Məhkəmə qərarları › İş №2(125)-1518/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1518/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1518/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, 1* fevral 19*2-ci il tarixdə anadan olmuş X6 1988-ci ilin aprelin son günlərində Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Göykilsə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1* fevral 19*2-ci il tarixdə anadan olmuş X6 1988-ci ilin aprelin son günlərində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək ərizəçinin nümayəndəsi İ.M.İsmayılov iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 1* fevral 19*2-ci il tarixdə anadan olmuş X6 1988-ci ilin aprelin son günlərində Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Göykilsə kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi İ.M.İsmayılov məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin anası X1* ondan başqa heç kimi olmadığına görə, Ərizəçi ailə qurandan sonra da onunla Qərbi Azərbaycanın (Ermənistanın) Göykilsə kəndində birgə yaşamışdır. 1974-cü ildə onlar Gəncə şəhərinə hazırda yaşadıqları evə köçmüşlər. Lakin X2 şəhərində yaşamaq istəməmiş və hər zaman öz torpağına geri dönüb, orada vəfat etdikdən sonra ata-anasının, qardaş-bacısının və ərinin yanında dəfn olunmasını tələb etmişdir. Hər il yay mövsümündə Z.Ə.Mərdanova bacısının yanında Göykilsə kəndində yaşamışdır. 1988-ci ildə Novruz bayramından sonra Z.Ə.Mərdanovanın əhvalı pisləşmiş və o, Ərizəçi onu kəndə aparmağını tələb etmişdir. Z.Ə.Mərdanova orada 2 ay qaldıqdan sonra vəfat etmişdir. Ərizəçi anasını onun vəsiyyətinə uyğun olaraq Göykilsə kəndinin məzarlığında atasının yanında dəfn etmişdir. Həmin ərəfələrdə Ermənistan SSRdə siyasi vəziyyət pis olmuşdur. Kənd sakinlərinin bir hissəsi artıq Azərbaycana köçməli olmuş, qalan hissəsi də köçməyə hazırlaşmışdır. Z.Ə.Mərdanova dəfn edildikdən sonra onun ilk ehsanı kənddə verilsə də, 3, 7 və 4* mərasimləri Gəncə şəhərində keçirilmişdir. Ərizəçi anasının məzarını düzəltdirmək üçün siyasi vəziyyətin yaxşılaşmasını gözləsə də, vəziyyət daha da pisləşdiyinə görə bu mümkün olmamışdır. Elə bu səbəbdən də X6 ölümü barədə hər hansı bir sənədləşmə aparmağa və ölümü haqqında şəhadətnamə almağa şərait olmamışdır. Vl-ЖГ serialı, 74761* nömrəli SSSR vətəndaşının pasportunun 1-ci və 3-cü səhifələrindən görünür ki, X1* SSSR-nin və Azərbaycan SSR-nin vətəndaşı olmuşdur. Pasportun 2-ci və 4-cü səhifələrindən görünür ki, ərizəçinin anası X11 1* fevral 19*2-ci il tarixdə Ermənistan SSR-nin Kotay (Abovyan) rayonunun Kaputan kəndində anadan olmuşdur. Pasport 28 dekabr 1977-ci il tarixində Azərbaycan SSR-i Kirovabad (Gəncə) şəhəri İcraiyyə Komitəsi Daxili İşlər İdarəsinin 3-cü milli bölməsi tərəfindən verilmişdir. Pasportun tərtibat qaydalarına uyğun 9-cu səhifəsində şəkili və imzası yerləşir. Pasportun 16-cı səhifəsindən görünür ki, Z.Ə.Mərdanova hazırda Ərizəçi ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında pasport qeydiyyatında olmuşdur. Z.Ə.Mərdanova bu gün də faktiki olaraq orada qeydiyyatda qalmaqdadır. Bu hal isə ərizəçiyə əlavə problemlər yaradır. Bundan başqa, 11 noyabr 1987-ci il tarixli 16 qeydiyyat nömrəli və 6872 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən göründüyü kimi, ərizəçinin yaşadığı ünvan 1 ünvanında yerləşən ev də anası X6 adınadır. Ərizəçi indiyədək bu məsələyə əhəmiyyət verməmişdir. İndi isə ərizəçinin oğlu evi girov qoyub, kredit götürmək istəyəndə, evin Z.Ə.Mərdanovanın mülkiyyətində olması məlum olmuşdur və buna görə də, kredit götürmək mümkün olmamışdır. Göykilsə kəndində olan ev Z.Ə.Mərdanovanın adına olduğuna görə, Ərizəçi yoldaşı Gəncə şəhərində olan evi də onun adına qeydə aldırmışdır. Evin Z.Ə.Mərdanovanın mülkiyyətində qalması göründüyü kimi ərizəçiyə ciddi problemlər yaradır. Bu səbəbdən də, həmin ev vərəsəlik üzrə ərizəçinin mülkiyyətinə keçməsi üçün X6 ölüm faktı müəyyən olunmalıdır. Sonda İ.M.İsmayılov ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı 14 fevral 2*23-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, Ərizəçi və sonuncunun əri Məcidin qonşusudur. Həmçinin onun Məcidlə yaxın dostluq münasibətləri vardır. 1988-ci ildə söhbət əsnasında Məcid ona qaynanası X6 Ermənistan SSR-nin Göykilsə kəndində vəfat etdiyini demiş və onun dəfn mərasimi üçün oraya getməli olacağını qeyd etmişdir. Lakin Ermənistan SSR-də azərbaycanlılara qarşı təxribat xarakterli hərəkətlər edildiyinə və qəsdlər törədildiyinə görə o, Məcidə Ermənistan SSR-ə getməməyi tövsiyə etmişdir. Bundan bir müddət sonra o, Məcid onunla əlaqə saxlamış və Ermənistan SSR-in Göykilsə kəndinə gedərək, qaynanası Z.Ə.Mərdanovanı dəfn etdiyini bildirib, onu ehsana dəvət etmişdir. O isə ünvan 1 ünvanında X6 yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X1* onun xalasıdır. O, Zəhranın bacısı Sonanın uşağıdır. O, 1984-cü ildə Gəncə şəhərinə gəlin köçmüş, valideynləri isə Ermənistan SSR-nin Göykilsə kəndində yaşamağa davam etmişlər. Z.Ə.Mərdanovanın böyüyüb boya-başa çatdığı kənd Göykilsə kəndi olduğuna, valideynləri və əri orada dəfn olunduğuna görə tez-tez Göykilsə kəndinə getmişdir. 1988-ci ilin əvvəllərindən Ermənistan SSR-də azərbaycanlılara qarşı təxribat xarakterli hərəkətlər edildiyinə və qəsdlər törədildiyinə görə Göykilsə kəndinə getmək təhlükəli hal almışdır. Buna baxmayaraq, Z.Ə.Mərdanova ora getməyə təkid etdiyinə görə onun digər qohumları və X7 Z.Ə.Mərdanovanı Göykilsə kəndinə aparmışlar. Lakin 1988-ci ilin aprel ayının sonlarında Z.Ə.Mərdanova Ermənistan SSR-in Göykilsə kəndində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, X6 bacısı Sonanın nəvəsidir. 1988-ci ilin aprel ayının sonlarında Z.Ə.Mərdanova Ermənistan SSR-nin Göykilsə kəndində vəfat etmişdir. O, Z.Ə.Mərdanovanın dini qaydalara riayət olunmaqla dəfn edilməsində və yas mərasimlərinin keçirilməsində, eləcə də meyitin tutulmasında iştirak etmişdir. Lakin həmin dövrdə Ermənistan SSR-də azərbaycanlılara qarşı təxribatlar törədildiyinə görə, yas mərasimində geniş kütlənin iştirak etməsi mümkün olmamışdır. Azərbaycanlıların böyük hissəsi artıq həmin ərəfələrdə Göykilsə kəndindən məcburi köçürüldüyünə görə, yas mərasimi az sayda insanla keçirilmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 74761* nömrəli pasportdan görünür ki, X1* 1* fevral 19*2-ci il tarixdə Ermənistan SSR-nin Kotay rayonunun, Kaputan kəndində anadan olmuşdur. Həmin pasport Kirovabad şəhəri İcraiyyə Komitəsi Daxili İşlər İdarəsinin 3-cü milli bölməsi tərəfindən 28 dekabr 1977-ci ildə verilmişdir. İşdə olan 11 noyabr 1987-ci il tarixli, 6872 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhərində yerləşən 4 yaşayış otağından ibarət olan, 98.4 kv.m sahəsi olan yaşayış evi X6 mülkiyyətindədir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 18 yanvar 2*23-cü il tarixli, *5/2-148 nömrəli məktubdan görünür ki, X6 vəfat etməsi ilə əlaqədar ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqınd akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İşdə olan Azərbaycan Respublikası «Tibbi ərazi X4»nin «Gəncə şəhər Birləşmiş xəstəxanası» publik hüquqi şəxsinin «A.Səhhət adına» xəstəxanası tərəfindən verilmiş *5 aprel 2*23-cü il tarixli, 384 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, A.Səhhət xəstəxanasının arxiv bölməsində 1988-ci il tarixlərə aid olan arxiv sənədləri ləğv olunduğu üçün X6 ölməsi barədə hər hansı bir məlumat tapılmamışdır. İş materiallarında olan İ-ЗЖ seriyalı 311672 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxx 1947-ci il tarixdə Ermənistan SSR-nin Kotay rayonunun, Kaputan kəndində anadan olmuşdur. Onun atası X13, anası X9r. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 1* fevral 19*2-ci il tarixdə Ermənistan SSR-nin Kotay rayonunun, Kaputan kəndində anadan olmuş X6 1988-ci ilin aprel ayının sonunda Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Göykilsə kəndində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə şahid ifadələrini, eləcə də digər sübutları müqayisəli tədqiq edərək, hesab edir ki, 1* fevral 19*2-ci il tarixdə Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Kotay rayonunun, Kaputan kəndində anadan olmuş X6 1988-ci ilin aprel ayının sonunda Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Göykilsə kəndində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 1* fevral 19*2-ci il tarixdə Ermənistan SSR-nin Kotay rayonunun, Kaputan kəndində anadan olmuş X6 1988-ci ilin aprel ayının sonunda Ermənistan SSR-in (Qərbi Azərbaycanın) Göykilsə kəndində vəfat etməsi faktı müəyyən edilsin. X6 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar