Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1881/2025 02.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuş qardaşı X3 1992-ci ilin fevral ayında Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.1991-ci il tarixdə anadan olmuş qardaşı X3 1992-ci ilin fevral ayının 15-də Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum ögey qardaşı X9 xx.xx.1991-ci il tarixdə anadan olmuş və 1992-ci ilin fevral ayının 15-də Gəncə şəhərində ölmüşdür. Onun mərhum qardaşı körpə olduğuna və ya ona məlum olmayan başqa səbəblərə görə X4 ölüm haqqında şəhadətnamə alınmamışdır. Onun atası X12 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra mərhum atasının mülkiyyətində olan avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etmişdir. Lakin notariat orqanından ona qanuni vərəsə hesab edilən atasının ilk nikahından olan mərhum qardaşı X3 ölüm haqqında şəhadətnaməsi olmadığından notariat hərəkətinin aparılmasından imtina edilmişdir. O, həmin məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin X3 ölümünü təsdiq edən heç bir sənəd olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəçinin xahişinin təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Ərizəçi Teyyub oğlu onun qardaşı X5 oğludur. X1 Mehriban Nazim qızı ilə nikaha girmiş, onların birgə nikahlarından Fərid və Vüsal adlı iki uşaqları anadan olmuşdur. X10 ilə nikaha girməmişdən əvvəl X2 Kamilə Bahadur qızı ilə nikaha girmiş və sonradan həmin nikah pozulmuşdur. Həmin nikahdan da X5 Minayə və Elsevər adlı iki uşağı anadan olmuşdur. O, Minayənin Türkiyə Respublikasında olduğunu bilsə də, onun harada olmasına dair dəqiq ünvanı və digər məlumatları bilmir. X9 isə 9 aylıq olanda 1992-ci ildə yaşadıqları ünvanda yatarkən vəfat etmişdir. Həmin vaxt Elsevərin hansı səbəbdən ölməsini bilməmişdir. O, Elsevərin cənazəsini görmüş, dəfnində və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, X12 onun qardaşıdır. M.T.Mustafayev ilk dəfə X14 ilə nikaha girmiş, həmin nikahdan Minayə və Elsəvər adlı iki uşaq doğulmuşdur. Elsevər anadan olduqdan sonra 1 ildən az müddət ərzində yaşamış və vəfat etmişdir. O, Elsevərin cənazəsini görmüş, hətta dəfinində və hüzr mərasimində iştirak etmişdir. Elsevər Gəncə və Şəmkir şəhərləri arasında «Nadel» adlandırılan uşaq məzarlığında dəfn olunmuşdur. İşdə olan XVİİ-ЖГ seriyalı 382092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə anadan olmuş Ərizəçi atası X12, anası X6r. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/8-70-M-405/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X3 atası X12, anası X7r. İşdə olan Vİ-ЖГ seriyalı 277877 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 arasında olan nikah xx.xx.1993-cü il tarixdə 727 akt qeyd nömrəsi ilə Maraqlı şəxsndə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 356331 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-293 nömrəli məktubun surətindən görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ET *** dövlət qeydiyyat nişanlı «Ford Escape» minik markalı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi» X23 «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X22 uşaq xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-37-2/3-183/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X3 1992-ci il tarixdə vəfat etməsi ilə bağlı ölüm haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1991-cı ildə anadan olmuş X3 xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1991-cı ildə anadan olmuş X3 xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1991-cı ildə Gəncə şəhərində anadan olmuş X3 xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1881/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1881/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver