Məhkəmə qərarları › İş №2(125)-1225/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1225/2022

29.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1225/2022 29.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Rzayeva (Hacımirzəyeva) Svetlana Elşən qızının (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Rzayeva (Hacımirzəyeva) Svetlana Elşən qızı (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 11 noyabr 2021-ci il tarixli, MŞİH 06286 nömrəli barışıq sazişinin, yəni Maraqlı şəxs mülkiyyətində olan Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 2-ci döngədə yerləşən 24 saylı fərdi yaşayış evinin (Reyestr nömrəsi: **********1410301) birgə nikah dövründə anadan olmuş uşaqları 10 noyabr 2010-cu il təvəllüdlü X3 və 12 aprel 2014-cü təvəllüdlü X1 hədiyyə şəklində bağışlamasına dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 12 aprel 2009-cu il tarixdə Qusar rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikah dövründə 10 noyabr 2010-cu il təvəllüdlü X5 və 12 aprel 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Birgə nikah dövründə Maraqlı şəxs 16 sentyabr 2017-ci il tarixli 4Ə-185 saylı alqısatqı müqaviləsinə əsasən Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 2-ci döngə, 24 saylı fərdi yaşayış evini almış və ona 21 sentyabr 2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. O, Maraqlı şəxs ilə bir müddət normal yaşasa da, sonradan aralarında baş verən narazılıqlar səbəbindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi 2020-ci ilin avqust ayında nikah qeydi ləğv olunmuş, birgə nikah dövründə anadan olmuş 10 noyabr 2010cu il təvəllüdlü X5 və 12 aprel 2014-cü il təvəllüdlü X4 onun himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 120 manat olmaqla, iki uşaq üçün ümumilikdə 240 manat sabit pul məbləğində aliment pulu Maraqlı şəxs alınaraq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə göstəriş verilmiş, Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırda birgə nikah dövründə anadan olmuş uşaqlar onun himayəsindədir. 2021-ci ilin oktyabr ayında o, Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri Ziya Bünyadov küçəsi, 2-ci döngə, 24 saylı fərdi yaşayış evinin 2/3 hisəsinin ona verilməsinə dair mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etmişdir. Mediasiya prosesində onunla Maraqlı şəxs arasında 11 noyabr 2021-ci il tarixli MŞİH 06286 nömrəli barışıq sazişi bağlanılmış, həmin barışıq sazişinə əsasən Maraqlı şəxs mülkiyyətində olan Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 2-ci döngədə yerləşən 24 saylı fərdi yaşayış evini (Reyestr nömrəsi: **********1410301) birgə nikah dövründə anadan olmuş uşaqları olan 10 noyabr 2010-cu il təvəllüdlü X3 və 12 aprel 2014-cü il təvəllüdlü X1 hədiyyə şəklində bağışlamışdır. Bundan sonra 10 dekabr 2021-ci il tarixdə mediator Afət Səmədova tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin Himayəçilik və Qəyyumluq şöbəsinə bildiriş göndərilərək Maraqlı şəxs ilə aramızda bağlanmış barışıq sazişi barəsində məlumat vermişdir. 11 noyabr 2021-ci il tarixli MŞİH 06286 nömrəli barışıq sazişində barışıq sazişinin könüllü icrası üçün müddət göstərilməmişdir. Barışıq sazişi onunla Maraqlı şəxs arasında 11 noyabr 2021-ci il tarixdə bağlanmaqla imza edilmişdir. Lakin həmin barışıq sazişinin üzərindən 7 aydan da çox müddət keçməsinə baxmayaraq barışıq sazişi Maraqlı şəxs tərəfindən icra olunmamışdır. Bu səbəbdən də, onların arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli MŞİH.06286 nömrəli barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili tələbini müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə, ərizəçinin vəkilini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verimiş xx.xx.2010-cu il tarixli və xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 noyabr 2010-cu il təvəllüdlü X5 və 12 aprel 2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarıxli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə, 194 nömrəli akt qeydi ilə pozulmuşdur. İş materiallarında olan AR ƏMD yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********49 saylı məktubundan görünür ki, 2 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-185 saylı alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 2-ci döngə, 24 saylı fərdi yaşayış evi Maraqlı şəxs satılmışdır. Alıcıya xx.xx.2017-ci il tarixli **********9 qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan X2 (hundan sonra "birinci tərəf”) və Maraqlı şəxs (bundan sonra “ikinci tərəf”) (bundan sonra "Birinci tərəf' və "İkinci tərəf birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin mediator X7 (bundan sonra “Mediator”) iştirakı ilə bağlanılmış 11 noyabr 2021-ci il tarixli MŞİH 06286 nömrəli barışıq sazişinə əsasən, birinci tərəf Saziş imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra 30 gün ərzində 250 (iki yüz əlli) manat məbləğində vəsait ödəyəcəkdir; İkinci tərəf mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 2-ci döngədə yerləşən 24 nömrəli fərdi yaşayış evini (Reyestr nömrəsi:**********1410301) birgə nikandan doğulan uşaqları- 10 noyabr 2010-cu il təvəllüdlü X3 və 12 aprel 2014-cü il təvəllüdlü X1 hədiyyə şəklində bağışlayır.; Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.; Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.; Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gəlirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.; Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.; Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəfər bundan başqa təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.; Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər.; Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, qarşı tərəfin yazılı icazəsi ilə, yaxın qohumlara, sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara.; Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərət məsuliyyət daşıyır.; Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.; Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355- 23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.2-ci maddəsinə əsasən, bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi üzrə Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 2-ci döngədə yerləşən 24 saylı fərdi yaşayış evinin ırizıçi ilə birgə nikahlarından doğulan uşaqlara bağışlamasına dair öhdəliyini saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən və bağışlamadan imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Nəzərə alınmalıdr ki, tam fəaliyyət qabuliyyətli olan saziş tərəfləri iradələrini əks etdirən imzalarıyla sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşdüklərini bəyan etmişlər. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355- 23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Rzayeva (Hacımirzəyeva) Svetlana Elşən qızı və Maraqlı şəxs arasında 11 noyabr 2021ci il tarixdə mediasiya prosesi nəticəsində mediator X7 iştirakı ilə bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Rzayeva (Hacımirzəyeva) X9 imzalandıqdan və məhkəmə tərəfindən təsdiq edildikdən sonra 30 gün ərzində 250 (iki yüz əlli) manat məbləğində vəsait ödəyəcəkdir.

2. Maraqlı şəxs mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ziya Bünyadov küçəsi, 2-ci döngədə yerləşən 24 nömrəli fərdi yaşayış evini (Reyestr nömrəsi:**********1410301) birgə nikandan doğulan uşaqları 10 noyabr 2010-cu il təvəllüdlü X3 və 12 aprel 2014-cü il təvəllüdlü X1 hədiyyə şəklində bağışlayır.

3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

4. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər.

5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

6. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.

7. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər bundan başqa təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.

8. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər.

9. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə, bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə, mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara, qarşı tərəfin yazılı icazəsi ilə, yaxın qohumlara, sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara.;

10. Bu Sazişin məzmununun 9-cu bənddə sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərət məsuliyyət daşıyır.

11. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək.;

12. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir.

13. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs Rzayeva (Hacımirzəyeva) Svetlana Elşən qızının xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar