Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1515/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun əri X7 1*.11.2*22-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, 1*.*2.1953-cü il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X1* onun həyat yoldaşı olmuşdur. Onlar 2**6-cı ildən birlikdə ünvan 2 ünvanında yaşamışlar. Mənzilin sənədləri olmadığı üçün həmin ünvana qeydiyyata düşə bilməmişlər. Bu vaxta qədər həyat yoldaşının səhhətində yaşla əlaqədar müəyyən narahatlıqlar olsa da, ciddi problemləri olmamışdır. 1*.11.2*22-ci il tarixdə saat 2*:** radələrində həyat yoldaşını divanda hərəkətsiz görmüşdür. Yaxınlaşıb çağırmış, görmüşdür ki, cavab vermir. Həmin vaxt tez təcili X4 çağırmışdır. Həkim briqadası gəldikdə artıq dünyasını dəyişdiyini bildirmişdir. Bu barədə onlara xəbərdarlıq vərəqəsi verilmişdir. Ölümü dövlət qeydiyyatına almaq üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ondan ölüm haqqında tibbi şəhadətnamə tələb edilmişdir. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Ancaq ona Maraqlı şəxs tərəfindən 15.12.2*22-ci il tarixli, *5/Q-2756/15 nömrəli imtina məktubu verilmişdir. Həmçinin Abşeron Rayon Mərkəzi xəstəxanasına da ölüm haqqında tibbi şəhadətnamənin (forma 1*3) alınması ilə bağlı müraciət etmişdir. Mərkəzi xəstəxanadan da, imtina almışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair *8.*4.2*19-cu il tarixə təyin olunmuş məhkəmə iclasına onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Abşeron Rayon Mərkəzi Xəstəxanası Təcili və X4 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, 1*.11.2*22-ci il tarixdə saat 22:51 dəqiqədə Abşeron Rayonu Xırdalan şəhəri, H.Seyidbəyli küçəsi 1*.*2.1953-cü il tarixdə anadan olmuş X7 meyiti aşkar olunmuş, həkiməqədərki ölüm müəyyən olunmuş və meyitin üzərində gözlə görünən zorakılıq əlaməti olmamışdır. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X1 Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir şöbəsi tərəfindən təsdiqlənmiş və qonşular X3, X6 və X2 tərəfindən tərtib edilmiş 23.12.2*22-ci il tarixli aktdan görünür ki, həqiqətən qonşuları X1* 2**7-ci il tarixdən Abşeron Rayonu Xırdalan şəhəri, H.Seyidbəyli küçəsində qeydiyyatsız yaşamış və 1*.11.2*22-ci il tarixdə vəfat etmişdir. İşdə olan Baş daşının şəklindən görünür ki, mərhum X1* 1*.*2.1953-cü ildə anadan olmuş, 1*.11.2*22-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 22.12.2*22-ci il tarixli PHŞ/6.2*-2-2*22- 1247 saylı məktubdan görünür ki, X7 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları ilə təsdiq olundu ki, ərizəçinin əri X1* 1*.11.2*22-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin əri X7 1*.11.2*22-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 3*7,.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 1*.11.2*22-ci il tarixdə Abşeron rayonun Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1515/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1515/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver