Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1723/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 16 mart 2016-cı il tarixdə, saat 17:00 radələrində yaşadıqları Gəncə şəhəri, Göygöl-ünvan 1 ünvanındakı mənzildə qəfildən infakt keçirərək vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X3 ilə 16 yanvar 1982-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından 5 övladı dünyaya gəlib. Həyat yoldaşı X3 16 mart 2016-cı il tarixdə, yaşadıqları mənzildə qəfildən ürəyi tutmuş və huşunu itirmişdir. Oğlu Musa, qonşu İsaxan və o təcili olaraq onu oğlunun maşını ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Lakin orada həyat yoldaşının infarkt keçirdiyini və artıq dünyasını dəyişdiyini bildirmişlər. Onlar Elmiranın nəşini evə gətirdikdən bir qədər sonra saat 17:00 radələrində 103 X9 xidməti gəlmiş və həyat yoldaşının ölməsini qeydə almışlar. Bir gün sonra Elmiranı Gədəbəy rayonu, Təzəkənd kəndindəki qəbristanlıqda dəfn etmişlər. Dəfn zamanı onlardan ölüm haqqında şəhadətnamə tələb olunmamışdır. Daha sonra hüzr məclisinə başı qarışdığı üçün ölüm haqqında şəhadətnaməni almaq yadına düşməyib. Bir neçə il sonra evi oğlunun adına rəsmiləşdirilməsi qərarına gəlmiş, lakin bunun üçün həyat yoldaşının razılığı tələb olunmuşdur. Həyat yoldaşı Elmiranın ölümü haqda şəhadətnamə olmadığından çətinliyi yaranmışdır. O, Maraqlı şəxsnə müraciət etmiş və oradan məhkəməyə müraciət etməyim tövsiyyə etdilmişdir. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1946-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. İş materiallarında olan İİ-ЖГ seriyalı, 453709 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Ərizəçi xx.xx.1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilən Maraqlı şəxs 05/Q-131715 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün X3 barəsində ölüm haqqında şəhadətnamənin yazılması barədə ərizənin təmin edilməsi mükün olmamışdır. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X10 tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 292 nömrəli məktubundan görünür ki, Göygöl RMX PHŞ xx.xx.2022-ci il tarixli 1887 saylı məktuba cavab olaraq bildirir ki, xx.xx.1957-ci il təvəllüdlü X2 16 mart 2016-cı ildə Göygöl rayonu Üçtəpə kəndində yaşadığı evdə vəfat etməsi barədə arxiv kitabında məlumat vardır. Arxiv kitabındakı məlumatlara əsasən 16 mart 2016 ci il tarixli 2214 nömrəli “103 TTY” xidmətinə saat 17:00 da Üçtəpə kəndinə X2 vəfat etməsi barədə çağırış olmuşdur. Çağırışı həkim Əliyev Nəbican və feldşer Həsənova Dürdanə yerinə yetirmişdir. İş materiallarında olan qəbirdaşının foto şəklindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Məhəmməd onun qonşusudur. Elmira 16 mart 2016-cı ildə Gəncə şəhərində vəfat etmiş, 17 mart 2016-cı ildə Gədəbəy rayonu Təzəkənd kəndində dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Məhəmməd atası, Elmira isə anasıdır. Anası Elmira xx.xx.2016-cı ildə Gəncə şəhərində vəfat etmiş və Gədəbəy rayonu Təzəkənd kəndində dəfn olunmuşdur. Dəfndə iştirak edib. Belə ki, ərizəçi tərəfin izahatı, şahid ifadələri və işin materialları ilə X2 Gəncə şəhərində 16 mart 2016-cı ildə ölməsi sübuta yetirilmişdir. Lakin ərizəçinin təsbit olunmasının xahiş etdiyi digər hallar sübuta yetirilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum arvadı X1 miras qalan əmlakı qəbul edə bilməsi üçün müəyyən hüquqi hərəkətlərin edilməsinə maneə törətməsi səbəbindən, X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.2016-ci il tarixdə Gəncə şəhərində ölməsi ərizəçi tərəfin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə sübuta yetirilən hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 25 avqust 1957-ci il tarixdə doğulmuş X2 16 mart 2016-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1723/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1723/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver