Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1226/2022 18.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2110/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, müəyyənetdi: X2 adından İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami küçəsinin qərb hissəsində “A” literli tikilinin yerində qanunsuz olraq tikilmiş qeyri-yaşayış binasının cavabdehin hesabına sökülmsi tikilinin və torpaq sahəsini boşaldılaraq əmlak üzərində istifadə və sahiblik hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-2110/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadına əsasən X2 adından İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş qeyriyaşayış sahəsinin sökülməsi və boşaldılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı 18 iyul 2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verildiyi üçün geri qaytarılmalıdır. İş materiallarından olan qəbzdən göründüyü kimi məhkəmənin 21 iyun 2022-ci il tarixli qərardadı 22 iyun 2022-ci il tarixdə şəxsən İddiaçı təqdim edilməsinə baxmayaraq sonuncu həmin qərardaddan verdiyi şikayəti 05 iyul 2022-ci il tarixdə poçt rabitəsi orqanına təqdim etmişdir.. Göründüyü kimi qərardaddan onu rəsmi qaydada verilməsindən 13 gün keçdikdən sonra şikayət verilmiş, prosessual müddətin buraxılmasının üzrlü səbəbdən olması ilə bağlı hər hansı vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1-ci və 267.2-ci maddələrinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2110/2022 saylı 21 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1226/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1226/2022
18.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver