Məhkəmə qərarları › İş №2(125)-1966/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1966/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1966/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpağın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpağın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Mərdan Musayev küçəsi, 3 saylı mülkü zəbt edilmiş 86 kvadratmetr torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpağın boşaldılmaqla ona təhvil verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mübahisəli torpağın yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən almışdır. O, evi alan zaman Yusif Namiqi çağırıb bildirmişdir ki, “86 kvadratmetr torpağı əlindən almır, indi torpağı satır, torpağı alan şəxs nə vaxt tələb etsə, torpağı qaytar”. Cavabdeh isə torpağı qaytarmaq istəmir. Ona görə də cavabdeh ona məxsus 85 kvadratmetr torpaq sahəsindən çıxarılmalı və torpaq boşaldılmaqla ona təhvil verilməlidir. İddia ərizəsinə əlavə etdiyi texniki pasportdan da məlum olur ki, cavabdeh ona məxsus 85 kvadratmetr torpaq sahəsindən gediş yolu kimi istifadə edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ümumi sahəsi 119,60 kvadratmetr olan ünvan 1 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi ona məxsusdur. Həmin 0,04 ha torpaq sahəsini Asif adlı şəxsdən almışdır. Torpaq sahəsini alan zaman Asif adlı şəxs təxminən 80 kvadratmetr torpaq sahəsini qonşusu Namiqin müvəqqəti istifadəsinə verdiyini ona demiş, sonra Cavabdeh yanına çağıraraq, sözügedən torpaq sahəsindən müvəqqəti istifadə etməsini bildirmişdir. Özü də Cavabdeh həyətyanı torpaq sahəsinin gediş-gəliş yolu olmadığı üçün müvəqqəti olaraq ona məxsus torpaq sahəsinin bir hissəsindən istifadə etməsinə şərait yaratmışdır. Həmçinin, Cavabdeh məxsus həyətyanı torpaq sahəsinin gediş-gəliş yolunun olmaması məsələsinin həll edilməsi məqsədi ilə ona köməklik göstərməyi təklif etsə də, o, bununla razı olmamışdır. Hal-hazırda cavabdeh ona məxsus torpaq sahəsini mənimsəmiş, zəbt etmiş və oradan öz mülkiyyəti kimi istifadə edir. O, cavabdehin istifadəsində olan və çıxarışla özünə məxsus olan ərazini hasarlamaq istəsə də cavabdeh ona maneə yaratmışdır. Dəfələrlə o, cavabdehdən torpağından çıxmasını tələb etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Cavabdehin bu qanunsuz əməlləri səbəbindən o, mülkiyyətində olan torpaq sahəsini cavabdehdən geri ala bilmir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən 10 ildən artıq müddətdir ki, istifadə edir. Qonşu kimi İddiaçı torpaq sahəsi aldığını və həmin torpağın harada başlayıb, harada bitməsini bilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin əvvəlki sahibi həyətindən kəsib ona yol vermişdir. O da həmin sahədən uzun illərdir ki, istifadə edir. Hətta iddiaçıya mübahisəli ərazini satın almağı təklif etsə də iddiaçı bununla razılaşmamışdır. Onun evinə gedib gəlmək üçün alternativ yolu yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumi sahəsi 119,60 kvadratmetr olan Gəncə şəhəri, Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6618 nömrəli ekspert rəyindən görünür ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir. İddiaçı adına qeydə alınmış **********03- 10301 reyestr nömrəli texniki pasportun, torpaq sahəsinin planı səhifəsində, bu barədə qeyd olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********66-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 169,3 kvadratmetr olan ünvan 2 ünvanı və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, Cavabdeh xüsusi mülkiyyətindədir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, ümumi sahəsi 119,60 kvadratmetr olan ünvan 1 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qonşusudur. İddiaçı ona məxsus olan 0,04 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi və zəbt edilməsini əsas gətirərək, məhkəmə iddia qaldırmışdır. Ekspert rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 119,60 kvadratmetr olan ünvan 1 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla, İddiaçı mülkiyyətindədir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6618 nömrəli ekspert rəyinə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh, öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin qanunsuz istifadəsində və qanunsuz sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olduğu halda cavabdehin mübahisəli torpaq sahəsinin göstərilən hissəsi üzərində sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kvadratmetr hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. Məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar