Məhkəmə qərarları › İş №2(125)-1981/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1981/2025

01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1981/2025 01.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X7 xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı (əvvəlki adları: Alabaşlı, Qasım İsmayılov) kəndində ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, mərhum qardaşı X16 xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş və xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində ölmüş, həmin kəndin qəbirstanlığında da dəfn edilmişdir. Lakin valideyinləri həmin vaxt laqeydsizlik edərək mərhum Ə.M.Rüstəmovun ölüm haqqında şəhadətnaməsini almamışdır. Onun anası X5 isə xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzil mərhum anasının mülkiyyətində olmuşdur. S.M.Quliyevanın ölümündən sonra o, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də qanuni vərəsə hesab edilən mərhum qardaşı X7 ölüm haqqında şəhadətnaməsi olmadığından notariat hərəkətinin aparılmasından imtina edilmişdir. O, həmin məsələ ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü təsdiq edən heç bir tibbi sənəd olmadığından xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X11 ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəçinin xahişinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, 1964-cü il tarixdə anadan olduğu vaxtdan Şəmkir rayonunun, Ağlavaşlı kəndində yaşayır. X17 və X5 onun qonşuluğunda yaşamışlar. X1 onun bacısıdır. Həmin şəxslərin Toğrul, Vəfa,Teymur və Əli adlı uşaqları olmuşdur. Onun bacısı S.M.Quliyevanın oğlu X16 1994cü ilin oktyabr ayında yaşadıqları evdə ölmüşdür. X16 anadan olduğu vaxtdan səhətində problemlər olmuş, daimi olaraq yataq şəraitində yaşamışdır. O, X7 dəfnində və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, 1969-cu ildə anadan olduğu vaxtdan Ərizəçi qonşuluğunda, yəni Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. Ərizəçi atası X17 da o, uşaq olarkən orada yaşamışdır. X9, X12, Ərizəçi və X2 Mehman Əli oğlunun və X3 övladları olmuşdur. X16 1994-cü ilin oktyabr ayında vəfat etmişdir. Ə.M.Rüstəmov anadan olarkən səhətində ciddi çətinliklər olmuş, anadan olduqdan vəfat etdiyi tarixədək yataq şəraitində yaşamışdır. O, X7 dəfnində və hüzr mərasimində iştirak etmişdir. İşdə olan İİİ-ЖГ seriyalı 447690 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X5 arasında olan nikah xx.xx.1985-ci il tarixdə 17 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Xİ-ЖГ seriyalı 403580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə anadan olmuş X7 atası X17, anası isə X4r. İşdə olan Xİİİ-ЖГ seriyalı 310033 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş Ərizəçi atası X17, anası isə X4r. İş materiallarında olan AZ-İİ seriyalı 374132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ seriyalı 373984 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 15351 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 50, mənzil 2 ünvanında yerləşən mənzil X3 mülkiyyətindədir. İşdə olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 09 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1986-c il tarixdə anadan olmuş, xx.xx.1994-cü il tarixdə vəfat etmişdir və Şəmkir rayonu, Ağlavaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-14-144 nömrəli məktubun surətindən görünür ki, X7 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi ərazi bölmələrini idarəetmə birliyi»nin «Şəmkir rayon Mərkəzi xəstəxanası» X24 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-73/2-152/2025 nömrəli məktubundan görünür ki, Şəmkir rayon sakini xx.xx.1986-cı il təvəllüdlü X11 Şəmkir rayon Mərkəzi xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-174/2-059992/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X7 Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış hər hansı müraciəti aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-13-968/2025 nömrəli məktubun surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və başqa heç bir akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş X7 xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş X7 xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş X7 xx.xx.1994-cü il tarixdə Şəmkir rayonu, Ağlavaşlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar