Məhkəmə qərarları › İş №2(125)-1986/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1986/2025

26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1986/2025 26.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, ərizəçi Musayeva (Qarayeva) Zəminə Yusif qızının “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Musayeva (Qarayeva) Zəminə Yusif qızı, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası – xx.xx.1946-cı il təvəllüdlü X3 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi (ölməsi) faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə xx.xx.1946-cı il təvəllüdlü Qarayeva (Həsənova) Səmaya Mehralı qızı ərizəçinin anasıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, anası X9 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Anasının adına torpaq sahəsi vardır, hazırda o, həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etmiş, lakin notariat kontoru anasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Maraqlı şəxs isə anasının ölümü barədə tibbi arayış olmadığı üçün ölüm haqqında qeydiyyat aparmaqdan imtina etmişdir. Beləliklə, o hüquqlarından istifadə edə bilmir. X19 şizofreniya xəstəliyindən əziyyət çəkmişdir və o, xx.xx.2002-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş 76 ünvanında yerləşən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə yerləşdirilmişdir. Ölən günə qədər də orada yaşamışdır. Onun anasının xx.xx.2008-ci il tarixdə vəfat etməsini 4 saylı psixonevroloji sosial xidmət müəssisəsi X23 tərəfindən verilmiş arayışdan da görmək olar. Eyni zamanda qəbir daşının fotoşəklini də ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, anası Qarayeva (Həsənova) Səmaya Mehralı qızı xx.xx.1946-cı ildə Tərtər rayonunda anadan olmuş, uzun illərdir əziyyət çəkdiyi psixi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Mərhum anasının əvvəl soyadı “Həsənova” olmuş, atası ilə nikaha daxil olduqdan sonra isə soyadı “Qarayeva” olmuşdur. Anası vəfat etdikdən sonra atası Şəkili olduğu üçün Şəki şəhərində dəfn olunmuşdur. Hazırda anasının adına olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qeyd olunan hüquqi faktın məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət vardır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, ərizəçi onun anası, mərhum Qarayeva (Həsənova) Səmaya Mehralı qızı isə nənəsidir. Nənəsi sağ olanda onu görmüşdür, nənəsi uzun müddət əziyyət çəkdiyi xəstəlikdən xx.xx.2008-ci ildə Gəncə şəhərində sosial xidmət müəssisəsində vəfat etmiş, Şəki şəhərində dayısının yanında dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1946-cı il təvəllüdlü Qarayeva (Həsənova) Səmaya Mehralı qızının xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində sosial xidmət müəssisəsində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-146 nömrəli, xx.xx.2025-ci il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, hazırda X4 ölüm haqqında tibbi şəhadətnaməsinin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan başqa, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum anası X4 qəbir daşının çəkilmiş fotoşəkilini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin 4 saylı Psixonevroloji sosial xidmət müəssisəsi Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-3/2-M-42700/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X9 həqiqətən xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixədək Gəncə şəhər Kəpəz rayonu Qurtuluş 76 ünvanında yerləşən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsində yaşayıb və xx.xx.2008-ci il tarixdə vəfat etmiş, diaqnozu şizofreniya paranoid forma olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 264 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü Ərizəçi həqiqətən Gəncə şəhəri, Əlvan Metal ASC-nin ərazisində qeydiyyatsız yaşayır. İş materiallarına X6 məxsus XV-ЖГ seriyalı, 506160 nömrəli, xx.xx.1980-ci il tarixli Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının pasportu əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 32411/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X12 Qarayev ilə nikahı və nikahının pozulması, eləcə də övladları Mədinə Qarayevanın, Məhəmməd Qarayevin, Əkbər (İlyas) Qarayevin (akt qeydinin birinci və ikinci nüsxəsində uşağın adı fərqli qeyd olunmuşdur), Nizami Qarayevin, Zəminə Qarayevanın və Qədir Qarayevin doğumu haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-13- 1069/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1946-cı il təvəllüdlü X9 barəsində Maraqlı şəxs arxivində heç bir akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən əldə olunmuş məlumata əsasən X4 doğum və nikah akt qeydləri Tərtər rayon Qeydiyyat Şöbəsində, övladlarının doğum akt qeydləri isə Yevlax rayon Qeydiyyat şöbəsində aşkar edilmişdir. Nəzərə alınması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 3-13-57/2-13871/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1946-cı il təvəllüdlü X9 barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Qeydiyyat Məsələləri Şöbəsinina arxiv kartotekasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş, Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-519 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 ilə X5 nikahı haqqında Tərtər rayon Seydimli kənd icra nümayəndəliyində 03 may 1965-ci il tarixdə 17 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərin soyadı Qarayev, arvadın soyadı Qarayeva qeyd edilmişdir. X2 xx.xx.2018-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2018-ci ildə 1504 nömrəli akt qeydi ilə 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş, Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/69-440 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X10 06 fevral 1946-cı ildə Tərtər rayon Hüləbətli kəndində anadan olmuşdur, bu barədə 06 fevral 1946-cı il tarixdə Tərtər rayon Seydimli kənd icra nümayəndəliyində 03 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Həsənova Zərniyardır, valideynlərin milliyyəti azərbaycanlıdır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X18 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X23 tərəfindən verilmiş 13 may 2025-ci il tarixli, 18-1-37/3- 2128/2025 nömrəli ərizəçiyə cavab məktubundan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X8 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 06 fevral 1946-cı il təvəllüdlü Qarayeva (Həsənova) Səmaya Mehralı qızı ərizəçinin anasıdır və o, 07 yanvar 2008-ci il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də işin digər materialları ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. Qarayeva (Həsənova) Səmaya Mehralı qızının ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə əmlakına sərəncam vermək hüququnun həyata keçirilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 fevral 1946-cı il təvəllüdlü Qarayeva (Həsənova) Səmaya Mehralı qızının 07 yanvar 2008-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar