Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1911/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1979-cu il tarixdə anadan olmuş X3 xx.xx.1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X5 onun qızıdır. X5 xx.xx.1979-cu ildə anadan olmuş, «qızılca» keçirdiyi xəstəliyi nəticəsində xx.xx.1997-ci il tarixdə ölmüş və Tovuz rayonu, Əhmədabad kəndi ərazisində yerləşən kənd qəbirstanlığına dəfn edilmişdir. S.F.Vəliyevanın ölümünə dair Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın xx.xx.2024-cü il tarixli, 275 nömrəli arayışında qeyd aparılmışdır. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan adlarına olan hər hansı əmlaka dair sənədləşmə işləri apararkən mərhum qızının razılığı tələb olunmuşdur. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək, X3 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. Lakin həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının arvadı, X5 isə qardaşının qızıdır. X3 təxminən 1997-ci ilin qış aylarında Gəncə şəhərində vəfat etməsini xatırlayır. O, X3 dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının arvadı, X5 isə qardaşının qızıdır. X5 1979-cu il tarixdə anadan olmuş və xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X5 xəstəxanda 1 həftə qaldıqdan sonra evə gəlmiş və 1 saat sonra isə vəfat etmişdir. X5 vəfat etdikdən sonra Tovuz rayonu, Əhmədabad kəndində yerləşən qəbirstanlıqda atasının və nənəsinin yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı, X5 isə bacısı qızıdır. X5 1979-cu ilin yay aylarında anadan olmuş və xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. O, X3 vəfatından sonra dəfn hazırlıqlarında iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı, X5 isə bacısı qızıdır. S.F.Vəliyeva xx.xx.1997-ci ildə Gəncə şəhərində vəfat vermişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 265457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Tovuz rayonundaanadan olmuşdur. X3 atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Gəncə şəhər Birləşmiş Xəstəxanası» Publik hüquqi şəxs Gəncə şəhər Z.Məmmədov adına xəstəxana tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 275 nömrəli arayışın surətindən görünür ki, X5 xx.xx.1997-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsində «Qızılca» və «Ağ ciyərin ödəmi» diaqnozları ilə stansionar müalicədə olmuş və xx.xx.1997-ci il tarixdə X2 ölümü baş vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-229 nömrəli məktubun surətindən görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş X3 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş X3 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 01 sentyabr 1979-cu ildə Tovuz rayonunda anadan olmuş X3 16 dekabr 1997-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1911/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1911/2024
19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver