Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1940/2022 02.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdim: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xalası X1 *3.12.1995-ci il tarixdə ölməsi faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən habelə ərizəçinin göstərdiyi fakt ərizəyə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapdığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,11.*8.2*22-ci il tarixli,3*396 nömrəli qəbzdən görünür ki, dövlət rüsumu X5 tərəfindən ödənilmişdir. Və sözügedən qəbz elektron sistemdə istifadə olunmuş statusu ilə görünür. Bununla yanaşı ərizəyə əlavə olunmuş Azərbaycan Səhiyyə Nazirliyi 1 nömrəli psixiatriya xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, ərizəçinin göstərdiyi fakt həmin arayışda əks olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15*.*.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(125)-1940/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1940/2022
02.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver