Məhkəmə qərarları › İş №2(125)-1655/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1655/2024

02.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1655/2024 02.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X4 və X20 qarşı «vərəsəliyin qəbul edilməsi və miras əmlakda payın müəyyən olunması» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39, X9 və X30) qarşı mərhum atası X31 qanuni vərəsəsi olaraq mərhum babası X26 miras qalmış Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən 421 kv/m torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən «A» literli yaşayış binasında ümumi sahəsi 105,2 kv/m yaşayış sahəsinə, 43,1 kv/m olan iki yaşayış otağından ibarət fərdi yaşayış evinə, mərhum babası X32 qanun üzrə vərəsəsi kimi iddiaçının tanınmasına və iddiaçının miras əmlakdan payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X31 mərhum atası X26 miras qalmış Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,02878 ha torpaq sahəsindən və ümumi sahəsi 105,2 kv/m olan fərdi yaşayış evindən ibarət miras əmlakda payının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı onun mərhum əri X49 ilə birgə nikahlarından anadan olmuş oğludur. Belə ki, o və X49 ailə qurduqdan sonra mərhum X40 məxsus olan Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdırlar və onların birgə nikahlarından sözügedən evdə Kənan və Ləman adlı iki uşaqları anadan olmuşdur. X32 X16 ilə birgə nikahından X33, X49, X41, X50, X21 və X34 adlı 6 uşağı olmuşdur. Həmin uşaqlardan X49 iddiaçının atasıdır. X6 yaşlarında vəfat etmişdir. Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanı 3 hissədən ibarətdir. Həmin fərdi yaşayış evinin bir hissəsində X49, bir hissəsində X21 və digər bir hissəsində isə X41 yaşamışdır. X42 atası X51 vəfat etdikdən sonra nikaha daxil olmuş və Gəncə şəhəri, Mehrabi (keçmiş Daşkəsən) küçəsində yerləşən 54 nömrəli evdə yaşamamış, X50 da atası X51 vəfat edəndən sonra könüllü qaydada həmin evi daimi tərk edib, özünə məxsus evdə yaşamışdır. X51 xx.xx.1988-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə və mərhum əri X49 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O və İddiaçı Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və sözügedən evdə təmir-tikinti işləri aparmışlar. Cavabdeh mübahisəli əmlakda onların yaşamağına maneçilik törədir. Belə ki, Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X40 məxsusdur və hazırda da evin hüquqmüəyyənedici sənədi mərhumun adınadır. Vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisinə müraciət olunsa da Cavabdeh ilə razılıq əldə olunmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X49 öldüyü tarixədək miras əmlakda yaşamışdır. X49 atası X51 və anası X16 vəfat etdikdən sonra da qeyd olunan əmlakı idarə etmiş, faktiki olaraq həmin mülkə müddətsiz sahiblik etmişdir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin olunmasını, X31 mərhum atası X26 miras qalmış Gəncə şəhəri, Mehrabi (keçmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınmasına və payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X39, X9 və X30 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X47 ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanına 44 il bundan əvvəl gəlin köçmüş, həmin tarixdən də orada yaşamışdır. X51 onun qonşusu olmuş və 1988-ci ildə vəfat etmişdir. X32 İsbəndiyar, Fazil, Nazim və Ələddin adlı oğlu, Lətafət və Sadəqət adlı qızı olmuşdur. X51 vəfat etdikdən sonra Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında X16, X49, X41 və X21 yaşamışdır. Fazil və X3 ölümündən sonra qeyd olunan ünvanda yaşamamış, Lətafət isə kiçik yaşlarında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanına təxminən 1976-1978-ci il tarixlərində valideyinləri ilə birgə köçərərk orada yaşamışdır. Q X32 İsbəndiyar, Fazil, Nazim və Ələddin adlı oğlu, Lətafət və Sadəqət adlı qızları olmuşdur. X51 vəfat etdikdən sonra Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında X16, X49, X41 və X21 yaşamışdır. X32 övladlarından X49, X41 və X2 şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında yaşamışdır. Hazırda həmin ünvanda X31 və X10 ailə üzvləri yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o. ünvan 5 ünvanında anadan olmuş və daimi olaraq da orada yaşamışdır. Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında X49, X41 və X21 və onların ailə üzvləri daimi olaraq yaşamış, Fazil və X3 ölümündən sonra qeyd olunan ünvanda yaşamamış, Lətafət isə kiçik yaşlarında ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-M-4035/2023 nömrəli arayışdan görünür ki, X51 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, **********18-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmladın Dövlət Reyestrindən çıxarışa dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,02878 ha olan torpaq sahəsi və ümumi sahəsi 105,2 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X40 məxsusdur. İş materiallarında olan İ-ИЕ seriyalı, 904594 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-ci il tarixdə anadan olmuş X31 atası X51, anası isə X11r. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-M-4134/2023 nömrəli arayışdan görünür ki, X16 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-70-M-4028/2023 nömrəli arayışdan görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş İddiaçı atası X49, anası isə Nümayəndə Mail qızıdır. İşdə olan Gəncə şəhəri 1 saylı Notarait Ofisinin xx.xx.2023-cü il tarixli, 582 nömrəli məktubunun surətindən gğrünür ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X32 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün hüquqmüəyyənedici sənədlər və qohumluq faktını təsdiq edən sənədlər təqdim olunmadığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında İddiaçı, X12, X52 və Cavabdeh qeydiyyatdadır. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/158781 nömrəli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X31 ailə tərkibi xx.xx.1988-ci il təvəllüdlü oğlu İddiaçı və xx.xx.1991-ci il təvəllüdlü qızı X22r. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2844/2024 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Mehrabi küçəsində (keçmiş Kirovabad şəhəri, Daşkəsən küçəsi), 54 saylı fərdi yaşayış evinin yerləşdiyi 287,8 kv/m torpaq sahəsinə dair Kommunal Təsərrüfat Nazirliyinin xx.xx.1969-cu il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasportu X32 adına işlənilmişdir. Gəncə şəhəri, Mehrabi küçəsində yerləşən 54 saylı fərdi yaşayış evinə dair X32 adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması ında dövlət reyestrindən arayış verilmişdir. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 483/2024 nömrəli məktubundan görünür ki. 1926-cı ildə anadan olmuş X43 ailə üzvləri arvadı X16 (xx.xx.2021-ci iı tarixdə vəfat edib), qızı xx.xx.1958-ci il təvəllüdlü X36, oğlu xx.xx.1960-cı il təvəllüdlü X49 (xx.xx.2023-cü ildə vəfat edib), oğlu xx.xx.1952-ci il təvəllüdlü X41, oğlu xx.xx.1956-cı il təvəllüdlü X50 (xx.xx.2020-ci ildə vəfat edib),oğlu xx.xx.1954-cü il təvəllüdlü X13r. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Mehrabi küçəsində yerləşən 54 saylı fərdi yaşayış evi X32 mülkiyyətində olmuşdur və X51 xx.xx.1988-ci il tarixdə ölmüşdür. X32 vərəsələri onun arvadı X5, uşaqları – X14, X27, X18, X28, X8 və X15 ibarətdir. X16 xx.xx.2021-ci il tarixdə, X49 xx.xx.2023-cü il tarixdə, X50 xx.xx.2020-ci il tarixdə və X34 vəfat etmişdir. X49, X41 və X21 və onların ailə üzvləri X32 ölümündən sonra sonuncudan miras qalmış Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqla, həmin mirası faktiki qəbul etmiş və onun idarəçiliyini həyata keçirmişlər. İddiaçının nümayəndəsinin izahatı və şahid ifadələri qeyd olunan xüsusat öz təsdiqini tapmışdır. X32 digər vərəsələri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər miras qoyanın ölümündən ondan miras qalmış əmlakı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Bununla da X26 miras qalmış əmlak onun 3 vərəsəsi X49, X41 və X21 tərəfindən faktiki qəbul olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X32 vəfatından sonra X49, X41 və X1 İsa Qasım oğlundan miras qalmış Gəncə şəhəri, Mehrabi küçəsi, ev 54 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar və onun idarəçiliyini həyata keçirmişlər bununla da miras əmlakı faktiki qəbul etmişdir. Həmin xüsusat istər iddiaçının nümayəndəsi Nümayəndəın izahatında istərsə də şahidlərin ifadələrin də öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, X26 miras qalmış ünvan 7 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət miras əmlakın 1/3 hissəsinə X31, həmin əmlakın 1/3 hissəsinə X23 və 1/3 hissəsinə X10 payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X26 miras qalmış ünvan 8 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət (**********18-10301 reyestr nömrəli daşınmaz əmlak) miras əmlakın 1/3 hissəsinə X31, həmin əmlakın 1/3 hissəsinə X23 və 1/3 hissəsinə X10 payı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar