Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-15/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə dair maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0315 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin cavabdeh tərəfindən ona məxsus olan 0,0315 ha torpaq sahəsinin bir qismi cavabdeh tərəfindən zəbt edilmişdir. Qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən hasara alınmış və qapıya qıfıl vurulmuşdur. O, hazırda mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu baxımdan torpaq sahəsini hasara almaqla onun mülkiyyətində olan torpaq sahəsinə müdaxilə aradan qaldırılmaqla onun mülkiyyət hüququ bərpa edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddiasında göstərdiyi dəlillər tamamilə əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz əmlakın dövlət Kadastrı və reyestri X5 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh tam mülkiyyətindədir. Belə ki, müvafiq çıxarışa əsasən Cavabdeh məxsus torpaq sahəsi 204.60 kv.m-dir. İddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehə məxsus olması xx.xx.2020-ci il tarixli, 47699 inventar nömrəli texniki pasportla və "xxxx" MMC-nin verdiyi eskiz layihə ilə də öz təsdiqini tapır. Bundan əlavə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gediş-gəliş yolunun bağlanmasına səbəb olan qapının sökülməsi, cavabdehlər X2 və İddiaçı ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Eyni zamanda həmin iş üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2777/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 28082 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki iş materiallarında olan məlumatlara baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi əks olunmaqla) dair xx.xx.2007-ci il tarixli və ünvan 5 ünvanınnda yerləşən fərdi yaşayış evinə (torpaq sahəsi əks olunmaqla) dair xx.xx.2011-ci il tarixli texniki pasportlar müqayisə olunmaqla, mübahisəli keçid yolunun hər iki texniki pasportda nəzərdə tutulduğu və həmin keçid yolunun iş üzrə tərəflərin ümumi istifadəsində olduğu müəyyən edilmişdir. Qeyd edilən ekspertiza rəyində də hazırki iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsinin Cavabdeh mülkiyyətində olması öz təsdiqini tapır. Yuxarıda qeyd edilənlərdən və etiraza əlavə edilən sənədlərdən də, göründüyü kimi iddiaçının tələbi əsassızdır. Yuxarıda göstərilənləri və qanunvericiliyin qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili əlavə etdi ki, iddiaçı və cavabdehə məxsus fərdi yaşayış evləri əvvəl “jak” məhlələrdən ibarət olmuşdur. Sonradan həmin fərdi yaşayış evləri iddiaçı və cavabdeh tərəfindən özəlləşdirilmişdir. Həm iddiaçı, həm də cavabdehə məxsus fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olmaqla, dövlət mülkiyyətindədir. Məhkəmə tərəfindən əlavə tikinti-texniki ekspertizası təyin edilsə də, həm ilkin ekspert rəyində, həmçinin əlavə tikinti-texniki ekspertizasının rəyində eyniməzmunlu cavablar verilmişdir. Cavabdehin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətinə hansı əsasla keçməsinə dair sənəd yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, işdə olan sənədlərdən də göründüyü kimi iddiaçının mübahisələndirdiyi sahə cavabdehin mülkiyyətindədir və bunu təsdiq edən hüquqmüəyyənedici sənəd də var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarına görə, ünvan 6 ünvanında yerləşən 0,0315 ha torpaq sahəsi iddiaçının, ünvan 7vanda yerləşən 0,0187 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş, MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Əttarlar küçəsində 0,0315 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,3 kv.m yaşayış, 52,1 kv.m köməkçi sahədən ibarət 124 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə, **********90-10301 reyestr nömrəli qeydiyyata alınmışdır. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********89-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2020-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanda xüsusi mülkiyyətdə olan 0,0187 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 204,60 kv.metr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 172/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X3 və İddiaçı qarşı qanunsuz müdaxiləyə son qoyulması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi gedişgəliş yolunun bağlanmasına səbəb olan qapının sökülməsi, cavabdehlər X2 və İddiaçı ümumi keçidə qanunsuz müdaxiləsinə son qoyulması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər X1 və İddiaçı müştərək qaydada tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,0315 ha torpaq sahəsinin bir qismini zəbt etmiş və oranı hasara alaraq qapıya qıfıl vurmuşdur və beləliklə, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı cavabdeh tərəfindən inşa edilmiş hasarın sonuncunun hesabına sökülməsi və torpaq sahəsindən istifadəyə dair maneənin aradan qaldırılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsində deyilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Məcəllənin 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur. Məcəllənin 110-cu maddəsində göstərilir ki, torpaq sahələrinin özbaşına tutulmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məslələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 №-li qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini sübuta yetirəcəyi təqdirdə orada inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətinə maneənin aradan qaldırılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Tələbinin əsası kimi iddiaçının istinad etdiyi halların mövcud olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb olunan bir sıra suallara cavab verilməsi zərurəti yarandığından, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı ünvan 1 ünvana dair texniki pasportda göstərilən sahələrlə (eni-uzunu) mövcud vəziyyəti uyğundurmu? 2. Cavabdeh tərəfindən inşa edilmiş hasar İddiaçı məxsus torpaq sahəsinə müdaxilə edilməklə inşa edilmişdirmi? 3. İddiaçı məxsus ünvan 1 ünvana məxsus torpaq sahəsinin hüdudları daxilində inşa olunmuş hasar tikinti normalarına uyğun inşa olunmuşdurmu? 4. Əgər uyğun deyilsə hansı uyğunsuzluq və müdaxilələr mövcuddur? Məhkəmə tikinti-texniki ekspertizasının 10/4069 nömrəli, xx.xx.2023-cü il tarixli rəyində 1-ci sual üzrə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı məxsus və ünvan 1 ünvanında yerləşən sözügedən torpaq sahəsinin faktiki vəziyyəti, tikililərinin planlı yerdəyişməsi tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. 2-ci və 3-cü suallar üzrə göstərilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş hasar tiklisinin, ona məxsus fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasport sənədində mövcud olduğunu nəzərə alaraq, həmin hasar tikilisinin İddiaçı məxsus torpaq sahəsinə müdaxilə edilmədən inşa edildiyi və hasar tikilisinin tikinti normalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. 4-cü sual üzrə göstərilmişdir ki, inşa edilmiş hasar tikilisinin tikinti normalarına uyğun olduğunu nəzərə alaraq, bu sual üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5in 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-6010/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə mütəxəssis mülahizəsi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis mülahizəsinə əsasən əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri mübahisəli daş hasar, **********89-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən, Cavabdeh qzının mülkiyətində olan torpaq sahəsində yerləşir. Əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri mübahisəli daş hasarla hasarlanmış faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsi, **********89-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən, Cavabdeh mülkiyətində olan torpaq sahəsidir. İş üzrə zərurət yarandığından, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh tərəfindən inşa edilmiş hasar kimə məxsus torpaq sahəsində inşa edilmişdir? 2. Həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidirmi? Məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/5374 nömrəli, xx.xx.2024cü il tarixli rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5in 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi Sevindik Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir. 1-ci sual üzrə göstərilmişdir ki, əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri mübahisəli daş hasar, **********89-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən, Cavabdeh qzının mülkiyətində olan torpaq sahəsində yerləşir. 2-ci sual üzrə göstərilmişdir ki, əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri mübahisəli daş hasarla hasarlanmış faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsi, **********89-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən, Cavabdeh mülkiyətində olan torpaq sahəsidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin (MPM) 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə əsasən əraziyə keçirilən baxış zamanı tərəflərin naturada təqdim etdikləri mübahisəli daş hasarla hasarlanmış faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsi, **********89-10301 reyestr nömrəli çıxarışa və həmin çıxarışın texniki pasportuna əsasən, Cavabdeh mülkiyətində olan torpaq sahəsidir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, cavabdeh tərəfindən onun mülkiyyətinə hər hansı qaydada maneə yaradılması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Həmçinin, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, başqa sözlə iddiaçıya məxsus torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi sübut olunmadığından İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunmamalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Keçirilmiş ekspertiza tədqiqatlarının xərci olan 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Fərhadov