Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1385/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizələrlə məhkəməyə müraciət edərək, 27 mart 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X3 *7 noyabr 1979-cu ildə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 onun həyat yoldaşı olmuşdur, onunla 1978-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından üç uşaqları olmuşdur. X1 31 may 2*22-ci il tarixdə xəstəlikdən (ürək çatışmamazlığından) vəfat etmişdir. X2 7 aylığında qarın işləməsindən vəfat etmişdir. Hazırda ərinin adına olan avtomaşını sənədləşdirmək istəyir, lakin notarusda X2nun ölümünə dair sənəd istəyirlər. Maraqlı şəxsnə müraciət etmiş və oradan məhkəməyə müraciət etməyim tövsiyyə etdilmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək ölüm akt qeydinin bərpa edilməsinin məhrum ərinin adına olan avtomaşının sənədləşdirməsi üçün zəruri olduğundan ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan İ-ЖГ seriyalı, 4631*7 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 və X5 17.*2.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan 4*5715 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 27 mart 1979-cu ildə Kirovabadda anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 283381 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 31.*5.2*22-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 834/15 saylı, *5.*7.2*22-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin edilməsi mükün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısıdır və bacısının oğlu Rəşad 1979-cu ildə anadan olub, təxminən 6-7 ay sonra xəstəlikdən vəfat etmişdir. Uşaq vəfat etdiyi vaxt da Gəncə şəhərində bacısı Sədaqətlə eyni küçədə yaşayırdılar. Bacısı oğlu Rəşadı Goranboy rayonu, Hazırəhmədli kəndində dəfn etmişlər. Körpə olduğu üçün uşağa qəbir daşı qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, əvvəllər ərizəçi ilə Gəncə şəhərində eyni məktəbdə işləmişdilər. 1977-ci ildə Sədaqətlə tanış olmuşlar. Sonra Sədaqət ailə qurmuş və Rəşad adlı uşaqları dünyaya gəldi. Təxminən 1979-cu ildə uşaq doğulduqdan bir müddət sonra döş qəfəsində problem olduğu üçün vəfat etmişdir. Eyni ildə onun da anası vəfat etdiyi tarixi xatırlayır. Uşaq Gəncə şəhərində vəfat etmişdir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X3 1979-cu ildə Gəncə şəhərində ölməsi sübuta yetirilmişdir. Lakin ərizəçinin təsbit olunmasının xahiş etdiyi digər hallar sübuta yetirilmir. Azərbaycan Respublikası MPM-nin 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum ərindən miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində ölməsi ərizəçi tərəfin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə sübuta yetirilən hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 27 mart 1979-cu il tarixdə doğulmuş X3 xx.xx.1979-cu ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1385/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1385/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver