Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1445/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X26 Şakir oğlunun sədrliyi, X8 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə anadan olmuş övladı X2 xx.xx.2022-ci ildə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 onun qızıdır. xx.xx.1998-ci ildə anadan olmuş və xx.xx.2022-ci ildə yaşadığı ünvan 1 ünvanında dəm qazından zəhərlənərək vəfat etmişdir. Samux rayonunda dəfn edilmişdir. X16 ölməsi barədə məlumat Gəncə Şəhər prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X10 03 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında əksini tapmışdır. Həmin qərardan görünür ki, 1998-ci il təvəllüdlü X2 yaşadığı ünvan 1 ünvanında dəm qazından zəhərlənərək ölməsi barədə telefon məlumatı daxil olmuşdur. Həmin qərarın qərara aldı hissəsindən görünür ki, X2 ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Buna görə o, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X22 Şıxzamanlı Ailə Sağlamlıq Mərkəzinə müraciət edərək X4 “ölüm haqqında tibbi şəhadətnamə” verilməsini xahiş etmişdir. Şıxzamanlı Ailə Sağlamlıq Mərkəzi xx.xx.2023-cü il tarixli 3 nömrəli məktubla cavab olaraq “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etmişdir. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Maraqlı şəxs cavab olaraq “ölüm haqqında tibbi şəhadətnamə”nin ona verilməsindən imtina etmişdir. Hazırda vəfat etmiş qızının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün qızı onun mülkiyyətində qeydiyyatda qalmışdır. Bu onun mülkiyyət hüquqlarını pozur. Onun qeydiyyatda qalması artıq kommunal xərclərin ödənilməsinə səbəb olur. Həmçinin X16 ölüm haqqında şəhadətnaməsinin olmaması gələcəkdə onun digər hüquqlarının pozulmasına səbəb ola bilər. Ona görə də, məhkəmə qaydasında xx.xx.1998-ci ildə anadan olmuş övladı X2 xx.xx.2022-ci il tarixdə ölməsi faktı təsdiq edilməlidir. Həmin faktı məhkəmədən kənar qaydada təsdiq etdirmək mümkün deyildir. Mərhum övladı X2 ölüm sənədini başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X2 xx.xx.2022-ci ildə ölməsini və Samux rayonundakı qəbirstanlıqda dəfn olunmasını məhkəməyə dəvət edəcəyi şahidlər, buna uyğun fotoşəkillər, Gəncə Şəhər Prokurorluğunun əməkdaşı tərəfindən verilmiş cinayət işinin rədd edilməsi haqqında qərarı təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum övladı X2 xx.xx.2022-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs şöbəsinin rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi atası, mərhum X2 isə babasıdır. X19 ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 29 oktyabr 2022-ci il tarixdə qudasının oğlunun toyu olduğundan X19 ailəsi ilə birlikdə 28 oktyabr 2022ci il tarixdə onun yaşadığı ünvan 1 ünvanına gəlmiş, 29 oktyabr 2022-ci il tarixdə toy günü olduğundan X19 duş qəbul etmək üçün hamam otağına girmiş, həmin vaxt evdə o, olmuş, X19 hamam otağına girdikdən təxminən bir az sonra nəvəsi Məhəmməd Sadıxov və anası Ərizəçi evə gələrək Elnarə Sadıxovanın uzun müddət hamam otağında olduğunu söyləyərək nə üçün gec çıxdığını bildirib hamam otağının qapısını döyməyə başlamış, daha sonra onlar Elnarə Sadıxovanın cavab vermədiyini görmüş və nəvəsi Məhəmməd Sadıxov qapının kilid hissəsini qıraraq, qapını açmış, hamam otağına daxil olan zaman Elnarə Sadıxovanın hamam otağında hərəkətsiz uzandığını görüb dəm qazından zəhərləndiyini bilmiş, həmin vaxt onlar təcili tibbi yardım çağırmış, təcili tibbi yardım əməkdaşları gələrək Elnarə Sadıxovanı təcili tibbi yardım avtomobilinə yerləşdirib Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına aparmış, lakin göstərilən tibbi yardımlara baxmayaraq, X19 dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, Ərizəçi həm qohumu, həm də qonşusudur. Ərizəçi mərhum qızı X9 29 oktyabr 2022-ci il tarixində yaşadığı evin hamam otağında duş qəbul edən zaman dəm qazından zəhərlənərək vəfat etmiş və Samux rayonunun ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1977-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı, 13883279 nömrəli şəxsiyyət vəsiqəsinin surətində görünür ki, X9 15 fevral 1998-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. 16 noyabr 2022-ci il tarixli, 05/Q-2866/70 nömrəli Maraqlı şəxs tərəfindən verilmiş arayışın surətindən görünür ki, X14 və X5 arasında nikahın pozulması haqqında 08 sentyabr 2008-ci il tarixdə 122 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah pozulduqdan sonra ərə “Sadıxov”, arvada “Hüseynova” soyadı verilmişdir. AZE İ seriyalı, 121474 nömrəli, 27 aprel 2011-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətində görünür ki, X14 ilə X5 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08 sentyabr 2008-ci il tarixdə 122 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə “Sadıxov”, arvada “Hüseynova” soyadı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 14 yanvar 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 şəhəri, Tbilisi küçəsi, ev 44, mənzil 7 ünvanında qeydiyyatdadırlar. Məzar daşını əks etdirən fotoşəkillərdən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X9 vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 05/Q-118 nömrəli məktubunda X7 bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ vardır. “Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X27 Şıxzamanlı Ailə Sağlamlıq Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 3 nömrəli arayışında Gəncə şəhəri, Tbilisi küçəsi, ev 44, mənzil 7 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 saylı Qərarının 4.3-cü bəndinə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibbi müəssisəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 ölməsi faktı üzrə toplanmış 668-c-22 nömrəli materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, təqdim edilmiş sübutlara hüquqi qiymət verməklə hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü X9 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində yaşadığı evin hamam otağında duş qəbul edən zaman dəm qazından zəhərlənərək ölmüş, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 03 noyabr 2022-ci il tarixli qərara əsasən X2 ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X2 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, xx.xx.1998-ci il təvəllüdlü X2 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X2 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 307, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X2 29 oktyabr 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-1445/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1445/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver