Məhkəmə qərarları › İş №2(125)-2048/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2048/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2048/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) şəxsin doğumu və ölməsi faktlarının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, babası X9 1938-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi ata tərəfdən babası olan X11 məxsusdur. Babası İsa 1938-ci ildə, İİ Dünya Müharibəsindən qabaq ölmüş, amma hansı səbəbdənsə ölümü qeydə alınmamışdır. Babasından 4 yaşayış evi qalmışdır. Hazırda həmin evlərdən biri onun, qalanları isə üçüncü şəxslərin sahibliyindədir. ünvan 2 ünvanda xx.xx.1982-ci il tarixdə vəfat etmiş X6nun ailəsi, yəni atasının özü, anası X13 və o, Ərizəçi yaşamışdır. Anasının xx.xx.1999-cu il tarixdə baş vermiş ölümündən sonra həmin ev onun sahibliyinə keçmişdir. Orada o, öz ailəsi ilə yaşayır və sahiblik edir. O, yaşa dolur. Övladlarının ondan sonra əziyyət çəkmələrini istəmir. Odur ki, babasına məxsus olan, ondan atasına, atasından isə ona miras qalan evə dair hüquqverici sənədlər almaq istəyir. Lakin babası İsanın ölüm qeydi olmaması ona bu imkanı vermir. Başqa sözlə, babasının ölüm faktının müəyyən edilməsinə ehtiyac yaranmışdır. O, babasının ölümünü qeyd etdirmək üçün Gəncə şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən olunur. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ata tərəfdən babası olan X9 1892-ci ildə doğulması və 1938-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun izahat verərərk, təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Maraqlı şəxs3 iştirak etmiş, ərizədə qeyd edilənlərin real olduğunu və bu məsələ ilə bağlı babası X9 vərəsələri arasında heç bir mübahisənin olmadığını bildirmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin Maraqlı şəxs3 izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X15 05 sentyabr 1982-ci ildə ölmüşdür. İşin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1931-ci ildə anadan olmuşdur. X4, anası X5r. İşin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə anadan olmuşdur. X6, anası X7r. İşin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 1927-ci ildə X10 adlı şəxslə rəsmi nikah bağlamışlar. İşin materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 5 dekabr 1978-ci ildə X10 adlı şəxslə rəsmi nikah bağlamışlar. İşin materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 15 fevral 1980-ci ildə ölmüşdür. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1977-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X9 adına qeyd edilmişdir. xx.xx.1988-ci ildə aparılmış inventarizasiya işləri zamanı texniki pasport X9 adına işlənilmiş, fərdi yaşayış evi tikili “A” 46.7 kv.m olan zirzəmidən, "B”-da ümumi sahəsi 61.5 kv.m, yaşayış sahəsi 27.3 kv.m olan bir yaşayış otağından, tikili ‘V”-də ümumi sahəsi 68.9 kv.m, yaşayış sahəsi 59.3 kv.m olan üç yaşayış otağından, tikili Q”-də ümumi sahəsi 60.3 kv.m, yaşayış sahəsi 26.5 kv.m olan bir yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 506.0 kv.m olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmədə şahid X2 ifadə verərək, göstərmişdir ki, Ərizəçi onun əmisi qızıdır. X3 isə onun babasıdır. O, babasını görməmişdir. Atasının ona deməsinə görə babası 1938-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi babası X14 1892-ci ildə anadan olmuş və 1938-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi babası X9 1892-ci ildə doğulması və 1938-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar