Məhkəmə qərarları › İş №2(125)-1164/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1164/2022

13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1164/2022 13.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 16 sentyabr 1983-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə xx.xx.1979-cu ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.1980-ci il tarixdə Məmmədova (Qurbanova) Sara Eldar qızı, xx.xx.1981-ci il tarixdə X8 və xx.xx.1983-cü il tarixdə X9 doğulmuşdur. xx.xx.1983-cü il tarixdə oğulları Mövsüm xəstəliyi ilə əlaqədar vəfat etmişdir, Gəncə şəhəri Lüləli kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. X1 vəfatından sonra yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 3-cü döngə, 3 nömrəli evə dair vərəsəlik haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etdikdə oğlullarının ölümünün qeydə alınmadığı müəyyən olmuşdur. Bunun nəticəsində, vərəsəlik hüququ məhdudlaşmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, bu səbəbdən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində doğulmuş Ərizəçi, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X7 ilə xx.xx.1979-cu ildə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-179 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Ərizəçi dayısı arvadıdır, mərhum X9 isə onun dayısının oğlu olmuşdur. Mövsüm Məmmədovun 1983-cü ildə doğulduğunu xatırlasa da, öldüyü günü və ayı dəqiq xatırlamır. Mövsüm Məmmədov doğulduqdan 3-4 ay sonra xəstəlik səbəbindən Gəncə şəhərində vəfat etmişdir, sonra kənd qəbristanlığında dəfn olunmuşdur. Mövsüm Məmmədov öləndə çox balaca olduğu üçün ona başdaşı qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Ərizəçi qardaşının arvadıdır, mərhum X9 isə onun qardaşının oğlu olmuşdur. Mövsüm Məmmədov doğulduqda xəstə idi, 1983-cü ildə anadan olmuş, bir neçə ay yaşadıqdan sonra Gəncə şəhərində vəfat etmişdir. Dəqiq ölüm tarixini xatırlamır. Mövsüm Məmmədov kənd qəbristanlığında dəfn olunmuşdur. Öləndə çox balaca olduğu üçün Mövsüm Məmmədova başdaşı, qəbir hazırlanmamışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X9 oğlunun 1983-cü ildə ölməsi müəyyən edildiyi halda, öldüyü gün və ay sübuta yetirilmədiyi üçün ərizə qismən təmin edilməli, xx.xx.1983-cü il tarixdə doğulmuş X9 oğlunun xx.xx.1983-cü il tarixdə ölməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu X3 ölümü qeydə alınmadığı üçün miras əmlakın qəbul olunmasına dair müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə öldüyü gün və ay müəyyən edilə bilməsə də, X9 oğlunun 1983-cü ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə qismən təmin edilməli, X9 oğlunun xx.xx.1983-cü ildə ölməsi faktı müəyyən edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 18 may 1983-cü il tarixdə X9 oğlunun xx.xx.1983-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar