Məhkəmə qərarları › İş №2(125)-1240/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1240/2022

28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1240/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Gəncə şəhərində *3 oktyabr 1983-cü il tarixdə anadan olmuş X5 1* iyul 1984-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində *3 oktyabr 1983-cü il tarixdə anadan olmuş X5 1* iyul 1984-cü ildə vəfat etməsi faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, o, 23 dekabr 1982-ci ildə X9 ilə nikaha girmiş və onlar nikahlarını Xanlar rayonu Sərkar kənd sovetində qeydə aldırmışlar. Həmin vaxtdan 23 iyun 2*15-ci il tarixə, yəni M.Ş.Abdullayevin vəfat etməsinədək onlar ər-arvad münasibətlərində olmuş və birlikdə yaşamışlar. Onların birgə nikahlarından *3 oktyabr 1983-cü il tarixdə X11 anadan olmuşdur. Bundan *9 ay sonra 1* iyul 1984-cü il tarixdə həmin uşağın ani olaraq bədən hərarəti yüksəlmiş və Gəncə şəhərində yaşadıqları evdə vəfat etmişdir. X3 daha kiçik yaşlarında olduğuna görə E.M.Abdullayevə ölüm haqqında şəhadətnamə alınmasının zəruriliyini dərk etməmiş və buna görə də ölüm haqqında şəhadətnamə almamışdır. Lakin bir müddət bundan əvvəl mərhum ərindən miras qalmış əmlaka dair vərəsəlik açılan zaman notarius oğlu X5 ölüm haqqında şəhadətnaməsini tələb etmişdir. Bununla əlaqədar o, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən verilmiş 22 iyun 2*22-ci il tarixli cavab məktubu ilə ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün E.M.Abdullayevin ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Həmin səbəbdən o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçinin nümayəndəsi Vəkil Ərizəçi izahatını müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. *5 avqust 2*22-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs rəisi Anar Əhmədov mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, onun nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, o, *2 dekabr 1948-ci ildə anadan olmuşdur. X1 onun qardaşı, Ərizəçi isə onun həmin qardaşının arvadıdır. X9 və Ərizəçi birgə nikahlarından 1983-cü ildə Emin, 1985-ci ildə Tural və 1984-cü ildə Turan adlı 3 uşaq anadan olmuşdur. Həmin uşaqlardan Emin 1* iyul 1984-cü ildə Gəncə şəhərində yaşadığı evdə vəfat etmişdir. O, qardaşı M.Ş.Abdullayevin oğlu X5 1984-cü ilin iyul ayında dəfni üçün keçirilmiş dini mərasimlərdə və X5 dəfn olunmasında şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, o, 1* noyabr 1946-cı ildə anadan olmuşdur. X1 onun qardaşı, Ərizəçi isə onun həmin qardaşının arvadıdır. Buna görə də o, tez-tez X9 və Ərizəçi oğlu ilə əlaqə saxlamış, həmin şəxslərin xoş və pis vaxtlarında onlarla vaxt keçirmişdir. Qeyd olunan səbəbdən də o, M.Ş.Abdullayevlə Ərizəçi 1983-cü ilin oktyabr ayının əvvəllərində Emin adlı uşaqlarının anadan olduğunu bilmiş və həmin uşağın doğulması münasibəti ilə M.Ş.Abdullayevi təbrik etmişdir. Lakin qardaşı M.Ş.Abdullayevin yeni doğulmuş uşağı Emin anadan olduğu vaxtdan müxtəlif xəstəliklər keçirmiş, tez-tez bədən hərarətinin bilinməyən səbəbdən qalxmasından əziyyət çəkmişdir. 1* iyul 1984-cü ildə isə Emin yaşadığı evdə vəfat etmişdir. O, qardaşı M.Ş.Abdullayevin oğlu X5 1984-cü ilin iyul ayında dəfni üçün keçirilmiş dini mərasimlərdə və X5 dəfn olunmasında şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, o, 29 yanvar 1954-cü ildə anadan olmuşdur. X1 onun qardaşı, Ərizəçi isə onun həmin qardaşının arvadıdır. X9 və Ərizəçi 1983-cü ildə Emin, 1985-ci ildə Tural və 1984-cü ildə Turan adlı 3 uşaq anadan olmuşdur. Həmin uşaqlardan Emin 1* iyul 1984-cü ildə Gəncə şəhərində ani olaraq, bədən hərarətinin qalxması səbəbindən yaşadıqları evdə vəfat etmişdir. O, qardaşı M.Ş.Abdullayevin oğlu X5 1984-cü ilin iyul ayında dəfni üçün keçirilmiş dini mərasimlərdə və X5 dəfn olunmasında şəxsən iştirak etmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı 252382 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1* və X4 nikahlarını 23 dekabr 1982-ci ildə Xanlar rayonu Sərkar kənd sovetində nikahlarını 38 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. İşdə olan İİİ-ЖГ seriyalı 437*95 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 *3 oktyabr 1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Həmin uşağı atası X9, anası Ərizəçidır. İş materiallarında olan AZ-İ seriyalı, 756944 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1* 2* iyun 2*15-ci ildə Gəncə şəhərində ölmüşdür. İşdə olan Maraqlı şəxs 22 iyun 2*22-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Maraqlı şəxsnə daxil olmuş «*3.1*.1983-cü ildə anadan olmuş X11 barəsində ölüm haqqında şəhadətnamənin yazılması barədə» ərizəsinə baxılmışdır. Müəyyən olunmuşdur ki, X11 barəsində ölüm haqqında akt qeydi tərtib olunmamışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin uşağı X5 1* iyul 1984-cü ildə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, X5 1* iyul 1984-cü ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. *3 oktyabr 1983-cü ildə anadan olmuş X5 1* iyul 1984-cü ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X5 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar