Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2047/2025 28.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında imzalanan və Gəncə şəhərində fəaliyyət göstərən Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 təsdiq etdiyi MŞG/1MT007/2024-02175 saylı “Barışıq Sazişi”-nin 1-ci, 2-ci və 3-cü bəndlərinə əsasən Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edildiyi üçün sazişin məhkəmə qaydasında təsdiq edilib, birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızı və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının saxlanılması üçün ata Maraqlı şəxs məcburi qaydada hər ay 400 manat, cəmi 800 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib izahatında göstərdi ki, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2004-cü ildə Arzu və xx.xx.2007-ci ildə Gülcan adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə uşaqların təhsil müddəti bitənə kimi 800 manat məbləğində pulun ödənilməsi ilə bağlı mediasiya prosesində qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlasalar da, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 297153 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahları xx.xx.2004-cü ildə Bərdə rayon Kələntərli kənd İƏDÜ nümayəndəliyində 28 nömrə ilə qeydə alınmışdır. AZ-İV 193919 nömrəli və AZ-İV 171225 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü ildə Arzu və xx.xx.2007-ci ildə Gülcan adlı uşaqları anadan olmuşdur. 288 nömrəli tələbə biletinin surətindən görünür ki, Babaşova Gülcan Yahya qızı 2022-ci ildən etibarən Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecdə dizayn (interyer, qrafik) ixtisası üzrə əyani formada təhsil almaqdadır. xx.xx.2024-cü il tarixdə verilmiş, 2382 nömrəli tələbə biletinin surətindən görünür ki, Arzu Babaşova Azərbaycan Milli Konservatoriyasında ifaçılıq fakültəsində vokal sənəti (milli vokal) ixtisası üzrə əyani formada təhsil almaqdadır. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs öz aralarında birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızının və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının təhsil müddətləri bitənə qədər ata Maraqlı şəxs hər birinə hər ay 400 manat olmaqla, cəmi 800 manat pulu ana X1 bank kartına göndərmək üçün razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüş, birinci tərəf X3 birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızının və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının təhsil müddəti bitənə kimi saxlanılması üçün ata Maraqlı şəxs xx.xx.2024-cü il tarixi daxil olmaqla hər ay hər birinə 400 manat olmaqla, cəmi 800 manat pulu ana X2 aid bank kartına göndərməsinə razılaşdığını bildirmiş, ikinci tərəf Maraqlı şəxs isə bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış: 1.Tərəflər Ərizəçi Maraqlı şəxs öz aralarında birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızı və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızına təhsil müddətləri bitənə qədər ata Maraqlı şəxs hər birinə hər ay 400 manat olmaqla, cəmi 800 manat pulu ana X1 bank kartına göndərmək üçün razılıq əldə etmələri və öz üzərlərinə öhdəlik götürmələri;
2. Birinci tərəf X1 birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızı və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının təhsil müddəti bitənə kimi saxlanılması üçün ata Maraqlı şəxs xx.xx.2024-cü il tarixi daxil olmaqla hər ay hər birinə 400 manat olmaqla, cəmi 800 manat pulu ana X2 aid bank kartına göndərməsinə razılaşdığını bildirməsi;
3. İkinci tərəf Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Babaşova Arzu Yahya qızı və xx.xx.2007-ci il təvəllüdlü Babaşova Gülcan Yahya qızının təhsil müddəti bitənə kimi xx.xx.2024-cü il tarixi daxil olmaqla hər ay hər birinə 400 manat olmaqla, cəmi 800 manat pulu ana X2 aid bank kartına göndərmək üçün öz üzərinə öhdəlik götürməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/02175 nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cavid Tağıyev