Məhkəmə qərarları › İş №2(125)-1404/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1404/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1404/2025 06.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş X3 xx.xx.1973-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 xx.xx.2024-cü il tarixdə, anası X13 xx.xx.2024-cü il tarixdə vəfat etmişdirlər. X1 onun qardaşı olmuşdur. Mərhum qardaşı X11 xx.xx.1973-cü ildə Cəbrayıl rayonu Sarıcallı kəndində anadan olmuş və xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Həmin vaxt o, körpə uşaq olmuşdur. Hazırda anası X8 mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, bina 13A, mənzil 28 və ünvan 1 ünvanına dair vərəsəlik şəhadətnaməsi almaq üçün qardaşı X12 ilə notariat ofisinə müraciət etmişdirlər. Lakin mərhum anası X8 digər vərəsəsi-oğlu, onun isə qardaşı X3 ölümü ilə bağlı sənəd istəmişdirlər. Buna görə də məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, ata mülkünü sənədləşdirmək istəyirlər. Digər qardaşı Vüqar Məhərrəmov evin onun adına keçməsinə razıdır. Yalnız mərhum qardaşı Vüsal Məhərrəmovun ölüm sənədi olmadığından evin sənədləşməsi mümkün olmamışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Ərizəçi bacısıdır. Ailədə iki qardaş, bir bacı olmuşlardır. Qardaşı valideynlərinin dediyinə görə 3 aylıq olanda ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. Hicranın atası onun müəllimi olmuşdur. Onun 9-cu sinifdə oxuduğu vaxtlar Hicranın qardaşı rəhmətə getmişdir. Uşağın adı Vüsal olmuşdur. Harada dəfn olunduğunu dəqiq bilmir, dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi Hicran qonşu kəndçisi olmuşdur. Gəncə şəhərində eyni məktəbdə işləmişlər. Hicranın qardaşı rəhmətə gedəndə 10-cu sinifdə oxumuşdur. Fevral-mart ayları ərəfəsi olmuşdur, çünki həmin vaxt imtahan vermişdirlər. Hicranın atası Kərim kişi olmuşdur. Uşağı saxlaması üçün Kərim müəllimin anasına həvalə ediblər, o da yaxşı baxmamışdır. Elə həmin kənddə vəfat edərək orada dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ 091950 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X8 nikahları xx.xx.1969-cu ildə Cəbrayıl rayonu Şükürbəyli kənd sovetində 40 nömrə ilə qeydə alınmışdır. AZ ******* nömrəli, İ-JQ 482024 nömrəli və İİ-JQ 472970 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.1971-ci ildə anadan olmuş X4, xx.xx.1973-cü ildə anadan olmuş X3 və xx.xx.1974-cü ildə anadan olmuş Ərizəçi ata qrafasında X10, ana qrafasında X2 qeyd olunmuşdur. AZ-İİ 438855 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2024-cü ildə ölmüşdür. AZ-İİ 445367 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2024-cü ildə ölmüşdür. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, AA 14370 seriya nömrəli məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi məcburi köçkün kimi qeydiyyata alınmışdır. Cəbrayıl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/Q-45 nömrəli arayışdan görünür ki, xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonunda ölmüş X11 barəsində Cəbrayıl rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Notariat hərəkətlərinin aparılmasından imtinaya dair xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ərizəçilər mərhum X8 digər vərəsəsi-oğlu X3 ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiklərindən Ərizəçi və X6 X8 vəfatından sonra adına miras qalmış Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, bina 13A, mənzil 28 və ünvan 1-ə dair bərabər hissədə irs almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsindən imtina edilməsi qərara alınmışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X3 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin qardaşı xx.xx.1973-cü ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş X11 hələ körpə ikən vəfat etmişdir. X3 ölümü ilə bağlı tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Buna görə də ərizəçi qardaşı X3 ölüm faktını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün anası X7 miras qalmış əmlakı qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qardaşı X11 1973-cü il tarixdə Cəbrayıl rayonunda ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş X3 1973-cü il tarixdə Cəbrayıl rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar