Məhkəmə qərarları › İş №2(125)-1464/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1464/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1464/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Şakir oğlunun sədrliyi, X1* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4nun *8 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 19.*6.1938-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. O, uzun müddət onkoloji xəstəlikdən əzab çəkmişdir. Xəstəliyə dözməyərək, *8.*4.2*22-ci il tarixdə özünü asaraq intihar etmişdir. Bu barədə, “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X18 TTTYS-nin *9.*4.2*22-ci il tarixli, 477 saylı arayışı verilmişdir. Eyni zamanda Gəncə Şəhər Prokurorluğunun *9 aprel 2*22-ci il tarixli məktubunda qeyd edilir ki, X4nun özünü asaraq ölməsi faktı ilə əlaqədar araşdırma aparılmışdır. Hazırda X4ndan miras qalmış əmlaka dair vərəsəliyin müəyyən edilməsi üçün atasının ölüm haqqında Şəhadətnaməsi tələb olunur. Atası X3 şəhər qəbiristanlığında dəfn edilmişdir. Lakin, onlar səhlənkarlıq edərək, *8 aprel 2*22-ci il tarixdə vəfat etmiş X4nun adına ölüm haqqında Şəhadətnamə almamışlar. Onun *8 aprel 2*22-ci il tarixdə vəfat etmiş X4nun ölməsini təsdiq etmək üçün ona ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyəti üzrə dövlət orqanına ünvanlandığı ərizə Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notarial Ofisinə müraciətlərindən imtina edilərək ona sənəd verilməmişdir. Bunun üçün *8 aprel 2*22-ci il tarixdə vəfat etmiş X4nun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, mərhum X4nun ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi-şöbə rəisi Anar Əhmədov məhkəməyə məktub ünvlanlayaraq iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, X2 onun atasıdır. Ərizəçi isə onun doğma qardaşıdır. Atası onkoloji xəstə olmaqla çox ağrılar çəkmişdir. Hətta ona gün ərzində həkimlər bir neçə dəfə ağrıkəsici dərmanlar vurmuşlar. Atası Qəzənfər ağrılara dözə bilmədiyindən *8 aprel 2*22-ci il tarixdə özünü asaraq intihar etmişdir. Atası vəfat edən zaman onun 84 yaşı olmuşdur. X2 Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, X2 onun atası, Ərizəçi isə onun doğma qardaşıdır. Atası uzun müddət onkoloji xəstəlikdən əzab çəkmiş və çəkdiyi ağrılara dözməyərək, *8 aprel 2*22-ci il tarixdə özünü asaraq intihar etmişdir. X2 Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş “Gəncə şəhər Birləşmiş Xəstəxanası” X18 TTTYS-nin *9.*4.2*22-ci il tarixli, 477 nömrəli, arayışından görünür ki, *8.*4.2*22-ci il tarixdə 17:55 saatlarında ünvan 2 ünvanına 19.*6.1938-ci il təvəllüdlü X6 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nin çağırışçı həkimi Yusibov Mübariz xəstəyə təcili yardıma qədər ölüm “mexaniki asfiksiya” (özünə qəsd asılma) diaqnozu qoymuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 14.*4.2*22-ci il tarixli, 817 nömrəli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.1*.2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhər 2 saylı Notariat ofisinin 27 iyul 2*22-ci il tarixli 777 nömrəli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq vərəsəlik işinin açılması üçün miras qoyanın ölüm faktı müəyyən edilməlidir və ölüm haqqında şəhadətnamə təqdim edilməlidir. Həmin şəxsin ölüm haqqında şəhadətnaməsi təqdim edilmədiyindən və miras qoyanın ölüm faktı müəyyən edilə bilmədiyi üçün hazırda vərəsəlik işi açmaq mümkün deyildir. Odur ki, ölüm haqqında şəhadətnamə əldə etdikdən sonra, təkrar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2* Nizami ASM-nin məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Ərizəçi bildirilmişdir ki, onkoloji xəstə olan X1 ağrıları olduğu üçün (özünü asıb) intihar etmişdir. Tibbi ekspertizanın rəyinin olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamə forma 1*6 vermək mümkün deyildir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər prokurorluğunun *9 aprel 2*22-ci il tarixli məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, X4nun yaşadığı ünvanda özünü asaraq intihar etməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırılma aparılır. Əlavə olaraq bildirilmişdir ki, X6 ölümündə zorakı hallar aşkar edilməmişdir. İş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, 19.*6.1938-ci il təvəllüdlü X7 *8 aprel 2*22-ci il tarixdə özünü asaraq intihar etmiş, lakin müvafiq icra hakimiyyəti ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamə olmamasını əsas gətirərək X6 ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, 19.*6.1938-ci il təvəllüdlü X6 *8 aprel 2*22-ci ildə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, X6 vəfat etməsi (ölməsi) faktı müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 3*5, 3*7, 357 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 19.*6.1938-ci il təvəllüdlü X6 *8 aprel 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktı müəyyən edilsin. Qətnamə, Ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar