Məhkəmə qərarları › İş №2(125)-1256/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1256/2022

30.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1256/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh, üçüncü şəxs X4 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh (üçüncü şəxs X8) qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı idida ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xüsusi təyinatlı yaşayış sahəsinin 13/21 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən X1 və istifadəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 4 otaqlı yaşayış sahəsindən Cavabdeh ailə üzvləri birlikdə çıxarılmasına və X5 ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xüsusi təyinatlı yaşayış sahəsinin 13/21 nömrəli, xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən Gəncə şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış, ünvan 1, 4 otaqlı yaşayış mənzili X4 və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Əvvəllər həmin mənzil kirayə müqaviləsinə əsasən Cavabdeh verilmiş və X8 ailə üzvləri ilə birlikdə təxminən bir il həmin mənzildə kirayədə yaşamış, hər ay 150 manat dəyərində kirayə pulu Cavabdeh və onun qardaşı Vaqif Həsənova ödəmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni olaraq həmin mənzili kirayə verilməsi barədə Dövlət Qaçqınkomun işçiləri bildikdən sonra Cavabdehla bağlanmış kirayə müqaviləsi ləğv edilmiş və mənzil X3 rayonundan məcburi köçkün olduğuna görə müvəqqəti məskunlaşmaq üçün kirayə müqaviləsinə əsasən onun ailəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh qohumları ilə birlikdə ona hücum çəkərək döyüb təhqir etmişlər, onları həmin mənzildən qovaraq, mənzilin qapısının qıfılını dəyişdirərək mübahisəli mənzilə buraxmamışlar, özləri həmin mənzilə köçüb yaşamışlar. X2 aid əşyalar həmin mənzildə yerləşir. Bu barədə o, DİN-nin “102” xidmətinə zəng vurmuş və Kəlbəcər rayon Polis şöbəsinə şikayətlə müraciət etmişdir. Kəlbəcər rayon Polis şöbəsində onun şikayətinə əsasən araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək həmin iş mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış kirayə müqaviləsinə məhkəmə qaydasında deyil, müvafiq Komissiyanın qərarı əsasında xitam verilmişdir. Belə hesab edirlər ki, cavabdeh müqavilə şərtlərini pozduğuna görə onunla bağlanmış müqaviləyə təktərəfli xitam verilməsində Komissiya səlahiyyətli olmuşdur. Pozuntular barədə tərəflərindən Cavabdeh və Sərəngiz Heydərovaya bir neçə dəfə şifahi xəbərdarlıq edilmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərəktəmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi (vəkili) hər biri ayrı-ayrılıqda bildirdilər ki, mübahisəli mənzilə dair cavabdehlə bağlanmış müqaviləyə xitam verildiyinə və üçüncü şəxslə yeni müqavilə bağlandığına görə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəfləri və üçüncü şəxsi dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan kirayəverən Azərbaycan Respublikası İddiaçılə kirayəçi X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ki, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzil 5 nəfər ailə üzvü ilə birlikdə həmin kirayəçinin istifadə və sahibliiynə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İddiaçıMənzil İstismar Departamentinin xx.xx.2022-ci il tarixli 405 saylı məktubundan görünür ki, Gəncə şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış 1500 ailəlik yaşayış kompleksində bina 13 ünvanında yerləşən 21 saylı 4 otaqlı mənzil Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh tərəfindən qeyri-qanuni olaraq kirayə verildiyi üçün Komitə tərkibində fəaliyyət göstərən xüsusi Komissiyanın qərarına əsasən Cavabdehla bağlanmış kirayə müqaviiəsi ləğv edilmiş və mənzil Kəlbəcər rayonundan məcburi köçkün X4 ailəsinə müvəqqəti məskunlaşmaq məqsədilə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının İstibulaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli arayışından görünür ki, X3 rayon İcra Hakimiyyəti Başçısının İstibulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin İstibulaq kəndində daimi qeydiyyatdadır. Məcburi köçkündür. Hal-hazırda məcburi köçkün kimi Gəncə şəhəri Kəpəz rayonu 84 saylı Hərbi şəhərcik bina 2 mənzil 42-də müvəqqəti məskunlaşıb yaşayır. Onunla birlikdə həmin ünvanda nümayəndəlikdə ayrı təsərrüfatda olan oğlu X11 ailəsi ilə birlikdə yaşayır. Ailə tərkibi xx.xx.1991-ci il təvəllüdlü oğlu-X11, xx.xx.1993-cü il təvəllüdlü oğlu-X16, xx.xx.1997-ci il təvəllüdlü gəlini X12, xx.xx.2018-ci il təvəllüdlü nəvəsi X13, xx.xx.2020-ci il təvəllüdlü nəvəsi X10r. İş materiallarında olan kirayəverən Azərbaycan Respublikası İddiaçılə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ki, ünvan 2 ünvanında yerləşən 21 saylı mənzil 5 nəfər ailə üzvü ilə birlikdə həmin kirayəçinin istifadə və sahibliiynə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin, adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Hazırkı iş üzrə iddiaçı Departament aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə əsaslanaraq Cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılmasını tələb edir. İddiaçı tələbini kirayəçi tərəfindən həmin mənzilin üçüncü şəxsə kirayə verilməsi nəticəsində müqavilə öhdəliklərinin pozulması və nəticədə Komissiya tərəfindən cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi ilə əsaslandırır. Belə ki, həmin müqavilənin 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayıs sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Müqavilədə və müvafiq hüquqi normativ aktlarda nəzərdə tutulmuş qeyd edilən öhdəliyin pozulması nəticəsində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Belə olan halda, Cavabdeh aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməsi sübuta yetirilmədiyindən iddiaçı Departamentin mübahisəli mənzilin boşaldılması tələbi əsassızdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, tələbini əsaslandırmaq üçün iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubu, habelə adı və səlahiyyətləri qeyri-müəyyən Komissiyanın qərarından natamam çıxarış qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmənin səlahiyyətinə aid edilmiş məsələnin həllində istisna və iddianın təmin edilməsi üçün sübut hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işin faktiki əsaslarına qeyd edilən hüquq normalarını tətbiq etməklə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh (üçüncü şəxs X8) qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar