Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1799/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 05 noyabr 1994-cü il tarixdə anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 05 noyabr 1994-cü il tarixdə anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 05 noyabr 1994cü il tarixdə anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum Q.Ərizəçi onun oğludur. Q.Ərizəçi subay olmuş və onun evində yaşamışdır. Q.Ərizəçi 05 avqust 2022-ci il tarixdə evdə olan zaman elektrik cərəyanının təsirinə məruz qalmış və bu bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Təcili yardım avtomaşını ilə hadisə yerinə gəlmiş həkim onun oğlunun ölməsini təsdiqləmişdir. Gəncə şəhər Prokurorluğunda Qəzənfərin ölümünün səbəbini müəyyən etmək üçün təhqiqat aparılmış və onun qeyd edilən bədbəxt hadisə zamanı öldüyü aşkar edildiyindən 10 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Ona miras, qeydiyyat və sairə bu kimi məsələləri həll etmək üçün Q.Ərizəçi ölüm haqqında şəhadətnaməsi lazımdır. Lakin nə Maraqlı şəxs, nə də «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X17 Kəpəz Ailə Sağlamlıq X1 ölümünə dair şəhadətnamə verməmişdir. Buna görə də o, ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 06 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Maraqlı şəxs rəisi Anar Əhmədov mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə qonşusu va qohumu olan Hüseynovların evinə getmişdir. Evə gəlib-çatdıgı zaman səslənmiş, lakin cavab almamış, bundan sonra ətrafa diqqət yetirdiyi zaman mərhum Qəzənfər Hüseynovu yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. X5 yaxınlaşdıgı zaman əlində elektrik naqilinin olduğunu aşkar etmişdir. Buna görə də o, X4 elektrik cərəyanının təsirinə düşdüyünü bilmişdir. Bundan dərhal sonra o, elektrik naqilini çıxarmaqla əvvəlcə təcili tibbi yardıma, daha sonra da Q.Ərizəçi atası Ərizəçi zəng etmişdir. Təcili tibbi yardım həkimləri X6 müayinə etdikdən sonra onun öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynatası, mərhum X9 isə qaynıdır. 05 avqust 2022-ci il tarixdə Ərizəçi ona zəng edərək, X4 öldüyünü bildirmiş və qeyd olunan səbəbdən təcili olaraq onun evinə gəlməyini xahiş etmişdir. O, hadisə yerinə çatdıqda təcili tibbi yardım avtobilini və həkim briqadasını görmüşdür. Bu zaman ona Q.R.Həsənovun vəfat etdiyini desələr də, o buna inana bilməmiş və Q.R.Həsənova süni nəfəs verib, ürək masajı etməyə başlamışdır. Lakin həkimlər Q.R.Həsənovun kürək nahiyəsini ona göstərdikdən sonra o, Q.R.Həsənovun bədənin bəzi hissələrinin ağardığını görüb, Q.R.Həsənovun öldüyünə inanmışdır. Həmin vaxt Q.Ərizəçi elektrik cərəyanının təsirinə məruz qaldığı ona məlum olmuşdur. İş materiallarında olan XVİİİ-ЖГ seriyalı 445192 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Q.Ərizəçi atası X9, anası X10r. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, 05 noyabr 1994-cü il tarixdə anadan olmuş X4 ölümünə dair toplanmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ «Gəncə şəhər Birləşmiş Xəstəxanası» PHŞ Kəpəz Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli, 19 nömrəli arayışdan görünür ki, mərhum 1994-cü il təvvəlüdlü X3 şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının 06 avqust 2022-ci il tarixli 1389 nömrəli məlumatına əsasən 05 avqust 2022-ci il tarixdə saat 16:40-da elektrik cərəyanının təsiri nəticəsində vəfat etmişdir. Gəncə şəhər Tibbi Pataloji Anatomiya Ekspertiza Mərkəzinin rəyinin olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının «İnsan ölüm anının müəyyən edilməsi barədə» 05 saylı Qərarının 4.3-cü bəninə əsasən ölüm hadisəsi ilə bağlı ambulator tibb müəssisəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 23 avqust 2022-ci il tarixli, 05/Q/-508/15 nömrəli məktubundan görünür ki, Ərizəçi vəfat etmiş oğlu X4 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 05 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 05 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 05 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuş X4 05 avqust 2022-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X4 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1799/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1799/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver