Məhkəmə qərarları › İş №2(125)-1193/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1193/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1193/2023 27.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, 2* oktyabr 1988-ci il təvəllüdlü X5 15 noyabr 1993-cü ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum əri X1* ilə birgə nikahlarından 2*.1*.1988ci ildə X11 anadan olmuşdur. Onun adına 24.1*.1988-ci il tarixdə qeydiyyat şöbəsində 2315 nömrə ilə doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2 1993-cü ilin noyabr ayının 15-də xəstəlikdən ölmüşdür. Doğulandan bir qədər sağlam olmayan uşaq olduğu üçün aparılan müalicələrə baxmayaraq 5 yaşında vəfat etmişdir. Ölüm şəhadətnaməsinin alınması üçün 1993-cü ildə və sonrakı illərdə müraciət edilməmiş, həmçinin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə də alınmamışdır. X26 23.*7.2*21-ci il tarixdə vəfat edibdir. Ərinin vəfatından sonra miras məsələlərinin həlli üçün müraciət edərkən məlum oldu ki, sənədlərdə mərhum övladı Sayalı Paşayevanın da adı vardır. Ona görə də onun adına ölüm şəhadətnaməsi almadan hüquqi məsələlərin həlli mümkün deyildir. Ölüm şəhadətnaməsi almaq üçün X17 müraciət etmişdir. X14 23.12.2*22-ci il tarixli məktubu ilə müraciətinin müsbət həllindən imtina edilmişdir. İmtinanın səbəb kimi ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəb göstərilmiş, fakt təsdiqi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 23.12.2*22-ci il tarixli məktubundan görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26.12.2*22-ci il tarixli arayışından görünür ki, X12 2*.1*.1988-ci ildə Gəncə şəhərində doğulmuş, atası X1*, anası Ərizəçidır. İş materiallarında olan Gəncə “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş *3.*8.2*21-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1* 23.*7.2*21-ci ildə ölmüşdür. İş materiallarında olan Kirovabad qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, *3.*8.1983cü ildə X1* ilə X7 arasında rəsmi nikah bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Mehri onun bacısıdır. Mehrinin Günel, Vəfa, Pərvin adlı üç uşağı var. Uşağın biri Sayalı olub, 1988-ci ildə doğulub, 1993-cü ildə ölmüşdür. Uşaq öləndə payız vaxtı idi. Uşaq doğuşdan xəstə idi, dəfələrlə müalicə olundu. Sayalı Gəncə şəhərinin çıxışındakı qəbristanlıqda dəfn olunmuşdur. O, uşağın dəfnində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, Mehri onun dayısı qızıdır. Mehrinin 4 uşağı olub, 1 uşağı ölüb. Mehrinin ölən uşağının adı Sayalı idi, 1993-cü ildə payız aylarında, təxminən oktyabr-noyabr aylarında vəfat etmişdir. Sayalı Gəncə şəhərindən Daşkəsən rayonuna gedən yol tərəfdə yerləşən qəbristanlıqda dəfn olunmuşdu. O, uşağın dəfnində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Mehri onun bibisi gəlinidir. Hazırda üç uşağı var, Sayalı adlı uşağı isə 15 noyabr 1993-cü ildə vəfat edib. Uşaq doğulandan xəstə idi, xəstləikdən də pldü, Lüləli qəbristanlığında dəfn olundu. O, dəfində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 qızı ifadə verərək bildirdi ki, Mehri onun əmisi qızıdır. Hazırda üç uşağı var, 1 qızı Sayalı isə 1993-cü ildə payız ayında vəfat edib. Uşaq 1988-ci il də doğulmuşdu, qoğulandan xəstə idi. Uşaq Daşkəsən yolundakı qəbristanlıqda dəfn olunub. O, dəfində iştirak etməmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 2* oktyabr 1988-ci il təvəllüdlü X6 15 noyabr 1993-cü il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X4 miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, qızı X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 15 noyabr 1993-cü ildə Gəncə şəhərində ölməsi ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 2* oktyabr 1988-ci il təvəllüdlü X5 15 noyabr 1993-cü ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar