Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1163/2024 19.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) “mediasiya prosesində bağlanmış alimentin ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində 22 mart 2022-ci il tarixdə birgə nikahlarından olan övladları xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 180 (bir yüz səksən) manat ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi və ödəmənin həmin tarixdən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi Hissəsinin sabiq feldşer-baş giziri Maraqlı şəxs ilə 2015-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X8 anadan olmuşdur. Ailə qurduqları ilk günlərdə mehriban yaşamışlar. Lakin, sonradan Maraqlı şəxs ilə xasiyyətinin uyğun gəlməməsi səbəbindən ayrılmalı olmuşdur. O, cavabdeh Maraqlı şəxs qarşı “aliment” tələbinə dair 27 sentyabr 2016-cı il tarixli iddia ərizəsi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-7396/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 10 noyabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Maraqlı şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, ona ödənilməsi və alimentin tutulmasının 27 sentyabr 2016-cı il tarixdən hesablanması qət edilmişdir. (Aylıq əmək haqqı 775,18 manat olduğundan hər ay üçün 193 manat pul tutulması təyin edilmişdir). Bundan başqa, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-205/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozularaq, birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X8 onun himayəsinə verilməklə onun yanında qalması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-7396/2016 saylı qətnaməsindən narazı qalan cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-508/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)-7396/2016 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, xx.xx.2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Maraqlı şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq, Ərizəçi ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(104)-508/2017 nömrəli qətnaməsi icra üçün Goranboy rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra sənədinə əsasən 27 sentyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi Hissəsinin baş giziri Maraqlı şəxs qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi hissəsinin maliyyə xidməti tərəfindən tutularaq, hər ayda ona Kapital Bankda kart-hesaba ödənilməsi başlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi Hissəsinin komandirinin müavini Elxan Hüseynov və maliyyə xidmət rəisi Namiq Mirzəyevin imzası ilə xx.xx.2018-ci il tarixli, 2496 nömrəli məktubla bildirilmişdir ki, baş gizir Əsgərov X9 Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır və qeydiyyat üçün Gəncə şəhəri Kəpəz rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130 saylı Hərbi Hissəsinin komandirinin müavini Elxan Hüseynov və maliyyə xidmət rəisi Namiq Mirzəyevin imzası ilə ona məlumat üçün göndərilmiş xx.xx.2018-ci il tarixli, 2496 nömrəli məktubda baş gizir Əsgərov X9 Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmrinə əsasən hansı vaxtdan ehtiyata buraxılmasını və təqaüdə çıxması tarixi göstərilmədiyindən və 2018-ci ilin oktyabr və noyabr aylarında əmək haqqından və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında olan alimenti tutub, onun Kapital Bankda olan kart hesabına köçürmədiyindən şikayət ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin şöbə rəisinin imzası ilə ona göndərilən xx.xx.2018-ci il tarixli, 12/4383 saylı məktubda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, N nömrəli hərbi hissənin baş giziri Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinə göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissə tərəfindən Maraqlı şəxs pul təminatı ödənilmir. Bu səbəbdən cari ilin oktyabr-noyabr ayları üçün aliment məbləğinin hərbi hissə tərəfindən köçürülməsi qeyri-mümkündür. Eyni zamanda bildirilmişdir ki, Maraqlı şəxs hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi vasitəsilə pensiya alır. Onun pensiya məbləğindən aliment tutulması üçün isə icra vərəqəsi icra şöbəsi vasitəsi ilə yuxarıda göstərilən idarəyə göndərilməlidir. O, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinin ***-***-**-** və ***-***-**-** nömrəli telefonlarına zəng vurmuşdur. Ona bildirmişlər ki, o, yanvar ayının axırında hər ay 106 manat aliment pulu alacaqdır. Bundan sonra o, 14 yanvar 2019-cu il tarixli iddia ərizəsi ilə “alimentin miqdarının artırılması” üçün Gəncə şəhəri Kəpəz Rayon məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin cavabdeh Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Lakin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, iş üzrə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsini xx.xx.2016-cı il tarixli, 2(043)-7396/2016 saylı qətnaməsi ilə Maraqlı şəxs qazancının və başqa gəlirinin 1/4 (dörddə bir) hissəsi məbləğində müəyyən olunmuş alimenti dəyişdirərək, sabit pul məbləğində müəyyən edilməsi, cavabdeh Maraqlı şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq, onun xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığından Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasya şikayəti təmin edilməmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmişdir. Lakin, “alimentin miqdarının artırılması” barədə mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə olunmuş 7-1-ci maddəsinə əsasən 2022-ci ilin mart ayında Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etməli olmuşdur. Gəncə 1 saylı Mediasiya Təşkilatının X3 iştirakı ilə (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00170) 22 mart 2022-ci il tarixli, MŞG/1 - 00406 nömrəli “Barışıq Sazişi” bağlamışlar. 22 mart 2022-ci il tarixli, MŞG/1-00406 nömrəli “Barışıq Sazişin” 2.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflər tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılması ilə bağlı, 1-ci tərəfin, yəni anası Ərizəçi Fəxrəddin qızı, 2-ci tərəf yəni atası Maraqlı şəxs onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğin artıraraq hər ay 180 (yüz səksən) manat olmaqla xx.xx.2022-ci il tarixdə ödəməyi öz üzərinə götürür. “Barışıq Sazişin” 2.4-cü maddəsində isə qeyd edilmişdir ki, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərin biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd etdiyi Gəncə 1 saylı Mediasiya Təşkilatının X3 iştirakı ilə (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00170) 22 mart 2022-ci il tarixli, MŞG/1- 00406 nömrəli bağladıqları “Barışıq Sazişini” mediatordan aldıqdan sonra qarşı tərəf Maraqlı şəxs mediasiyada “Barışıq Sazişi” əsasında artırılmış 180 manat pulu ödəməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Cahid Qasımova müraciət etmişdir. İcra məmuru Cahid Qasımova ona bildirmişdir ki, həmin “Barışıq Sazişi” icra edilməsi üçün qarşı tərəf Maraqlı şəxs pensiya aldığı Gəncə-Daşkəsən regional DSMF-nə göndər. O da Gəncə 1 saylı Mediasiya Təşkilatının X3 iştirakı ilə (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00170) 22 mart 2022-ci il tarixli, MŞG/1-00406 nömrəli bağladıqları “Barışıq Sazişini” mediatordan aldıqdan sonra qarşı tərəf Maraqlı şəxs mediasiyada “Barışıq Sazişi” əsasında artırılmış 180 manat pulu ödənməsi üçün xx.xx.2022-ci il tarixdə Gəncə- Daşkəsən regional DSMF-nə göndərmişdir. xx.xx.2022-ci il tarixdə ona bildirişlə cavab gəlmişdir ki, şəxsən Sosial Fondu onun sənədlərini qəbul etmişdir. Lakin, alimentin artırılmış hissəsinin qarşı tərəf Maraqlı şəxs aldığı pensiyadan tutulması barədə cavab gəlməmişdir və o, məcbur olmuş, ikinci dəfə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etməli olmuşdur. Eyni zamanda Vəkil sorğuları ilə qarşı tərəf Maraqlı şəxs işləyib əmək haqqı və aldığı pensiya fondundan aldığı pensiyanın miqdarını bilmək üçün sorğular vermişdir. Lakin, sorğuların cavabı gec gəldiyindən xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, iş üzrə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs onun xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(043)- 7396/2016 saylı qətnaməsi ilə Maraqlı şəxs qazancının və başqa gəlirinin ¼ (dörddə bir) hissəsi məbləğində müəyyən olunmuş alimenti dəyişdirərək, sabit pul məbləğində müəyyən edilmiş, cavabdeh Maraqlı şəxs hər ay 150 manat sabit pul məbləğində tutulan aliment yetkinlik yaşına çatmayan uşağın tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin alimentin miqdarı artıraraq xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs tutularaq ona ödənilməsi və eləcə də ödədiyi ilkin mediasiya keçirilməsi üçün 55 (əlli beş) manat məbləğində mediasiya xərcini, vəkil sorğusuna ödədiyi 41 manat pulu ona ödənilməsi və Gəncə 1 saylı Mediasiya Təşkilatının X3 iştirakı ilə (Mediasiya Reyestrində Qeydiyyat Nömrəsi M-00170) 22 mart 2022-ci il tarixli, MŞG/1-00406 nömrəli “Barışıq Sazişi” bağlayıb birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin məbləği artıraraq hər ay 180 (yüz səksən) manat olmaqla, yəni hər ay 30 manat miqdarında artırılmış alimenti xx.xx.2022-ci il tarixdən ödəməyi öz öhdəsinə götürən cavabdeh Maraqlı şəxs (1 il 6 ay ödəməmiş) cəmi 540 manat aliment pulunu alınıb ona ödənilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsinin (hakim Fuad Fərhadov) xx.xx.2023-cü il tarixli, 2(125)-6856/2023 nömrəli qətnaməsi ilə, onun cavabdeh Maraqlı şəxs qarşı “alimentin artırılması və ödənilməmiş aliment” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-in 355-23.1. maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məcəllənin 355- 23.2. maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə izah edir ki, iddiaçı cavabdehin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etmədiyi və ya barışıq sazişini könüllü icrasından imtina etdiyi təqdirdə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs ilə arasında bağlanmış 22 mart 2022-ci il tarixli, MŞG/00406 nömrəli barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, hər ay onun kartına 150 (bir yüz əlli) manat pul köçür və Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və barışıq sazişinin şərtlərini pozmuşdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, Ərizəçi ilə arasında bağlanmış 22 mart 2022-ci il tarixli, MŞG/00406 nömrəli barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat aliment ödəməyə razıdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Ərizəyə əlavə edilmiş: AZ-İİİ seriyalı, 645922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 noyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası – Maraqlı şəxs, anası – Ərizəçidır. 22 mart 2022-ci il tarixli, MŞG/00406 nömrəli Barışıq Sazişindən görünür ki, 2.1 tərəflər tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün alimentin artırılması ilə bağlı, 1-ci tərəfin, yəni anası Ərizəçi, 2-ci tərəf, yəni atası Maraqlı şəxs onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğini artıraraq, hər ay 180 (bir yüz səksən) manat olmaqla, xx.xx.2022-ci il tarixdən ödəməyi öz üzərinə götürür. 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birləri ilə bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilməyəcəyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməcəyəcəkdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6856/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “alimentin artırılması və ödənilməmiş aliment” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-508/2017 nömrəli, 18 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, 10 noyabr 2015-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Maraqlı şəxs qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi qidarında aliment tutularaq, Ərizəçi ödənilməsi, alimentin tutulması 27 sentyabr 2016-cı il tarixdən hesablanması və cavabdeh Maraqlı şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2164/2019 nömrəli, 28 iyun 2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-789/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355- 26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti saziş bağlandığı vaxtdan yəni xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarından görünür ki, ərizəçi aliment tələbi ilə bağlı mediatora müraciət etmiş və mediasiya prosesi nəticəsində barışıq sazişi xx.xx.2022-ci il tarixdə bağlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, alimentin tutulma müddəti hazırkı ərizənin məhkəməyə verildiyi vaxtdan deyil, xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 22 mart 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin birgə nikahından 10 noyabr 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun;
2. Alimentin tutulması 22 mart 2022-ci il tarixdən başlayaraq X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov