Məhkəmə qərarları › İş №2(125)-1303/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1303/2022

30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1303/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, Ərizəçi iştirakı ilə, 31 yanvar 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 31 yanvar 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 31 yanvar 1957ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum X1* onun atasıdır. T.Ə.Xəlilov əvvəllər Gürcüstan Respublikasında yaşayıb, Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssəsilərində müxtəlif vəzifələrdə işləmiş, lakin həmin vəzifədən təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikasına gəlmiş və burada nikaha girib, usta kimi fərdi əməklə məşğul olmuşdur. Hadisə baş verməmişdən təxminən *6 ay əvvəl T.Ə.Xəlilov uzaq qohumları X1 fərdi yaşayış evinin həyətində çardaq qurmuş, lakin həmin çardağın düzəldilməsi tam başa çatmamışdır. 29 aprel 2*22-ci il tarixdə həmin işin tamamlanması zamanı elektrik cərəyanının vurması nəticəsində T.Ə.Xəlilov vəfat etmişdir. T.Ə.Xəlilovun oğlu olduğuna görə dərhal ona məlumat verilmiş, o, hadisə yerinə gəldikdə artıq T.Ə.Xəlilovun vəfat etdiyini görmüşdür. Hüquqi mühafizə orqanları tərəfindən aparılmış araşdırma nəticəsində, habelə təcili tibbi yardım xidmətinin verdiyi arayışla T.Ə.Xəlilovun elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi öz təsdiqini tapmışdır. Bundan sonra T.Ə.Xəlilov onun iştirakı ilə dəfn olunmuş və hüzür mərasimi keçirilmişdir. T.Ə.Xəlilovun dəfn olunmasından sonra o, T.Ə.Xəlilovun ölümü haqqında şəhadətnaməni almaq üçün Gəncə şəhəri Səhiyyə İdarəsinin Təcili və X7 Stansiyasının 1 nömrəli şəhər poliklinikasından təqdim edilmiş *7 iyun 2*22-ci il tarixli arayışı təqdim etməklə, Gəncə şəhəri X12 Sağlamlıq Mərkəzinə müraciət etmiş və Gəncə şəhəri X12 Sağlamlıq Mərkəzi tərəfindən 22 iyun 2*22-ci il tarixdə onun həmin müraciətinin icrasından imtina olunmuşdur. Bundan sonra o, T.Ə.Xəlilovun ölümü haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə də müraciət etmiş, onun həmin müraciətinin də icrasından imtina edilmişdir. Hazırda isə T.Ə.Xəlilov Gürcüstan Respublikası vətəndaşı olduğuna görə T.Ə.Xəlilovun vətəndaşı olduğu ölkədə sənədləşmə işlərinin aparılması, miras əmlakın onun vərəsələri tərəfindən qəbulu və digər məsələlərin həlli ilə əlaqədar T.Ə.Xəlilovun ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. *9 sentyabr 2*22-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs rəisi Anar Əhmədov mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, mərhum X1* onun atasıdır. T.Ə.Xəlilov Gürcüstan Respublikası, Marneuli vilayətində anadan olmuşdur və Gürcüstan Respublikasında yaşamışdır. Lakin T.Ə.Xəlilov onun anası ilə nikaha girdikdən sonra Azərbaycan Respublikasına gəlmiş və burada yaşamağa başlamış, usta kimi fərdi əməklə məşğul olmuşdur. Hadisə baş verməmişdən təxminən *6 ay əvvəl T.Ə.Xəlilov uzaq qohumları X1 fərdi yaşayış evinin həyətində çardaq qurmuş, lakin həmin çardağın düzəldilməsi tam başa çatmamışdır. 29 aprel 2*22-ci il tarixdə həmin işin tamamlanması zamanı elektrik cərəyanının vurması nəticəsində T.Ə.Xəlilov vəfat etmişdir. O, T.Ə.Xəlilovun vəfat etməsini 29 aprel 2*22-ci il tarixdə, saat 17:3* radələrində bilmişdir. Bundan dərhal sonra o, atasının olduğu yerə getmiş və həqiqətən də X8 öldüyünü görmüşdür. O, X8 qaydalara uyğun olaraq, dəfn olunmasında, dəfn olunmamışdan əvvəl yuyulmasında və meyitinin məzara qoyulmasında iştirak etmişdir. İş materiallarında olan XVİ-ЖГ seriyalı 297836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ərizəçi atası X1*, anası X3r. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında *9 may 2*22-ci il tarixli qərarın surətindən görünür ki, 31.*1.1957-ci ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş X1* 29.*4.2*22-ci il tarixdə bədbəxt hadisə nəticəsində ölməsi faktı üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 22 iyun 2*22-ci il tarixli, 61/2-2*22 nömrəli arayışdan görünür ki, mərhum Gürcüstan Respublikası vətəndaşı 1957-ci il təvəllüdlü X4 şəhər Təcili və X7 Stansiyasının *7.*6.2*22-ci il tarixli 1*44 nömrəli məlumatına əsasən 29.*4.2*22-ci il tarixdə saat 17:3*-da elektrik cərəyanının təsiri nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Mərkəzinin rəyinin olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «İnsan ölüm anının müəyyən edilməsi barədə» *5 saylı Qərarının 4.3-cü bəninə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış *5 iyul 2*22-ci il tarixli, *5/Q/- 854/15 nömrəli məktubundan görünür ki, X6 qızının vəfat etmiş atası X8 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində T.Ə.Xəlilovun ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin atası31 yanvar 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 31 yanvar 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 31 yanvar 1957-ci ildə Gürcüstan Respublikasının Marneuli vilayətində anadan olmuş X8 29 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X8 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar