Məhkəmə qərarları › İş №2(125)-1541/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1541/2022

18.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1541/2022 18.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı, Cavabdeh tərəfindən aliment tələbi ilə bağlı barışıq sazişinə qərəzli olaraq əməl olunmadığı üçün sazişin alimentə dair hissəsinin məcburi icrası üçün qətnamə qəbul edərək icrasını Gəncə şəhəri Üzrə İcra idarəsinə həvalə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək bildirdi ki, Cavabdeh ilə ailə münasibətləri pozulduğu üçün aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşağının onun himayəsində qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl 2021-ci ilin dekabr ayında Gəncə şəhəri 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya təşkilatında saziş imzalayaraq 2021-ci ilin dekabr ayından başlayaraq hər ayın 01-10 tarixlərində azyaşlı uşağına ayda 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh aliment borcunu ödəməməklə öhdəliyini yerinə yetirmir. 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmədə ərizəni etiraf edərək izahatında göstərdi ki, mediasiya təşkilatında İddiaçı ilə saziş imzalayaraq 2021-ci ilin dekabr ayından başlayaraq, hər ayın 01-10 tarixlərində azyaşlı uşağı Əzizə ayda 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Həmin prosessual hərəkətin hüquqi nəticələrinin ona məlum olmuşdur. Lakin bəzi səbəblərdən alimentin ödənilməsi vaxtı-vaxtında həyata keçirə bilməmiş, lakin hazırki vaxtı cüsi məblədə İddiaçı aliment borcu qalmışdır. Odur ki, ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməldir. Belə ki, AZ-İİİ seriyalı 718348 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 fevral 2016-cı ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan İddiaçı və Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 2.1 İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ №063294 saylı nikahın pozulması ilə əlaqədar qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edərək, məhkəmə qaydası ilə nikahın pozulmasına tərəflər qarşılıqlı razılığa gəldilər; 2.2 İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmasına tərəflər qarşılıqlı razılaşmışlar; 2.3 Cavabdeh saziş imzalandıqdan sonra 2021-ci ilin dekabr ayından başlayaraq hər ayın 01-10 tarixlərində azyaşlı uşağa ayda 200 (iki yüz) manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüş; 2.4 İddiaçı ilə Cavabdeh aralarında olan birgə nikah dövründə hədiyyə olunmuş qızıl zinət əşyalarının İddiaçı qaytarılmasını tərəflər qarşılıqlı qismən razılıq əldə etmiş, tərəf Cavabdeh qızıl zinət əşyalarının onda qalmasını qəbul edərək 1 komplekt brilyant qaşlı (üzük, sırğa, kulon) və tək qaş nişan üzüyünü Cavabdeh İddiaçı təqdim etmiş;2.5 İddiaçı ilə üzüyünü Cavabdeh aralarında olan birgə nikah dövründə hədiyyə olunmuş qızıl zinət əşyaları tələbindən irəli gələn mübahisə:ürək formasında göy qaşlı (brilyant) kulon, Tifani sırğalar, halqa qəpikli sırğalar, üzük qara daşlı (fianit), sonsuzluq simvollu kolye, qolbaq “Qrazella” mavi daşlı üzük, braslet (qırılmışdır) qaytarılmasına dair razılığa gəlməmişlər; 2.6 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 2.7 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar birbirini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırki və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.2.8Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, maraqlı şəxs Cavabdeh ərizəni etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh ərizənin etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Lakin mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin digər hissələri qanuna zidd deyildir və barışıq sazişinin həmin hissələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqularına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı və Cavabdeh arasında 03 dekabr 2021-ci il tarixdə mediasiya prosesi nəticəsində mediator X3 iştirakı ilə bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflərin birgə nikahından 09 fevral 2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun;

2. Alimentin tutulması 03 dekabr 2021-ci il tarixdən başlayaraq X1 yetkinlik yaşına çatana qədər müəyyən edilsin.

3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar