Məhkəmə qərarları › İş №2(125)-1204/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1204/2023

06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1204/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, X9 1968-ci ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X4nun 1968-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və X9 1968-ci ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X4nun nənəsi X11 ilə birgə nikahından *5 sentyabr 1942-ci il tarixdə onun atası X12 anadan olmuşdur. X4 1968-ci il tarixdə, nənəsi X11 14 dekabr 198*-ci il tarixdə, atası X12 isə 2* dekabr 2**4-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil X4nun adınadır. Hazırda o, Y.Ə.Vəliyevdən miras qalmış mülkü öz adına sənədləşdirmək istəyir. X2 ölüm haqqında səhadətnaməsi olmadığına görə vərəsəlik haqqında şəhadətnamənin alınması mümkün deyildir. Maraqlı şəxsndən ona ölüm haqqında səhadətnaməni verə bilməyəcəkləri barədə məktub göndərilmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı 27 yanvar 2*23-cü il tarixli ərizəsində məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, X13 onun babasıdır. Y.Ə.X24, sonradan isə X27 adlandırılan küçədə yerləşən mənzildə yaşamış və 1968-ci ildə orada vəfat etmişdir. Onun o zaman 5 yaşı olsa da, o babasını və onun xəstəlikdən vəfat etdiyini xatırlayır. X3 hüzur mərasimi keçirilərkən də, o həmin evdə olmuşdur. Y.Ə.Vəliyev əvvəllər Səbiskar, sonradan X15 adlandırılan məzarlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, X13 onun babasıdır. O, dəfələrlə valideynlərindən babasının 1968-ci ildə Gəncə şəhərində etdiyini eşitmişdir. Ölümünün səbəbini soruşduqda isə, ona Y.Ə.Vəliyevin xəstəlikdən əziyyət çəkdiyini bildirmişlər. X9 məzarı Səbiskar qəbirstanlığında yerləşir və o sonuncu dəfə 6-7 ay bundan qabaq həmin məzarı ziyarət etmişdir. İş materiallarında olan Vİİİ-ЖГ seriyalı 44573* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 16 iyul 1982-ci il tarixdə Kirovobad şəhərində anadan olmuşdur. Ərizəçi atası X12, anası isə X6r. İşdə olan AZ-İİ seriyalı, 283559 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 14 dekabr 198*-ci il tarixdə Gəncə şəhərində ağ ciyər emfizemiyası xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 112481 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 2* dekabr 2**4-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş *5 sentyabr 2*22-ci il tarixli, 1*4* (698)/4 nömrəli arxiv arayışından görünür ki, X12 *5 sentyabr 1942-ci il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. X7 atası X13, anası isə X8r. İş materiallarında olan XVİİ-ЛС seriyalı 61*399 nömrəli pasportun surətindən görünür ki, X13 12 fevral 1898-ci il tarixdə Kirovabad şəhərində anadan olmuşdur. İşdə olan torpaq qeydinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Kirovabad şəhəri, İnqlab küçəsi, 5*4 nömrəli mənzil X9 istifadəsinə verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24 fevral 2*23cü il tarixli, 3-16-5/8-15/V-2*1/2*23 nömrəli məktubdan görünür ki, 1968-ci ildə vəfat etmiş X9 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X5»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin «Yeni Gəncə» Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş *3 mart 2*23-cü il tarixli, 27 nömrəli arayışdan görünür ki, Ərizəçi babası - 1898-ci il təvəllüdlü X13, qohumlarının dediyinə əsaslanaraq Qızılı Hacılı ev 6 ünvanında yaşamış və 1968-ci il tarixində həmin ünvanda vəfat etmişdir. X1* PHŞ-nin Yeni Gəncə ASM təsdiq edir ki, mərhumun adına «ölüm haqqında tibbi şəhadətnamə» tibbi sənədi verilməmişdir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 12 fevral 1898-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X9 1968-ci ildə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə şahid ifadələrini, eləcə də digər sübutları müqayisəli tədqiq edərək, hesab edir ki, 12 fevral 1898-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X9 1968-ci ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 12 fevral 1898-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X9 1968-ci ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X9 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar