəfindən təsdiq edilmiş, reyestrdə 7E/4-1243 nömrəsi ilə qeydə alınmış tərəfindən verilmiş ərizədə göstərmişdir ki, mərhum anası X16 miras qalmış Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi 100 saylı evdən vərəsəlik qəbul etməmişdir və qəbul etmək niyyətində də deyil. Gələcəkdə bu barədə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Cavabdeh5 Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-14555 nömrəsi ilə qeydə alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlandığı ərizəsində qeyd etmişdir ki, mərhum Qasımova (Əsədova) Fatma Müseyib qızının adına 0,0625 ha torpaq sahəsinə dair Kirovabad şəhər TİB-nun xx.xx.1934-cü il tarixli, 7884 nömrəli torpaq qeydi verilmişdir. Həmin 0,0567 ha sahəyə uyğun olaraq çıxarışın verilməsinə razıdır və gələcəkdə bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və onun tabeliyində olan qurumlara qarşı heç bir iddiası olmayacaq. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 9 ünvanında xüsusi mülkiyyətdə olan 0,0567 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 127,4 kv.m olan fərdi yaşayış evindən ibarət **********4-10301 reyestr nömrəli daşınmaz əmlak mərhum X19 xüsusi mülkiyyətindədir. X19 birinci növbə vərəsələri əri və altı övladı olmuşdur. X46 xx.xx.1991ci il tarixdə, əri X59 xx.xx.1972-ci ildə, oğlu X35 xx.xx.2000-ci il tarixdə, qızı X45 xx.xx.2012-ci ildə, o cümlədən oğlu X61, oğlu X47 və qızı Nağıyeva (Qasımova) Firuzə Cabbar qızı vəfat etmişlər. X19 yalnız bir övladı – hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2. X14 birinci növbə vərəsələri arvadı X55 (xx.xx.2014-cü ildə vəfat edib), uşaqları X34, X38, İddiaçı və Cavabdeh4dır. X46 iddiaçının nənəsi, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 iddiaçının bacıları, digər Cavabdeh5 isə iddiaçının bibisi mərhum X23 oğludur. İşin faktiki hallarına görə İddiaçı Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Xeyrullayev R.S. tərəfindən təsdiqlənmiş və reyestrdə 7E-57/56984/56985 nömrə ilə qeydə alınmış, həmçinin xx.xx.2014-cü il tarixdə düzgünlüyü Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu Talıbov M.M. tərəfindən təsdiqlənmiş və reyestrdə xxxx/68367 nömrə ilə qeydə alınmış xx.xx.2014-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus olan ünvan 8 mülkdən Cavabdeh4 və Cavabdeh2 xeyrinə imtina edir. Öncə məhkəmə nəzərə alır ki, həm əvvəlki, həm də qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın mülkiyyətçisi X46 xx.xx.1991-ci il tarixində, habelə iddiaçının X5 xx.xx.2000-ci il tarixində öldüklərindən və müvafiq mirasın açıldığı vaxt da eyni tarixlər olduğundan mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə xx.xx.1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd edilən maddi hüquq normalarından və işin faktiki hallarından da görünür ki, iddiaçının atası iddiaçının miras qoyan nənəsinin, iddiaçı isə öz növbəsində miras qoyan atasının qanun üzrə birinci növbə vərəsəsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, miras əmlakın mülkiyyətçisi olan miras qoyan X46 xx.xx.1991-ci il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı və cavabdehlər Cavabdeh4, Cavabdeh2 ataları X35 miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni xx.xx.1991-ci il tarixdə yaranmışdır. Həmçinin, miras qoyan X35 xx.xx.2000-ci il tarixdə öldüyündən, həmin vaxt isə onun vərəsələrindən biri olan iddiaçı miras qoyanın birinci növbəli vərəsəsi kimi miras əmlakdan pay almaq hüququna malik olan şəxs olmuşdur və onun miras əmlakdan pay almaq hüquqları mirasın açıldığı vaxt, yəni xx.xx.2000-ci il tarixdə yaranmışdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin birinci hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552-ci maddəsinin ikinci hissəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən maddi hüquq normalarının mənasından da göründüyü kimi, miras o halda əldə edilmiş hesab edilir ki, vərəsə (və ya vərəsələr) onu qəbul etmiş olsun. Mirasın qəbul edilməsini isə qanunvericilik 3 dispozitiv əsasla şərtləndirmişdir: 1. Vərəsənin miras əmlakını faktiki surətdə idarə etməyə başlaması; 2. Vərəsənin mirasa yiyələnməsi və 3. Vərəsənin vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi. Həmçinin, qanunvericilik hər hansı şərtlərdən birinin olduğunu mirasın qəbul edilməsi üçün kifayət hesab etmişdir. Qanunvericiliyin tələbindən də aydın görünür ki, vərəsə mirası qəbul etməsi üçün notariat orqanına rəsmi olaraq müraciət etmədən də, miras əmlakdan istifadə və ya ona sahiblik etməyə başlamışsa, habelə miras əmlakın idarə olunması üçün və ya miras əmlaka bağlılığını göstərən hər hansı hərəkətlər etmişsə, yaxud miras kütləsinə daxil olan bir əşyanı qəbul edib sahiblik və istifadə etmişsə, mirası qəbul etmiş hesab edilir. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, iddiaçı miras əmlakın mülkiyyətçisi olan nənəsi X19 öldüyü vaxtda - xx.xx.1991-ci il tarixində, habelə X5nun öldüyü vaxtda xx.xx.2000-ci il tarixində miras əmlak olan sözügedən fərdi yaşayış evində yaşamaqla, idarə etməklə və sahiblik etməklə nənəsindən atasına qalmış miras əmlakdan payını atasının qanun üzrə birinci növbə vərəsəsi kimi faktiki qəbul etmişdir. Bu hal həm də onunla təsdiq olunur ki, iddiaçı hələ 2009-cu ildə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək sözügedən miras əmlak üzərində paylarının müəyyən edilməsini xahiş etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1932/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə onun payları müəyyən edilsə də, sonradan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanılmış və məhkəmədə yenidən iddia icraatı qaydasında baxılması hüququ ona izah edilmişdir. Bundan başqa, məhkəmə iclaslarında verdiyi izahatında Cavabdeh2 göstərmişdir ki, ataları Suliddindən “Bank Respublika 94” ünvanda yerləşən başqa bir əmlak daha qalmış, o və bacısı Dürdanə həcmi az olan əmlakı özlərinə götürmüş, daha böyük həcmli əmlakı, yəni “Bank Respublika 94” ünvanda yerləşən əmlakı qardaşları Elşada vermişlər. Sonradan “Bank Respublika 94” ünvanda yerləşən əmlakın aqibətindən xəbərləri belə olmamış, eşitdiklərinə görə qardaşı Elşad həmin əmlakı 620000 manata satmışdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddiaçının yaşadıqdan bir neçə il sonra sözügedən fərdi yaşayış evindən çıxması (miras əmlakdan kənarda qalması), yaxud da həmin yaşayış evinin təyinatının dəyişməsi isə onun həmin əmlaka olan hüquqlarının kəsilməsinə səbəb ola bilməz. Bütün qeyd edilənlərə baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı sözügedən miras payını faktiki qəbul etmiş olsa belə, onun mərhum nənəsi X13 miras qalmış hazırki ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə varis olaraq paylarının müəyyən edilməsi və tərəfindən bacısı Cavabdeh4 adına miras paydan imtinaya dair verdiyi ərizəsinin etibarsız hesab edilməsinə dair iddiası əsassızdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı əsasən tərəfindən bacısı Cavabdeh4 adına miras paydan imtinaya dair notarial qaydada verdiyi xx.xx.2014-cü il tarixli ərizəsini mübahisələndirməklə həmin hissədə ərizəsinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı hesab edir ki, onun tərəfindən 2023-cü il tarixdə mirasın açılmasından yəni 1991-ci il tarixdən 32 il keçdikdən sonra bacısı Cavabdeh4 adına onun aldadılmağı ilə bağlı guya miras əmlakdan olan payından imtinaya dair ərizə verilmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən əmlakda olan payından imtinaya dair ərizə mirasın açıldığı dövrdən 3 ay ərzində verilə bilərdi. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, miras paydan imtina barədə ərizənin tarixi nəzərə alınmalı və bu hissədə hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan Mülki Məcəlləyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (maddə 1256). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir (maddə 1268). Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (maddə 1269). Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər (maddə 1272). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (maddə 324.1-324.2). Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (maddə 347.1.). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (maddə 347.2). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.1-337.4). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifələri yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu görsün (maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olmalı idisə əqd mübahisələndirilə bilər (maddə 339.3). Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi vərəsə, o cümlədən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulundan imtina edə bilər və belə imtina notariat orqanında rəsmiləşdirilməlidir. Vərəsə imtina barədə ərizəsini geri götürə bilməz. Qanunun mənasına görə vərəsəliyin qəbulundan notariat qaydada verilmiş ərizə ilə imtina etmiş tərəf belə imtina barədə mübahisəni bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində aça bilər və bu zaman mirasdan imtina barədə birtərəfli əqdin etibarsızlığı, o cümlədən vacib əhəmiyyətli yanılma üçün əsasların mövcud olduğunu sübut etmək yükü bunu iddia edən tərəfin üzərinə düşür. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı notarial qaydada qeydə alınmış xx.xx.2014-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus olan ünvan 8 mülkdən Cavabdeh4 və Cavabdeh2 xeyrinə imtina edir. Buna baxmayaraq iddiaçı müvafiq ərizə ilə notariat kontoruna müraciət etdiyi gündən 10 ilə yaxın müddət keçdikdən sonra həmin ərizənin və onun hüquqi nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmış, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında imzaladığı ərizənin mahiyyətini başa düşmədiyini, imtina ərizəsini verərkən onun məzmununa diqqət etmədiyini, əslində miras payından deyil, sözügedən əmlakdakı “obyektin” icarə haqqından imtina etdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı aldadıldığını da qeyd edir. Lakin bununla bağlı da hər hansı mötəbər dəlil irəli sürmür. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə iddiaçı 10 il keçdikdən sonra aldadıldığını, iradəsinin zədələndiyini iddia edir. İddiaçının digər dəlili isə ondan ibarətdir ki, o, miras əmlakdan ona çatası payı qəbul etmiş, lakin bundan uzun müddət keçdikdən sonra sözügedən miras əmlakdan imtina etməsi barədə notarial qaydada ərizə vermişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən əmlakda olan payından imtinaya dair ərizə mirasın açıldığı dövrdən 3 ay ərzində verilə bilərdi. Məhkəmə iddia tələbinin həddini nəzərə almaqla bir daha qeyd edir ki, iddiaçı miras açıldıqdan bir neçə il keçdikdən sonra bacısı Cavabdeh4 adına miras paydan imtinaya dair notarial qaydada ərizə vermişdir. Göstərilən hallarla bağlı, eyni zamanda həm iddiaçı, həm də cavabdehin faktki və hüquqi dəlilləri ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1256-cı maddəsindəki üç aylıq zaman kəsici müddət olduğu üçün həmin müddət keçdikdən sonra imtina qəbul edilə bilməz. Əks halda bu müddətin mənası qalmazdı. Odur ki, üç ay ərzində imtina ərizəsi verilmədiyinə görə vərəsəliyi qətiləşmiş iddiaçı miras əmlakın mülkiyyətçisidir. Bununla belə üç aylıq müddətin xaricində verilmiş imtina ərizəsinin tamamilə əhəmiyyətsiz sayılması da məqsədəuyğun deyil. Ona görə ki, iddiaçı öz iradəsini aşkar bəyan etmiş, miras payını bacısı Cavabdeh4 vermişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə hesab edir ki, belə iradə bəyanı məzmun etibarı ilə vərəsənin artıq qəbul etdiyi miras payını başqa bir vərəsəyə vermək istəyini əks etdirdiyindən həmin hüquqi hərəkətin MM-nin 404-cü maddəsi ilə paya sərəncam əqdi kimi təfsir və tətbiq edilməsi mümkündür. Belə yanaşma uzun illər ərzində bu ərizələr əsasında sənədləşmiş vərəsəliklər üzrə mülki dövriyənin sabitliyini də təmin edir. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçı vərəsə olaraq nənəsindən atasına, atasından isə ona qalmış, artıq qəbul etdiyi miras payını başqa bir vərəsəyə verməklə öz iradəsini aşkar bəyan etmiş, bundan sonra 10 il ərzində digər şəxslər, o cümlədən iddiaçının bacısı Cavabdeh4 mübahisəsiz qaydada həmin əmlaka sahiblik və ondan istifadə etmiş, iddiaçı isə buna etiraz etməmiş, həmin halı bu və ya digər qaydada mübahisələndirməmişdir. Məhkəmə Mülki Məcəllənin 204-cü maddəsinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı notariat orqanında verdiyi iradə bəyanı ilə və bu hüquqi hərəkətini 10 il ərzində davam etdirməklə sözügedən daşınmaz əmlaka mülkiyyət hüququndan imtina etmişdir. Lakin sözügedən əmlak iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından mülkiyyət hüququndan imtina etmənin sonrakı hüquqi hərəkətləri davam etməmiş, daşınmaz əmlaka mülkiyyət hüququndan imtina etmə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə xüsusən qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə notariat kontoruna müraciət etdiyi gündən 10 ilə yaxın müddət keçdikdən sonra həmin ərizənin və onun hüquqi nəticələrinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia irəli sürməsi hüquqdan sui istifadədir və bu yolverilməz hərəkət olmaqla etibarsızdır. Belə ki, Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məcəllənin 560.3.4-cü maddəsinin tələbinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Beləliklə, işin şərh edilən hallarına, həmçinin qeyd edilən müddəalara əsasən məhkəmə, iddiaçının bacısı Cavabdeh4 adına sözügedən miras paydan imtinaya dair verdiyi ərizəsinin etibarsız hesab edilməsi tələbini əsassız sayır. İddiaçının mərhum nənəsi X13 miras qalmış hazırki ünvan 1 ünvanda yerləşən miras əmlak üzərində qanun üzrə varis olaraq paylarının müəyyən edilməsi iddiaçıya münasibətdə sözügedən ərizənin etibarsızlığının hüquqi nəticəsi olduğundan, həmin ərizənin etibarsız olması isə öz təsdiqini tapmadığından iddianın həmin hissədə də təmin edilməsi üçün hər hansı əsas yoxdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X67, X33, X34, X77, X94, X42, X4, X43, X12, X68, X78, X26, X95) "miras əmlak üzərində payların müəyyən edilməsi və miras paydan imtinaya dair ərizənin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar