Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1272/2022 02.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı tərəflər arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək bildirdi ki, o, Cavabdehla 14 oktyabr 2011-ci ildə nikaha girmiş və onların birgə nikahından 22 iyul 2012-ci ildə X4, 11 iyul 2017-ci ildə isə X5 anadan olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. 20 iyul 2022-ci il tarixdə nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment tutulması barədə mediator Afət Səmədovanın iştirakı ilə Cavabdehla barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.2-ci bəndinə əsasən Cavabdeh uşaqların ananın himayəsində saxlanılmasına, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimenti ona məxsus bank hesabına ödəməyi, hər iki tərəf ayrı yaşasalar da uşaqların tərbiyəsi, təhsili ilə bağlı bütün səlahiyyətləri həyata keçirməyi, uşaqlarla daim məşğul olmaq və məhdudiyyətsiz görüşməyi öhdələrinə götürmüşlər. Lakin Cavabdeh barışıq sazişini könüllü icra etməmiş və razılaşdırılmış aliment məbləğinə dair heç bir ödəniş etməmişdir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Sonda İddiaçı ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmədə ərizəni tam etiraf edərək, həmin prosessual hərəkətin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. Belə ki, AZ-İİİ seriyalı 028717 və 976120 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 22 iyul 2012-ci ildə, X5 11 iyul 2017-ci ildə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan İddiaçı və Cavabdeh arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 2.1 nikahın pozulması mediatorun səlahiyyətinə aid olmadığına görə bu barədə məhkəməyə müraciət etmək üçün tərəflər öz aralarında razılığa gəldilər; 2.2 tərəflərin birgə nikahından 22 iyul 2012-ci ildə anadan olmuş X1 və 11 iyul 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə tərəflər razılaşmışlar; İddiaçı və tərəflərin birgə nikahından anadan olmuş X4, X5 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə qədər İddiaçı cehiz əşyaları ilə birlikdə yaşadığı yerdə qalması və yaşaması, hər iki tərəf ayrı-ayrı yaşamaq və uşaqlarla daim məşğul olmaq və məhdudiyyətsiz görüşmək, gələcəkdə barışıq sazişinin tələblərindən əlavə tələblər irəli sürməmək barədə razılaşmışlar; 2.3 sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 2.4 sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini, bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; 2.5 saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, maraqlı şəxs Cavabdeh ərizəni etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh ərizənin etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355- 26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İşdə olan AZ-İİİ seriyalı 028717 və 976120 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən isə görünür ki, tərəflərin birgə nikahlarından 22 iyul 2012ci ildə anadan olmuş X4 və 11 iyul 2017-ci ildə anadan olmuş X5 adlı yetkinlik yaşına çatmayan 2 uşaq vardır. Belə olan halda isə nikahın məhkəmədən kənar qaydada mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi ilə, eləcə də həmin sazişin icrası qaydasında pozulması qanunun tələbinə ziddir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin nikahın pozulmasına dair hissədə təsdiq olunmasından imtina edilməlidir. Lakin mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin digər hissələri qanuna zidd deyildir və barışıq sazişinin həmin hissələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi nikahın pozulmasına dair hissə istisna olmaqla, digər hissələrdə təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti maraqlı şəxs Cavabdeh ərizəçi İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ərizəsi qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində mediator X3 iştirakı ilə bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin birgə nikahından 22 iyul 2012-ci ildə anadan olmuş X1 və 11 iyul 2017ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun; Aliment 20 iyul 2022-ci il tarixdən X4 və X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin.
2. Tərəflər razılığa gəlirlər ki, İddiaçı cehiz əşyaları 20 iyul 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə qədər olduğu yerdə qala, İddiaçı və tərəflərin birgə nikahından anadan olmuş X4, X5 həmin sazişə qədər yaşadıqları yerdə yaşaya bilərlər;
3. Hər iki tərəf ayrı-ayrı yaşamaq, uşaqlarla daim məşğul olmaq və məhdudiyyətsiz görüşmək barədə razılığa gəlir;
4. Tərəflər qarşılıqlı razılıq əsasında 19 iyul 2022-ci il tarixdən etibarən barışıq sazişində göstərilən ailə münasibətlərindən irəli gələn bütün məsələlər üzrə razılığa gəldilər və bundan başqa heç bir tələb irəli sürməmələri barədə razılaşdılar;
5. Sazişin imzalanması əvvələr mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur;
6. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini həmin Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər;
7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Camal Quliyev