Məhkəmə qərarları › İş №2(125)-1489/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1489/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1489/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X4 anasıdır. Anası təxminən 2-3 ay əvvəldən başlayaraq sinir ağrıları yaranmağa başlamışdır. Anası son günlərdə ağrıları olduqda yeriməkdə çətinlik çəkmiş, lakin son 3 gündə isə səhhəti yaxşıya doğru irəliləmişdir. 04 yanvar 2025-ci il tarixdə saat 12 radələrində anası Fəridə yatmaq üçün öz otağına getmiş. Təxminən saat 03:30 radələrində oğlu Röyal onu yuxudan oyadaraq anasının intihar etdiyini bildirmişdir. X2 son zamanlar ağrıları çox idi və o, buna dözə bilmirdi. O, hesab edir ki, ağrılarına dözə bilmədiyi üçün intihar etmişdir. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış cinayət işinin başlanması rədd edilmişdir. O, ölüm haqqında şəhadətnaməni almaq üçün Gəncə şəhər Qeydiyyat Şöhbəsinə müraciət etsədə ona müddət keçdiyi üçün ölüm haqqında şəhadətnaməni verə bilməyəcəklərini və bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə daxil olmuş «xx.xx.2025-ci ildə vəfat etmiş X6 ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə» ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Ərizəçi atası X11, anası X7r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə BPİ-nin 4-cü Polis Bölməsinin növbətçi hissəsindən Gəncə şəhər prokurorluğuna xx.xx.1956-cı il təvəllüdlü X6 A.Sultanov küçəsi, 1-ci döngə, ev 2C-də yaşadığı evin qarşısında başına bağladığı örtük ilə özünü asaraq intihar etməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında araşdırmanın aparılması həvalə edilmiş, toplanmış 25-3-2-2-415-0238 (04-c-25) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AZE seriyalı, 05659910 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X5 şəhəri, H.Şəh-38 rabitə evi ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Respublika Təcili və X10” X18 Şəxsi Gəncə Şəhər TTTYS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən, xx.xx.2025-ci il tarixdə saat 03:43-də xx.xx.1956cı il təvəllüdlü X6 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nın həkimi Şəkər Yusifova həkimə qədər ölüm özünü asma diaqnozu qoymuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası xx.xx.1956-cı il təvəllüdlü X8 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar