Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1115/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.2006-cı il təvəllüdlü X3 xx.xx.2006-cı ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 mart 2006-cı ildə anadan olmuş bacısı X8 3 aylıq olarkən xəstələnmiş və 28 iyun 2006-cı ildə vəfat etmişdir. Onu Göygöl rayonu Lüləli kənd qəbirstnlığında dəfn etmişlər. Lakin anası köməksiz və savadsız olduğundan bacısının ölümünə dair ölüm şəhdətnaməsi almamışdır. X2 12 sentyabr 2023cü il tarixdə vəfat etmişdir. O, Peşə məktəbində təhsil alır. Ailə başçısını itirməyə görə pensiya almaqdan ötrü etdiyi müraciət zamanı müəyyən oldu ki, onun 15 mart 2006-cı ildə anadan olmuş bir bacısı vardır. Onun sənədlərini tələb etdilər. O, bacısının 3 aylıq olarkən vəfat etdiyini bildirdikdə onun ölümünə dair sənəd istəmişlər. O, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan bildirildi ki, müraciət ilə əlaqədar avtomatlaşdırılmış informasiya sistemi və qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydləri kitabları saxlanılmış, lakin X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmin faktı müəyyən etdirməkdə məqsəd ailə başçısı kimi anasının vəfat etməsi ilə əlaqədar pensiya müəyyən etdirməkdən ibarətdir. Həmin faktı başqa yolla müəyyən etdirmək mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X13 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizə ilə əlaqədar avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsind; saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ərizəçi onun qızıdır, münasibətləri yaxşıdır, heç bir ədavətləri yoxdur. Ayselin Aysun adında bir bacısı olub və vəfat edib. Həmin uşaq 2006-cı ildə doğulmuşdur, 2-3 aylıq olarkən sətəlcəm xəstəliyindən vəfat etmişdir. Doğulduğu və öldüyü ayı, günü dəqiq xatırlamır. Aysun öləndə Gəncə şəhərində yaşayırdılar. Uşaq Lüləli kənd qəbristanlığında dəfn olunmuşdur. Dəfndə qardaşı Əbülfəz, qonşusu və dostu olan Mamed dedikləri Məhəmməd iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Ərizəçi qardaşının qızıdır, münasibətləri yaxşıdır və ədavətləri yoxdur. Ayselin bir bacısı olub, o da rəhmətə gedib, başqa bacısı və qardaşı yoxdur. Rəhmətə gedən bacısının bir yaşı yox idi, uşağın adı olub-olmadığını, nə vaxt doğulub və öldüyünü xatırlamır. Uşağı Göygöl rayonunun Lüləli kənd qəbristanlığında dəfn qardaşı və Mamed adlı qonşusu ilə dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X3 2006-cı ildə Gəncə şəhərində ölməsi sübuta yetirilmişdir. Lakin ərizəçinin təsbit olunmasının xahiş etdiyi digər hallar sübuta yetirilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum bacısı X3 ölümü qeydə alınmadığı üçün pensiya almasına dair müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, X3 xx.xx.2006-cı ildə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə qismən təmin edilməli, X3 xx.xx.2006-cı ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X3 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1115/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1115/2024
27.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver