Məhkəmə qərarları › İş №2(125)-1310/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1310/2022

04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1310/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 1938-ci il tarixdə Gəncə şəhərində və X4 1937-ci ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, 148 saylı fərdi yaşayış evi 1934-cü ildə aparılmış inventarlaşdırma zamanı Ərizəçi Kərim oğluna məxsus olduğu göstərilmişdir və ona 31.*1.1935-ci il tarixli 8347 saylı torpaq qeydi verilmişdir. Ərizəçi Kərim oğlu *5.*9.1935-ci il tarixdə vəfat etmişdir. Kirovabad şəhər Xalq Məhkəməsinin 27.*4.1936-cı il tarixli qərarına əsasən həmin mülk Kərimovlar Hümbət, Zeynal, Nübubət Muxtər uşaqlarının və Cavahir Hacı qızının adlarına keçmişdir. Bu fərdi yaşayış evi 19.*4.2*21-ci il tarixdə dövlət reyestrində 163 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır və X5, X2, X3 və X4 hərəsinin ¼ payı olmaqla mülkiyyətlərinə verilmişdir. Həmin fərdi yaşayış evinin mülkiyyətçilərindən X11 babasıdır, o, *8.*4.1951-ci il tarixdə vəfat etmiş və ölüm haqqında akt qeydi var, X7 babası Zeynalın bacısıdır, o, 19.*8.1996-cı il tarixdə vəfat etmiş və ölüm akt qeydi vardır. X12 babası Zeynalın qardaşıdır, subay olmuş və o, 1938-ci ildə vəfat etmiş, X13 isə babası Zeynalın anasıdır, o, Ərizəçi Kərim oğlunun həyat yoldaşı olmuş və 1937-ci ildə vəfat etmiş, lakin onların ölüm akt qeydləri yoxdur. Hazırda o, ailəsi ilə birlikdə miras qalmış həmin fərdi yaşayış evində yaşayıram və mən həmin evi öz adına rəsmiləşdirmək istəyir, lakin mülkiyyətçilərdən X3 və X4 ölüm haqqında akt qeydləri olmadığı üçün o, həmin miras qalmış evi öz adına rəsmiləşdirə bilmir. Bununla bağlı o, 1 X25 "Asan Xidmət” mərkəzində notariat ofisinə və Gəncə şəhəri 1 saylı Notarial ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş elmiş, lakin “Asan Xidmət” mərkəzində notariat ofisi *7.*3.2*22-ci il tarixli 626 nömrəli məktubu ilə və 1 saylı Notariat ofisi *4.*2.2*22-ci il tarixli 53 saylı imtina qərarı ilə miras əmlakın mülkiyyətçilərindən X3 və X4 ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. X3 və X4 ölüm haqqında akt qeydlərini almaq məqsədi ilə o, Azərbaycan Respublikası X2* filialına və Maraqlı şəxs şöbəsinə müraciət etmişəm, lakin onların ölüııı haqqında akt qeydləri aşkar olunmamışdır. X3 və X4 ölüm faktını məhkəmədə qonşuları Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 162-də yaşayan, xx.xx.1932-ci il təvəllüdlü X8 (ş/v AZE *4166138, hin kodu: 43B43PX) və Gəncə şəhəri, A.İmanquliyeva küçəsi, ev 9, mənzil 48-də yaşayan, 25.*5.1955-ci il təvəllüdlü X9 təsdiq edə bilərlər. Məhkəmə iclasında ərizəçi və onun təmsilçisi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və təmsilçisini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Şəhəri 1 Sayli Notariat Ofisinin *4.*2.2*22-ci il tarixli, 53 ömrəli imtina qərarından görünür ki, Ərizəçi Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 148 saylı evin Ərizəçi adma rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin miras əmlakın mülkiyyətçilərindən X12 və X4 ölüm faktını təsdiq edən sənədlər olmadığı üçün Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. Bu səbəbdən də, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 X25 «Asan Xidmət» Mərkəzinin Notariat Ofisinin *7.*3.2*22-ci il tarixli, 626 nömrəli məktubundan görünür ki, təqdim olunmuş sənədlər arasında miras qoyanın nikah haqqında şəhadətnaməsi, miras qoyanın vərəsələrinin qohumluq münasibətlərini təsdiq edən doğum və ölüm haqqında şəhadətnamələri olmadığı üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Maraqlı şəxs şöbəsi tərəfindən verilmiş 22.1*.2*21-ci il tarixli arayışlardan görünür ki, X14 və X13 barəsində ölüm haqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı ¼ payı X5, ¼ payı X2, ¼ payı X3 və ¼ payı X4 adınadır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1* *1.*9.2*21-ci il tarixli, 938(623)/4 saylı məktubunun surətindən görünür ki, X2* Filialında mövcüd olan 1929- 193*, 1935-1944-cü illər üzrə ölüm qeydlərinin aktları yoxlanılmış, X3 ölüm qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1* *1.*9.2*21-ci il tarixli, 939(624)/4 saylı məktubunun surətindən görünür ki, X2* Filialında mövcüd olan 1929- 193*, 1935-1944-cü illər üzrə ölüm qeydlərinin aktları yoxlanılmış, X4 ölüm qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X1* *1.*4.2*22-ci il tarixli, 397(272)/4 saylı məktubunun surətindən görünür ki, X2* Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı şöbəsi arxiv fondlarının 1937-1938-ci illər üzrə ölüm qeydlərinin aktları yoxlanılmış, X3 ölüm qeydi aşkar olunmamışdır. İş materiallarında olan AR Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş *1.11.2*22-ci il tarixli, *1 saylı məktubdan görünür ki, qəbristanlıqlar idarəsi 1981-ci ildən fəaliyyətə başlamışdır. Ona görə də X6 1938-ci ildə və X4 1937-ci ildə 1 saylı Səbzikar qəbristanlığında dəfn olunmaları haqqında idarədə qeydiyyat aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Muxtər onun qonşusudur və eyni məhəllədə doğulub yaşamışlar. Cavahir ilə Hümbəti xatırlamır, amma bilir ki, Alim, Səlim, Nuruş və Saliş qardaş olublar. Atasının bu barədə ona danışdıqlarına əsasən, 1937-ci ildə Cavahir, 1938-ci ildə Hümbətin Gəncə şəhərində ölməsi ona məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, Muxtərin atası ilə onun atası bibi uşağıdır. Hümbət babaları idi, Cavahir də onun arvadı olmuşdur. Muxtərlə keçmiş Komsomol küçəsi olan Şəddadilər küçəsində doğulub yaşa dolmuşlar. Alimgil 4 qardaş olmuşlar: Alim, Səlim, Nuruş və Saliş. Qohumlarından eşitdiyi qədəriylə, Cavahir 1937-ci ildə, Hümbət isə 1938-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X3 1938-ci il tarixdə və X4 1937-ci ildə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi miras qalan əmlakı sənədləşdirə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X3 və X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 1938-ci il tarixdə və X4 1937-ci ildə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 3*7 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.1938-ci il tarixdə Gəncə şəhərində və X4 xx.xx.1937-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar