Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1323/2023 16.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri - 16.*6.1964-cü il təvəllüdlü X6 *6.1*.2*22-ci il tarixdə saat 1*:**-da bilək nahiyyəsini kəsərək qan axma nəticəsində ölməsi (vəfat etməsi) faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X13 16.*6.1964-cü il tarixdə doğulmuşdur. Ərizəçi ilə X1 şəhər “Nikah evində” 2*6 nömrəli qeydlə qeydiyyatdan keçməklə 27.1*.1996-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs *5/Q-83/15 nömrəli, 16.*1.2*23-cü il tarixli məktubu ilə ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, X13 ilə birgə nikahdan iki övladları - *3.*8.1997-ci il təvəllüdlü X11 və xx xxxxxx 1998-ci il təvəllüdlü Şahid1 doğulmuşdur. X5 *6.1*.2*22-ci il tarixdə saat 1*:**-da hamam otağında bilək nahiyyəsini kəsərək özünə qəsd etmişdir. Həmin vaxt qızı Könül hamam otağına baxanda atasının hər iki qolunda xəsarətlər aldığını görüb, qonşuları köməyə çağırmışdır. Bundan sonra qonşuları Şamil təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım əməkdaşları yaşadıqları evə gəldikdə X5na ilkin tibbi müdaxilələr etmələrinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmamışdır. X2 “Şəhidlər Xiyabanı” adlanan qəbiristanlığında dəfn etmişlər. Bu faktla bağlı Gəncə şəhər prokurorluğunun müstəntiqi X12 tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi olmadığına görə 16.1*.2*22-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Ərinin ölümündən sonra ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnaməni əldə etmək üçün Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X17 Şəxsinin Gəncə şəhər Birləşmiş xəstəxanasına və Maraqlı şəxsnə yazılı qaydada müraciət etmiş, X1* Sağlamlıq Mərkəzi tərəfindən tibbi ekspertizanın rəyinin olmaması əsas gətirilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X2n ölüm faktı qeydə almamışdır. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, əri xərçəng xəstəsi olmuş, *6 oktyabr 2*22-ci il tarixdə saat 1*:**-da özünə qəsd edərək vəfat etmişdir. Ərinin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ərindən qalan miras əmlakın əldə edilməsi üçün zəruridir. Hazırda isə ölümünün qeydə alınmasından imtina edilmişdir. Bu hal isə mirasın açıla bilməsi üçün yeganə sənəd kimi ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə ilə müəyyən edilə bilər. Ölüm faktı Gəncə şəhər Prokurorluğunun 16 oktyabr 2*22-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da öz əksini tapmışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, mərhum X13 onun atasıdır. Atası xərçəng xəstəsi olmuşdur. *6 oktyabr 2*22-ci il tarixdə səhər saatlarında anasını işə aparmış, evə qayıdanda atasının otaqda olmadığını görmüş, hamam otağına baxanda atasının hər iki qolunda xəsarətlər aldığını görüb, qollarını sarımağa çalışmış, daha sonra qonşuları köməyə çağırmışdır. Hadisə *6 oktyabr 2*22-ci il tarixdə təxminən saat 1* ya 11 radələrində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, o, mərhum X6 digər qızı Leylanın əridir. Hadisə baş verən vaxt işdə olmuşdur, arvadı ona zəng vurduqdan dərhal sonra hadisə yerinə getdikdə mərhumun yerdə olmasını görmüşdür. Sonra təcili yardım gəlmiş, mərhumu “Səbzikar” adlanan qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 16.*6.1964-cü ildə doğulmuş X6 *6.1*.2*22-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. Belə ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X19 Təcili və X7 Stansiyasının ölüm haqqında məlumat vərəqəsinə görə *6.1*.2*22-ci il tarixdə, saat 1*:** radələrində Avtozavod t/m ünvanında X6 meyiti (təcili yardıma qədər ölüm – bilək nahiyyəsinin kəsilmiş yarası, qan sızma, ağciyərin bəd xassəli yeni törəməsi, metastaz ilə) aşkar edilmişdir. Gəncə şəhəri "xxxx" MMC-nin arayışdan müəyyən olunur ki, X13 *7.1*.2*22-ci il tarixdə 4 nömrəli qəbiristanlıqda dəfn olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokurorluğunun müstəntiqi X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 oktyabr 2*22-ci il tarixli qərarının surətindən görünür ki, X6 hər hansı kənar şəxsin təqsiri və təsiri olmadan yaşadığı evin hamam otağında ülgüclə xəsarət yetirərək özünü öldürməsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X19 Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 116 nömrəli, 29.1*.2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, 16.*6.1964-cü il təvəllüdlü X6 Gəncə Şəhər Tibbi X3 Mərkəzinin rəyi olmadığından ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə göndərdiyi *5/Q – 83/15 nömrəli, 16.*1.2*23-cü il tarixli məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibb şəhadətnamə əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X13 ərizəçinin əridir. X13 *6 oktyabr 2*22-ci ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə, eləcə də Gəncə şəhər prokurorluğunun müstəntiqinin qərarı və Gəncə şəhəri "xxxx" MMC-nin dəfn barədə arayışı ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X6 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 iyun 1964-cü il tarixdə doğulmuş X6 *6 oktyabr 2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1323/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1323/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver