Məhkəmə qərarları › İş №2(125)-2049/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2049/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2049/2025 21.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə vasitəsilə “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə anadan olmuş övladı X2 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı-xx.xx.1979-cu il tarixdə anadan olmuş X5 il 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda vəfat etmişdir. Uşağı anadan olan vaxtdan etibarən xəstə uşaq olmuş, tez-tez xəstələnmişdir. Qan azlığı, halsızlıq olmuş, lakin dəqiq diaqnoz qoyulmamışdır. Hazırda düşünür ki, o, qan xərçəngi və ya leykoz xəstəliyindən əziyyət çəkirmiş.Uşaq öldüyü zaman uşağa ölüm şəhadətnaməsi almamışdır. Uşaq Ucar rayonu Məlikballı kənd qədiristanlığında dəfn edilmişdir. Hazırda pensiya məsələlərinin həll edilməsi üçün övladının ölüm şəhadətnaməsi tələb olunur. Həmçinin, gələcəkdə vərəsəlik məsələləri ilə bağlı digər övladlarının heç bir problemlə qarşılaşmaması üçün xx.xx.1979cu il tarixdə anadan olmuş X2 ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmədə Ərizəçi qqızının nümayəndəsi vəkil Nümayəndə iştirak edərək, ərizənin məzmununda izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs-Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 ifadə verərək, göstərmişdir ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş övladı X5 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölmüşdür. Onu Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəmədə digər şahid X3 da ifadə verərək, Ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin xx.xx.1979-cu il tarixdə anadan olmuş övladı X2 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölməsini, onun Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilməsini təsdiq etmişdir. Məhkəmədə digər şahid X7 da ifadə verərək, Ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin xx.xx.1979-cu il tarixdə anadan olmuş övladı X2 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölməsini, onun Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilməsini təsdiq etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi vəkil Nümayəndə izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X6, anası isə Ərizəçidır. Qeyd edilən sübutdan müəyyən olunur ki, Ərizəçi barəsində ərizə verilən X2 anasıdır və hazırki ərizə ilə məhkəməyə müraciət emək hüququ vardır. İşdə olan Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən X4 ünvanlanmış 04.02 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Mülki işin materiallarında olan, Ucar rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd İƏD üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, X5 27 fevral 1988-ci il tarixdə Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilmişdir Beləliklə, məhkəmədə iclasında ərizəçinin nümayəndəsinin izahatı, ifadə vermiş şahidlərin ifadələri və iş materialları ilə təsdiq olundu ki, Ərizəçi övladı-xx.xx.1979-cu il tarixdə anadan olmuş X5 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölmüş və Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilmişdir. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən mərhum X2 ölümü haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş X2 27 fevral 1988-ci il tarixdə Ucar rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar