Məhkəmə qərarları › İş №2(125)-1895/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1895/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1895/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyun 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 24 iyul 1985-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, mərhum X7 onun həyat yoldaşıdır və onunla 14.*4.1982-ci il tarixdə Gəncə (Kirovabad) şəhər VVAQ şöbəsində nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahlarından dörd uşaqları anadan olmuşdur. Onun mərhum həyat yoldaşı X7 *4 iyul 1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş , 27 oktyabr 2*2*-ci il tarixdə vəfat etmişdir. 18 iyun 1985-ci il tarixdə anadan olmuş qızı X5, 24 iyul 1985-ci il tarixdə vəfat etmiş və körpə olduğundan ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda mərhum qızı Mətanətin adı ailə tərkibində qaldığı üçün problemlər yaradır. O, 24 iyul 1985-ci il tarixdə vəfat etmiş X2 ölmü barədə Maraqlı şəxsnə müraciət etmiş və ona bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X4 arvadıdır. Onun qardaşı X7 2*2*-ci ildə vəfat etmişdir. Onun mərhum X7 ilə Ərizəçi dörd uşaqları olub. Onun qardaşı X4 18 iyun 1985-ci il tarixdə anadan olmuş övladı X5 24 iyul 1985-ci il tarixdə vəfat etmişdir. O, qardaşı Arzuman və anaları X1 aparıb köhnə “Səviskar” qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Ərizəçi mərhum həyat yoldaşı X4 dayısı qızıdır, eyni zamanda yaxın qonşudur. Ərizəçi ilə mərhum X4 dörd uşaqları olmuşdur. Uşaqlardan 18 iyun 1985-ci il tarixdə anadan olmuş X5 24 iyul 1985-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1* ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum qaynı X4 arvadıdır. Ərizəçi ilə mərhum X4 dörd uşaqları olub. Uşaqlardan 18 iyun 1985-ci il tarixdə anadan olmuş X5 anasının qucağında dünyasını dəyişib. X5 24 iyul 1985-ci il tarixdə vəfat etmişdir. 18.*8.2*22-ci il tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda, X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. 27.1*.2*2*-ci il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 27 oktyabr 2*2*-ci il tarixdə vəfat etmişdir. 14.*4.1982-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Zalıyeva (Osmanova) Şəfəq Baba qızının nikahları 14 aprel 1982-ci il tarixdə 431 nömrəli akt qeydi ilə bağlanmışdır. 18.*8.2*22-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X7 ilə Ərizəçi birgə nikahlarından 18 iyun 1985-ci il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadəsi ilə təsdiq olundu ki, ərizəçinin qızı 18 iyun 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X5 24 iyul 1985-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 18 iyun 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 24 iyul 1985-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-22*, 227, 233, 3*7,.2, 3*7.2.3, 311, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 iyun 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X2 24 iyul 1985-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 1** (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar