Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1383/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, Ərizəçi iştirakı ilə, *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Qızılqaya qəsəbəsi, 2-ci küçədə, təzə tikilən evdə dəm qazından zəhərlənərək vəfat etməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum X9 onun qardaşıdır. N.A.Abdullayev *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və 1974-cü ildən yaşamaq üçün Özbəkistan Respublikasına gedərək, Özbəkistan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Lakin 1* il bundan əvvəl N.A.Abdullayev Azərbaycan Respublikasına qayıtmış və Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 2-ci küçədə yerləşən kiçik həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikərək orada yaşamağa başlamışdır. N.A.Abdullayev sonuncu dəfə 29 avqust 2*2*-ci il tarixdə Azərbaycan Respublikasında yaşamaq üçün müvafiq qaydada icazə almışdır. O, 21 mart 2*22-ci il tarixdə N.A.Abdullayevə zəng edərək, «Novruz bayramı»nı təbrik etmək istəsə də, N.A.Abdullayev onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra 22 mart 2*22-ci il tarixdə, səhər saatlarında o, yenidən N.A.Abdullayevə zəng etmiş, lakin N.A.Abdullayev yenə də onun telefon zənginə cavab vermədiyinə görə narahatçılıq hissi keçirərək, digər qardaşı X8 ilə birlikdə N.A.Abdullayevin yaşadığı ünvana getmişdir. O və X8 N.A.Abdullayevin yaşadığı evin qapısını döysələr də, N.A.Abdullayev qapını açmamışdır. Qeyd olunan səbəbdən onlar qapını itələyib açaraq, içəri daxil olmuş və içəridə kəskin dəm qazının olduğunu, N.A.Abdullayevin isə hərəkətsiz halda olduğunu görmüşlər. Bundan dərhal sonra onlar Gəncə şəhər Səhiyyə İdarəsinin Təcili və X7 Stansiyasına və hüquq mühafizə orqanlarına məlumat vermişlər. Gəncə şəhər Səhiyyə İdarəsinin Təcili və X7 Stansiyasının 1 saylı şəhər poliklinikasından təqdim edilmiş 29 mart 2*22-ci il tarixli arayışla N.A.Abdullayevin 22 mart 2*22-ci il tarixdə, saat 1*:33 radələrində dəm qazından zəhərlənərək öldüyü qeyd olunmuş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında *1 aprel 2*22-ci il tarixli qərarla da həmin hal öz təsdiqini tapmışdır. N.A.Abdullayevin dəfn olunmasından sonra o, N.A.Abdullayevin ölümü haqqında şəhadətnaməni almaq üçün Gəncə şəhəri Səhiyyə İdarəsinin Təcili və X7 Stansiyasının 1 nömrəli şəhər poliklinikasından təqdim edilmiş 29 mart 2*22-ci il tarixli arayışı təqdim etməklə, Gəncə şəhəri X14 Sağlamlıq Mərkəzinə müraciət etmiş və Gəncə şəhəri X14 Sağlamlıq Mərkəzi tərəfindən *1 aprel 2*22-ci il tarixdə onun həmin müraciətinin icrasından imtina olunmuşdur. Bundan sonra o, N.A.Abdullayevin ölümü haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə də müraciət etmiş, onun həmin müraciətinin də icrasından imtina edilmişdir. Hazırda isə N.A.Abdullayev Özbəkistan Respublikası vətəndaşı olduğuna görə N.A.Abdullayevin vətəndaşı olduğu ölkədə sənədləşmə işlərinin aparılması, miras əmlakın onun vərəsələri tərəfindən qəbulu və digər məsələlərin həlli ilə əlaqədar N.A.Abdullayevin ölümü haqqında şəhadətnamənin alınması zəruridir. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 11 avqust 2*22-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs rəisi Anar Əhmədov mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, onun nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, mərhum X9 onun qardaşıdır. N.A.Abdullayev *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və 1974-cü ildən yaşamaq üçün Özbəkistan Respublikasına gedərək, Özbəkistan Respublikasının vətəndaşlığını qəbul etmişdir. Lakin 1* il bundan əvvəl N.A.Abdullayev Azərbaycan Respublikasına qayıtmış və Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 2-ci küçədə yerləşən kiçik həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikərək orada yaşamağa başlamışdır. O, 21 mart 2*22-ci il tarixdə axşam saatlarında və 22 mart 2*22-ci il tarixdə səhər saatlarında N.A.Abdullayevə zəng etmiş, lakin N.A.Abdullayev onun telefon zənglərinə cavab verməmişdir. Buna görə də o, bacısı Ərizəçi və digər qardaşının oğlu Ucalla birlikdə N.A.Abdullayevin yaşadığı ünvana getmişdir. Onlar N.A.Abdullayevin yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindəki darvazanı döysələr də, N.A.Abdullayev qapını açmamış, lakin evdəki qaz sobası işlək vəziyyətdə olmuşdur. Bununla əlaqədar onlar N.A.Abdullayevə nəsə ola biləcəyindən şübhələnmiş və küçə darvazasının üzərindən həyətyanı torpaq sahəsinə tullanaraq, N.A.Abdullayevin yaşadığı fərdi yaşayış evinin pəncərəsindən evin içərisinə baxmışlar. Bu zaman o, N.A.Abdullayevin çarpayıda hərəkətsiz halda uzandığını, evdəki qaz sobasının isə işlək vəziyyətdə olduğunu görmüş, evin ətrafında kəskin dəm qazının iyinin gəldiyini hiss etmişdir. Buna görə də o, fərdi yaşayış evinin qapısını itələyərək, cəftəsini qırıb içəri daxil olmuş və N.A.Abdullayevin nəbzini yoxladıqda, N.A.Abdullayevin artıq öldüyünü bilmişdir. O, dərhal təcili tibbi yardım xidmətinə və hüquq mühafizə orqanlarına məlumat vermişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Təcili və X7 Stansiyasının 1 saylı şəhər poliklinikasından təqdim edilmiş 29 mart 2*22-ci il tarixli arayışla N.A.Abdullayevin 22 mart 2*22-ci il tarixdə, saat 1*:33 radələrində dəm qazından zəhərlənərək öldüyü qeyd olunmuşdur. Bundan sonra N.A.Abdullayev dini qaydalara uyğun dəfn edilmiş və yas mərasimi keçirilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, mərhum X9 onun qardaşıdır və N.A.Abdullayev Özbəkistan Respublikası vətəndaşı olsa da, təxminən 1* il bundan əvvəl Azərbaycan Respublikasına gəlib, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, 2-ci küçədə yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək, orada tək yaşamağa başlamışdır. 22 mart 2*22-ci il tarixdə səhər saatlarında qardaşı X8 ona zəng edərək, X6 yaşadığı evdə dəm qazından boğularaq öldüyünü demişdir. Bundan dərhal sonra o, həmin yerə getmiş və həqiqətən də X6 öldüyünü görmüşdür. O, X6 qaydalara uyğun olaraq, dəfn olunmasında və meyitinin məzara qoyulmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində göstərdi ki, mərhum X9 onun dayısıdır. 22 mart 2*22-ci il tarixdə, səhər saatlarında o, N.A.Abdullayevin vəfat etməsini eşidərək, X6 yaşadığı evə getmiş və həqiqətən də N.A.Abdullayevin öldüyünü görmüşdür. X9 onun dayısı olduğuna görə o, N.A.Abdullayevin dəfni ilə əlaqədar bütün mərasimlərdə, eləcə də X6 dəfndən əvvəl meyitinin yuyulmasında və məzara qoyulmasında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, mərhum X9 onun qaynıdır. 22 mart 2*22-ci il tarixdə, səhər saatlarında o, N.A.Abdullayevin vəfat etməsini eşidərək, X6 yaşadığı evə getmiş və həqiqətən də N.A.Abdullayevin öldüyünü görmüşdür. O, N.A.Abdullayevin yaxın qohumu kimi sonuncunun hüzür mərasimində, eləcə də meyitin məzarlığa aparılmasında və dəfn olunmasında iştirak etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 46*336 nömrəli doğum haqqında şəhadnamənin surətindən görünür ki, X9 *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. N.A.Abdullayevin atası X13, anası X1r. İşdə olan V-CЛ seriyalı 381328 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Ataş qızı *4 fevral 1951-ci ildə Ermənistan Respubikasının Vardenis rayonunda anadan olmuşdur. Ərizəçi atası X13, anası X1r. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında *1 aprel 2*22-ci il tarixli qərarın surətindən görünür ki, *6 mart 1953-cü il təvəllüdlü X6 Gəncə şəhəri, Nizami rayonu, Qızılqaya qəsəbəsi, 2-ci küçə ünvanında 22 mart 2*22-ci il tarixdə «dəm qazı ilə zəhərlənmə» səbəbindən vəfat etməsi faktı üzrə hər hansı cinayət hadisəsinin əlamətləri olmadığından toplanmış 191-C-22 nömrəli material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan Göygöl Bələdiyyəsi tərəfindən verilmiş *5 aprel 2*22-ci il tarixli, 93 nömrəli arayışdan görünür ki, X9 22 mart 2*22-ci il tarixdə Göygöl rayonu 1 saylı qəbirəstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Cavadxan Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş *1 aprel 2*22-ci il tarixli, 15/2-2*22 nömrəli arayışdan görünür ki, mərhum 1953-cü il təvəllüdlü X3 şəhər Təcili və X7 Stansiyasının 29.*3.2*22-ci il tarixli 677 nömrəli məlumatına əsasən 22.*3.2*22-ci il tarixdə saat 1*:33-də dəm qazından boğularaq vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Mərkəzinin rəyinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «İnsan ölüm anının müəyyən edilməsi barədə» *5 saylı Qərarının 4.3-cü bəninə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 19 iyul 2*22-ci il tarixli, *5Q/915 nömrəli məktubundan görünür ki, Ərizəçi Ataş qızının vəfat etmiş qardaşı X6 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin qardaşı *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. *6 mart 1953-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş X6 22 mart 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X6 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1383/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1383/2022
30.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver