Məhkəmə qərarları › İş №2(125)-1194/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1194/2023

06.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1194/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X13 İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X16, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X5, cavabdeh Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru X6, cavabdeh M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin nümayəndəsi (vəkili) X8 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı «işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil idarəsi 8 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın şəxsində verilmiş *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrini ləğv edərək onun həmin müəssisədəki işinə bərpa edilməsi, ona ödənilməmiş noyabr ayının əmək haqqından əksik ödənmiş məbləğin və işdən əsassız çıxarılmağına görə məcburi buraxılmış müddət üçün əmək haqqının hesablanaraq, ona ödənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli orta məktəbinin direktoru vəzifəsini icra edən Aynur Həsənovanın 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22-ci tarixli 239 nömrəli əmrlərinin ləğv edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin M.P.Vaqif 8 nömrəli tam orta məktəbin texniki işçisi vəzifəsinə bərpa olunmağı, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, o, 1995-ci ildən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışır. Fəaliyyəti müddətində həmişə nizam-intizamlı olmuş, əmək funksiyasını layiqli şəkildə yerinə yetirmişdir. İşdən azad olunduğu tarixədək heç vaxt rəhbərlik tərəfindən məzəmmət olunmamış, töhmət və ya xəbərdarlıq almamışdır. İşlədiyi məktəbin tərtibat işlərində, məktəb zalının tərtibatı və dizayn işlərində, tədbirlərin təşkilində, məktəbin cədvəllərinin tərtibatında - bir sözlə bütün işlərdə fəal olmuş, vicdanla işləmişdir. Orta məktəbi bitirən vaxtdan bu günlərə kimi bütün iş həyatı bu məktəblə bağlı olmuşdur. Qabiliyyətli olduğuna görə müəssisənin o vaxtkı rəhbəri Lətifə Quliyeva ona ixtisas təhsili almağı tövsiyə etmiş və onu məktəbdə rəsm üzrə dərnək rəhbəri və ya müəllimə vəzifəsinə qəbul etməyə söz vermişdir. Beləliklə, o, 2***-2**3-cü illərdə əmək təlimi və rəsmxət müəllimi ixtisası üzrə X21 bitirmişdir. Lətifə müəllimə təqaüdə çıxdıqdan sonra müəssisəyə yeni rəhbər təyin edilmişdir. Bu zaman ona məlum olmuşdur ki, onun məktəbin rəsm dərnəyi üzrə dərnək rəhbəri vəzifəsinə keçməyi ona görə mümkün olmamışdır ki, keçmiş direktor Lətifə Quliyeva həmin vəzifəyə öz gəlinini işə götürmüşdür. 15 sentyabr 2*22-ci il tarixdə məktəbə direktor vəzifəsinin müvəqqəti icra edilməsi üçün Təhsil İdarəsindən metodist Aynur Həsənova təyin edilmişdir. Aynur Həsənova gələn vaxtdan etibarən nədənsə məhz onunla sərt və qərəzli davranmağa başlamışdır. Aynur Həsənova Təhsil İdarəsindən məktəbə təhkim olunmuş məsləhətçi ilə birlikdə iclas etmiş və şifahi bölgü təyin etmişdir. Belə ki, tamamilə qərəzli münasibət göstərərək ona qarşı ədalətsizlik etmişdir. O, allergiyalı xroniki bronxit və xroniki rinit xəstəsi olduğunu Aynur Həsənovanın nəzərinə çatdırmış və bölgüyə etiraz etmişdir. Lakin buna baxmayaraq Aynur Həsənova onunla rəhbər işçiyə yaraşmayan tərzdə davranmaqda davam etmişdir. O, Təhsil İdarəsinə bu barədə rəsmi ərizə ilə məlumat vermişdir. Məktəbdə xadimə olmayan və onun kimi texniki işçi vəzifəsində olan cəmi 5 nəfər vardır və onlardan biri analıq məzuniyyətindədir. O, Təhsil İdarəsinə şikayət etdikdən sonra şikayətin cavabı Aynur Həsənovaya gəlmiş və o daha da hiddətlənərək həmin ay, yəni 2*22-ci ilin noyabr ayında onun əmək haqqını kəsmişdir. Aynur Həsənova nəinki onun hüquqlarını bərpa etməmiş, hətta daha sonra onun davamlı şəkildə işə gəlməyinə baxmayaraq heç bir rəsmi xəbərdarlıq etmədən, heç bir digər hüquqi addım atmadan bütün maddi hüquq normalarını pozaraq 13.12.2*22-ci il tarixdə onu işdən azad etmişdir. Beləliklə, ona məlum olmuşdur ki, onun iştirakı olmadan, izahatı alınmadan, xəbərdarlıq edilmədən *8.12.2*22-ci il tarixdə Həmkərlar Komitəsinin iclası keçirilmiş və *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 7*ci maddənin «ç» bəndi ilə ləğv edilməsi barədə əmr imzalanmışdır. Beləliklə, ona qarşı haqsızlıq edilmişdir. Qadın olduğuna görə əmək qanunvericiliyində ona müəyyən güzəştlər edilməsi nəzərdə tutulduğu halda, əksinə ona qarşı ayrıseçkilik edilmiş və rəhbərliyin qərəzli münasibətinin qurbanı olmuşdur. Bütün yuxarıda göstərilən faktlar və hüquq normaları onu göstərir ki, onun əmək hüquqları çox kobud şəkildə pozulmuşdur. Əmək qanunvericiliyi ilə qadağan edildiyi halda, ona qarşı ayrıseçkilik edilmiş, qərəzli münasibət göstərilmiş, işə götürən Əmək Məcəlləsinin 71.2-ci bəndində göstərilmiş əsaslar olmadan qanunun 7*-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Onun əmək funksiyalarını yerinə yetirməməsi isə texniki işçi olduğu halda, ondan xadimə işlərinin görülməsinin tələb edilməsi ilə əlaqədar olmuşdur. Belə ki, o, xadimə olmadığına görə ondan xadiməyə aid işlərin icrasını tələb etmək qanunsuz və əsassızdır. Hətta hazırki tarixdən sonra da o, işinə bərpa edilsə belə xadiməyə aid işləri icra etməyəcəkdir. Bundan başqa, o, işə yalnız bir neçə dəfə gecikmiş, onun işə gecikməsi ilə əlaqədar akt tərtib olunarkən də o, işdə olmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişi ona 2*14-cü il tarixdə təqdim edilməsinə və rəsmi sənədlərdə peşəsinin xadimə kimi qeyd olunmasına baxmayaraq, bu formal xarakter daşımışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) A.Z.Qasımov iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi N.E.Fərzəliyev iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə işlədiyi təhsil müəssisəsindən müxtəlif məzmunlu şikayət xarakterli ərizələr yazılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə olmuş, həmin təhsil müəssisənin əməkdaşlarının əmək bölgüsü öyrənilmiş, İddiaçı şikayəti yerində araşdırılmışdır. Bu zaman İddiaçı ümumiyyətlə xadiməyə əmək funksiyalarını icra etməkdən imtina etdiyi müəyyən olunmuşdur. İddiaçı təkidllə xadimə olmadığını, yalnız rəssam kimi texniki işçi olduğunu bildirib, sonuncu vəzifəyə aid işlərin icrasını həyata keçirə biləcəyini göstərmişdir. Bununla belə İddiaçı xadimə kimi daha yüngül işlərin icrası həvalə olunmuşdur. Lakin İddiaçı ümumiyyətlə özünü xadiməyə aid işlərin icrasına laiq bilmədiyini və heç vaxt belə işləri yerinə yetirməyəciyi demişdir. Halbuki, orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə müəyyən edilmişdir. Həmin Qərarda isə orta ümumtəhsil məktəblərində texniki işçi, yaxud rəsm üzrə texniki işçi ştat vahidi nəzərdə tutulmamışdır. Buna görə də Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə texniki işçi ştat vahidi ayrılmamışdır. İddiaçı isə 1995-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə işə texniki işçi – xadimə kimi qəbul olunmuş, hətta 26.*9.2*14-cü il tarixli bildirişdə də bu barədə qeydlər edilmiş və İddiaçı da bundan məlumatı olmuşdur. İddiaçı heç bir halda öz əmək funksiyalarını yerinə yetirmədiyinə və xadiməyə aid işlərin icrasını həyata keçirməkdən imtina etdiyinə, eləcə də işə gec gəlib, tez getməklə işdə intizam qaydalarını pozduğuna görə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır. Sonda N.E.Fərzəliyev iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru A.M.Həsənova iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləmişdir. Buna baxmayaraq İddiaçı xadimə kimi öhdəsinə düşən əmək funksiyalarını həyata keçirməmişdir. O, İddiaçı bunun səbəbini soruşduqda, sonuncu rəssam olduğunu və keçmiş direktor X17 ilə aralarında bu məsələyə dair razılıq olduğunu bildirmişdir. Belə ki, həmin razılığa əsasən İddiaçı adı ştatda xadimə kimi qeyd olunsa da İddiaçı rəssam vəzifələrini həyata keçirməli, məktəbin müdriyyətinin isə buna heç bir etirazı olmamalı idi. O, İddiaçı bu razılığın əsassız olduğunu və onun təmizlik işlərini görməli olduğunu bildirdikdə, İddiaçı onunla razılaşmamış və onu qərəzli olmaqda ittiham etmişdir. Daha sonra məktəbə İddiaçı əri gələrək onu və məktəbin digər əməkdaşlarını təhdid edərək, onlardan şikayət etdiyini və tezliklə onlara yuxarı orqanlardan zəng gələcəyini bildirmişdir. O, dəfələrlə İddiaçı ilə fərdi söhbətlər keçirərək, ona vəzifə funskiyalarını həyata keçirməli olduğunu başa salsa da, bunun bir nəticəsi olmamışdır. Vəzifə bölgüsü ilə İddiaçı ayrılmış sinif otaqlarına və dəhlizə baxış keçirərkən, həmin ayrılmış sahələrin natəmiz, tozlu və zibilli olduğu aşkar edilmişdir. Daha sonra məktəbin 9c sinfinin şagirdləri ona müraciət edərək, xadiməçi ilə bu barədə ciddi söhbət aparmağını və təmizliklə bağlı problemi həll etməyini tələb etmişlər. Bundan başqa İddiaçı icazəsiz şəkildə işə tez-tez gecikmiş və işdən vaxtından əvvəl getmişdir. Halbuki İddiaçı iş saatı *8:**-dan 16:**-a qədər olmuşdur. Bütün bu məsələlərin həlli üçün X24 Komitəsi iclas keçirmişdir. İddiaçı isə bu iclaslarda iştirak etməkdən imtina etmişdir. İddiaçının özbaşına hərəkətlərinə görə ona dəfələrlə töhmət verilmişdir. Ancaq görülmüş bu tədbirlər bir nəticə verməmişdir. Buna görə də, o məcbur qalaraq *9.12.2*22-ci il tarixdə onun əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. İddiaçı aydın şəkildə işləmək istəmədiyini bütün məktəb kollektivinə nümayiş etdirmişdir. Buna görə də, iddiaçının işə bərpa edilməsinin heç bir hüquqi əsası və mənası yoxdur. Hətta İddiaçı ona ayrılmış sahəni təmizləmədiyinə görə həmin sahənin çirkli qalmaması üçün könüllü olaraq, təmizlik işləri aparmış başqa xadiməyə qarşı qeyri-etik və aşağılayıcı hərəkətlər etmiş, əmək funksiyalarını yerinə yetirən digər xadimələrə özünün daha üstün olduğunu nümayiş etdirməklə məktəbin digər əməkdaşları və eləcə də xadimələr arasında özünə qarşı mənfi emosiya formalaşdırmışdır. Sonda A.M.Həsənova iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) C.M.X1 izahatını müdafiə edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsini (vəkilini) və cavabdehlərin nümayəndələrini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, o, M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyir. O, vəzifəsini bir gündən bir fasilərlə icra edir. O, bəzi vaxtlar səhər **:**-dan gecə *8:**-a kimi, bəzi vaxtlar gecə *8:**-dan səhər 16:**-a kimi, bəzi vaxtlar isə səhər 16:**-dan **:**-dək növbədə olur. 2*22-ci ilin oktyabr-noyabr aylarında saat *8:**-dan 16:**-dək növbədə olduğu vaxtlarda bir neçədə dəfə təxminən saat 11:** radələrində direktor A.M.Həsənova İddiaçı işə gəlibgəlməməsi barədə ondan soruşmuşdur. Bununla əlaqədar o, İddiaçı məktəbdə axtarmış, lakin İddiaçı tapa bilməmiş və bu barədə müdriyyətə məlumat vermişdir. Bu hal 2*22-ci ilin oktyabr-noyabr aylarında 2-3 dəfə təkrarlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini, tərbiyəçi və texnologiya müəllimi işləyir. İddiaçı o, məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı «COVİD-19» virusu ilə əlaqədar elan edilmiş pandemiya dövründən əvvəl məktəbdə rəsmlə əlaqədar işlərin həyata keçirilməsində kömək etmişdir. Lakin pandemiya dövründən sonra məktəbdə tədbirlər keçirilməmiş və buna görə də rəsm işlərinə ehtiyac aradan qalxmışdır. İddiaçı əvvəllər davamiyyəti yaxşı olsa da, sonradan tez-tez işə gecikməyə, iş saatı bitmədən məktəbi tərk etməyə və ümumiyyətlə işə gəlməməyə başlamışdır. İddiaçı dəfələrlə xəbərdarlıq olunmuş, barəsində intizam tənbeh tədbiri tətbiq edilmişdir. Lakin İddiaçı barəsində görülən tədbirlərə heç bir məhəl qoymamış, hətta tərtib olunmuş sənədləri imzalamaqdan və onların surətlərini almaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. O, İddiaçı məktəbin əməkdaşı olaraq tanıyır. İddiaçı mütəmadi olaraq işə gecikir və işdən evə tez gedirdi. İddiaçı tam ştatda olsa da, gün ərzində yalnız 3-4 saat işdə olurdu. İddiaçı əmək intizamına riayət etmədiyinə və əmək funksiyalarını yerinə yetirmədiyinə görə dəfələrlə töhmət elan edilmişdir. İddiaçı davamiyyəti və işinə olan laqeyd münasibətinə görə X24 Komitəsinin keçirdiyi iclasa dəvət olunmuşdur. Həmin iclas akt zalında keçirilmiş və o da orada iştirak etmişdir. İddiaçı iclasa gəlməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə dalandar vəzifəsini icra edir. O, İddiaçı məktəbdə oranın əməkdaşı kimi tanımışdır. O, özü işə səhər *8:**-da gəlib 16:** gedir və iş bölgüsünə uyğun olaraq məktəbin həyətini süpürür. İddiaçı işə öz arzusundan aslı olaraq, işə istədiyi vaxt gəlib-gedirdi. Belə ki, İddiaçı müxtəlif vaxtlarda işə 1*:**-da, 11:**da və yaxud 12:**-da gəlirdi. İddiaçı öz əmək funksiyalarının icrası tələb olunanda isə imtina edir və öz vəzifə öhdəliklərini həyata keçirmirdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə vəzifəsində işləyir. İddiaçı əvvəllər həmin məktəbdə onunla eyni işdə işləmişdir. Lakin ondan fərqli olaraq, İddiaçı təmizlik işlərini görməkdən imtina etmiş və bununla yanaşı xadimələrə qarşı pis rəftarı, onlarla eqoist davranışları ilə xarakterizə olunmuşdur. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə bütün əməkdaşların, eləcə xadimələrin əmək bölgüsü hamıya bəlli olsa da İddiaçı ayrılmış sahələri təmizələməmiş, sinif otaqları və dəhliz kirli vəziyyətdə qalmışdır. Bununla bağlı müəllimlər və şagirdlər mütəmadi olaraq öz narazılıqlarını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə xadimə işləyir. İddiaçı o, işlədiyi məktəbin əməkdaşı olaraq tanımışdır. Son zamanlar isə məktəbdə İddiaçı öz vəzifəsini icra etmək istəmədiyinə görə problemlər yaranırmışdır. Belə ki, İddiaçı öz üzərinə düşən öhdəlikləri həyata keçirməkdən imtina etmiş və buna səbəb olaraq isə əslində xadimə deyil, rəssam olduğunu göstərirmişdir. Həmçinin İddiaçı məktəbdən uzaq məsafədə yaşadığına istinad edərək, işə tez-tez gecikmiş və iş yerini iş saatından tez tərk etmişdir. Mülki işdə olan **91119 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli 129 nömrəli əmr ilə texniki işçi vəzifəsinə qəbul edilmişdir, *9.12.2*22-ci il tarixli, 239 nömrəli əmr ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinə uyğun olaraq bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında olan *1.*9.1995-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsinə qəbul edilmişdir. İşdə olan 26.*9.2*14-cü il tarixli, xxxxxxx***1** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə *1.*9.1995-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında işləyir. Onun məşğulluq təsnifatı üzrə vəzifəsi xadimə, əmək müqaviləsi üzrə isə texniki işçidir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X17 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi *1.*9.1995-ci il tarixli, xxxxxxx***1** nömrəli «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi» ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan AB-İİ seriyalı *97153 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2***-ci ildə X29 Kollecinə daxil olmuş və 2**3-cü ildə həmin kollecin «əmək təlimi» ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarında olan *9.*8.2*21-ci il tarixli, 63 nömrəli tibbi arayışdan görünür ki, Bağırova X2* Muxtar Respublikasında «Düzdağ Otel FTM-də» *4.*8.2*21-ci il tarixdən 11.*8.2*21-il tarixədək speleoterapiya müalicəsində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 13.*9.2*22-ci il tarixli K-186 nömrəli əmrinin surətindən görünür ki, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası 14.*9.2*22-ci il tarixdən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin metodiki kabinetin metodisti X1* həvalə edilmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 24.1*.2*22-ci il tarixli 191 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, işə vaxtında gəlmədiyi üçün yazılı xəbərdarlıq verilmişdir. Həmin əmr direktor vəzifəsini icra edən Aynur Həsənova tərəfindən imzalansa da, İddiaçı tərəfindən imzalanmamışdır. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 24.1*.2*22-ci il tarixli aktından görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə verilmiş yazılı xəbərdarlığa imza atmaqdan imtina etmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 25.1*.2*22-ci il tarixli 192 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq iş yerinə vaxtında gəlməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin «2a» bəndinə uyğun olaraq töhmət elan edilmişdir. İşdə olan *3.11.2*22-ci il tarixindən M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçilərinin vəzifə bölgüsündən görünür ki, İddiaçı 3-cü mərtəbədə sağ tərəfdə yerləşən 4 otaq və dəhliz həvalə edilmişdir. İddiaçı iş qrafiki saat *8:**-dan 16:**-dək müəyyən edilmişdir. Vəzifə bölgüsünü əks etdirən sənəd İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *3.11.2*22-ci il tarixli 2*9 nömrəli aktından görünür ki, *3.11.2*22-ci il tarixdə İddiaçı əri Hüseyn adlı şəxs məktəbə gələrək, məktəbin direktoru Aynur Həsənovaya, bəzi işçilərə və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi Aynur Əliyevaya səs tonunu yüksəldərək, yüksək səslə qışqıraraq hədələmiş, həmçinin onlara yuxarı orqanlardan zəng gələcəyi ilə şantaj etmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 9C sinif şagirdlərinin direktor Aynur Həsənovaya ünvanladıqları ərizədən görünür ki, onların sinif otaqları sentyabr ayından bugünədək təmizlənməmişdir. Xadiməçi olduqca səhnənkar və laqeyd yanaşır. Onlar sinifin təmizlənməsinə dair ciddi tapşırıq verilməsini xahiş etmişlər. İşdə olan Gəncə şəhəri üzrə təhsil sektorunun məsləhətçisi X3*-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ünvanladığı məlumatdan görünür ki, Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin texniki işçisi (xadimə) İddiaçı *1.*9.1995-ci il tarixdə öz ərizəsi ilə məktəbə texniki işçi (xadimə) təyin olunmuşdur. Lakin o, məktəbdə rəssam kimi işə təyin olunduğunu iddia edir. Ona görə də o, 27 ildir ki, hər ay xadimə maaşı almağına baxmayaraq, məktəbdə xadimə işini görməyibdir. Texniki işçilərin tabel kitabına baxış zamanı müəyyən olundu ki, İddiaçı 17.1*.2*22-ci il tarixdə texniki işçilərin tabel kitabına qol çəkmir. Səbəb olaraq isə tabel kitabının məktəbin direktorunun otağında olduğunu göstərir. Məktəb direktorunun məlumatına əsasən İddiaçı üzürsüz şəbədən işə vaxtında gəlib getmədiyinə görə tabel kitabına qol çəkmir. *3.11.2*22- ci il tarixdə saat *9:**-da texniki işçilərin davamiyyətinə baxış zamanı İddiaçı üzürsüz səbəbdən işdə deyildi. O, saat *8:**-da işdə olmağı təqdirdə saat *9:5*-də işə gəlmişdir. Səbəb olaraq isə yaşayış yerinin uzaq olmasını bildirir. *3.11.2*22-ci il tarixdən məktəbin texniki işçilərinin yeni iş bölgüsü təyin olundu. Bütün texniki işçilər iş bölgüsü ilə tanış olub imza çəkdilər. Lakin İddiaçı iş bölgüsü ilə tanış olub imza çəkmədi. Həmçinin o, İddiaçı iş bölgüsündə qeyd edilən ərazini təmizləməli olduğunu bildirdiyi üçün ona qarğış edərək, ona qarşı qərəzli olduğunu bildirdi. Təxminən saat 12:**-da İddiaçı həyat yoldaşı olduğunu iddia edən Hüseyn adlı şəxs məktəbə gələrək, yüksək səslə qışqıraraq, məktəbin bəzi işçilərini, direktoru və onu hədələyərək, yuxarı orqanlardan onlara zəng gələcəyi ilə şantaj etdi. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11.11.2*22-ci il tarixli 2** nömrəli əmrinin surətindən görünür ki, İddiaçı üzürsüz səbəbdən işə gəlmədiyinə, üzərinə düşən əmək funksiyası öhdəliklərini yerinə yetirmədiyinə, iş rejimini dəfələrlə pozduğuna, tez-tez işə gecikdiyinə və işdən te getdiyinə görə ona dəfələrlə şifahi, 24.1*.2*22-ci il tarixdə isə yazılı xəbərdarlıq, 25.1*.2*22-ci il tarixdə isə töhmət verilmişdir. Lakin İddiaçı bundan nəticə çıxarmamış və qeyd edilən hallar noyabr ayı ərzində dəfələrlə təkrarlanmışdır. Bun görə də, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə ünvanladığı 14.11.2*22-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Həsənovanın iş bölgüsü ilə narazı olduğunu bildirmiş, ayrı seçkiliyin aradan qaldırılmasında, qərəzli münasibətə son qoyulmasında ölçü götürülməsini xahiş etmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 22.11.2*22-ci il tarixli 219 nömrəli aktından görünür ki, 22.11.2*22-ci il tarixdə məktəbin texniki işçisi İddiaçı noyabr ayı ərzində ona verilən iş bölgüsündə nəzərdə tutulmuş otaqları təmizləməmişdir. Sinif otaqlarına baxış keçirildikdə otaqların tozlu və zibilli olduğu aşkarlanmışdır. Üzürsüz səbəbdən iş saatı 16:**-da qurtarmağına baxmayaraq 14:1*-da işdən getmişdir. İşdə olan təşkilati işlər üzrə direktor müavini X2 28.11.2*22-ci il tarixli təqdimatından görünür ki, məktəbin xadiməsi (kiçik xidmətedicisi) İddiaçı üçün ayrılmış təmizlik sahəsi, sinif otaqları 28.11.2*22-ci il tarixi üçün yenə də kirli, zibilli, natəmiz bir mənzərə əks etdirməkdədir. İş materiallarında olan Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə X19 tərəfindən verilmiş təqdimatdan görünür ki, İddiaçı məktəbin texniki işçisi (xadiməsi) əmək intizamına riayət etmədiyinə görə, iş bölgüsünə uyğun olaraq ona verilən otaqları təmizləməməsi, vaxtında işə gəlmədiyi üçün 24.1*.2*22-ci il tarixdə yazılı xəbərdarlıq verilmiş, 25.1*.2*22-ci il tarixdə töhmət və 11.11.2*22-ci il tarixdə intizam tənbehi barədə şiddətli töhmət verilmişdir. Bundan nəticə çıxardıb əməllərinə dönüş yaratmaqdansa, yenə də ona verilən otaqları təmizləməməkdə, məktəbə gəlib heç bir iş görməməkdə davam etmiş, məktəbin ştat işçisi olmağına baxmayaraq işə saat *9:**-dan sonra gəlib 15:**-dan tez iş yerini tərk etmişdir. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddənin «ç» bəndinə əsasən tutduğu işdən azad edilməsinə münasibət bildirməsi xahiş edilmişdir. İş materiallarında olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X12 sədri X7 *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərdə məktəb direktoru Aynur Həsənovaya ünvanladığı məlumatdan görünür ki, İddiaçı əmək intizamına riayət etmədiyinə görə *6.12.2*22-ci və *8.11.2*22-ci il tarixlərdə həmkarlar iclaslarına dəvət edilmişdir. Hər iki dəfə İddiaçı dəvəti qəbul etməmiş və iclaslarda iştirak etməmişdir. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *8.12.2*22-ci il tarixli 228 nömrəli məktubundan görünür ki, işçilərin əmək haqqı onların gəldiyi iş günlərinə uyğun ödənilir. İddiaçı *1.11.2*22, *2.11.2*22 və 11.11.2*22-ci il tarixlərində işə gəlmədiyi üçün Mərkəzləşdirilmiş mühasibatlığına təqdim edilən işə davamiyyət tabelində onun həmin günlər üçün iş günü göstərilməmişdir və həmin səbəbdən də noyabr ayın əmək haqqı əvvəlki aylara nisbətən az olduğu gözləniləndir. İş materiallarında olan *8.12.2*22-ci il tarixli 29 nömrəli protokoldan görünür ki, İddiaçı öz işinin öhdəsindən gəlmədiyinə, işə gec gəlib tez getdiyinə görə işdən azad olunması qərara alınmışdır. İşdə olan M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9.12.2*22-ci il tarixli 239 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən *9.12.2*22-ci il tarixdən ləğv edilmiş və son haqq hesabın ödənilməsi əmr edilmişdir. İş materiallarında olan X19 tərəfindən X23 Xidməti Gəncə Regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ünvanlanmış məktubdan görünür ki, *6.12.2*22-ci il tarixdə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə İddiaçı əmək intizamına riayət etmədiyinə dair təqdimata əsasən, *9.12.2*22-ci il tarixdə onunla bağlanan əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan X23 Xidməti Gəncə Regional ərazi şöbəsinin məktubundan görünür ki, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb aralarında bağlanmış *1 sentyabr 1995-ci ildə bağlanmış əmək müqaviləsinə əsasən texniki işçi (xadimə) işinə qəbul edilmişdir. İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə 24 oktyabr 2*22-ci il tarixdə ona xəbərdarlıq elan edilmiş, 25 oktyabr 2*22-ci il tarixdə töhmət və 11 noyabr 2*22-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbeləri verilmişdir. Lakin İddiaçı bundan sonra da əmək funksiyasını yerinə yetirməmiş və müəssisədaxili intizam qaydalarını pozmaqda davam etmiş, bununla əlaqədar 22 noyabr 2*22-ci il tarixdə akt tərtib olunmuş və *6 dekabr 2*22ci il tarixdə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə müraciət edilmişdir. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinin *8 dekabr 2*22-ci il tarixdə keçirilmiş iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması məsələsi müzakirə edilmiş və həmin əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin *9 dekabr 2*22-ci il tarixli 239 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsi əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi *9 dekabr 2*22-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 7*-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən və işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının ¼ -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 8*-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə bu Məcəllənin «b» və «ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarla ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinin 1-ci hissəsinə görə iş vaxtının rejimi qaydaları – gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*4.1-ci maddəsinə görə şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 1*4.4-cü maddəsinə görə azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə - mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər; ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə - hakim; dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə - din xadimləri; peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə - vəkillər; mediasiya zamanı məlum olan məlumatlar barədə - «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər şahid qismində dindirilə bilməzlər. Həmin Məcəllənin 1*6.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı öz iddia tələbinin əsası kimi xadimə deyil, texniki işçi olmasına və əmək intizamını pozmamasına, eləcə də işə davamiyyət qaydalarına əməl etməsinə istinad etmiş, məhz texniki işçi olmasına görə də xadimə peşəsinə aid işləri icra etmədiyini, Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə direktor vəzifəsini icra edən X6 təyin olunmasınadək yalnız rəsm işləri ilə məşğul olduğunu və A.M.Həsənovanın ona qərəzli münasibəti ilə xadiməyə aid işlərin yerinə yetirilməsinə məcbur edildiyini bildirmişdir. Lakin «Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarı ilə orta ümumtəhsil məktəblərinin nümunəvi ştatları, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları təsdiq edilmiş, orta ümumtəhsil məktəblərində texniki işçi, eləcə rəssam və ya buna bənzər digər ştat nəzərdə tutulmamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli və 2* oktyabr 2*22-ci il tarixli əmək müqaviləsi bildirişlərində isə İddiaçı məşğulluq təsnifatı üzrə peşəsi xadimə kimi qeyd olunmuş, bununla yanaşı iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əmək müqaviləsinin bağlanması ilə bağlı 26 sentyabr 2*14-cü il tarixli əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş və öz izahatlarında həmin bildirişin 2*14-cü il tarixdə ona təqdim olunduğunu bildirmişdir. Lakin İddiaçı əmək funksiyasını yerinə yetirməmiş və müəssisədaxili intizam qaydalarını pozmuş, bununla əlaqədar əvvəlcə ona xəbərdarlıq, daha sonra isə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehləri verilmişdir. İddiaçı əmək funksiyalarını yerinə yetirməməkdə və əmək intizamı qaydalarını pozmaqda davam etdiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi üçün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin X24 Komitəsinə müraciət edilmiş və müvafiq razılıq verildikdən sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş X3, X9, X22, X4, X26 və X18 öz ifadələrində İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyini və əmək intizami qaydalarını pozduğunu, iş saatlarında işdə olmadığını bildirmişlər. Həmin şəxslərin ifadələrini şübhə altına alan, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*4.4-cü maddəsində göstərilən hallar isə müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassızdır və həmin hallar işdə olan sübutların məcmusu ilə təkzib olunur. Bununla yanaşı 24.1*.2*22-ci il tarixli 191 nömrəli, 25.1*.2*22-ci il tarixli 192 nömrəli, 11.11.2*22-ci il tarixli 2** nömrəli və *9.12.2*22ci tarixli 239 nömrəli əmrlərin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı mülki işin məhkəmə iclasları zamanı məhkəmənin tərəflər arasında razılıq əldə olunmasına və iddiaçının əvvəlki işinə bərpa edilməsinə dair barışdırıcı təşəbbüsünü qəbul etməmiş, xadiməyə aid işlərin ona aid olmadığını qeyd etmiş, həmin peşənin onun şəxsiyyəti ilə uzlaşmadığını dəfələrlə vurğulamış, hətta razılıq əldə olunmasına dair məhkəmənin cavabdehlərə təklifinə də əks mövqe nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2**7-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) «Qavazov Bolqarıstana qarşı» iş üzrə *6 mart 2**8-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.(§93) Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbə qarşı «işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar