Məhkəmə qərarları › İş №2(125)-2069/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2069/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2069/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı – Qazax rayonunun Çaylı kəndində anadan olmuş xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X10 xx.xx.1979-cu il tarixdə doğulmuşdur, atası – X6, anası – X4r. X10 ərizəçinin qardaşıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.1979-cu ildə anadan olmuş qardaşı X10 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Qardaşı Göygöl şəhər 1 saylı şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt başlar qarışıq olduğundan indiyədək qardaşının xx.xx.1999-cu il tarixdə vəfat etməsinə dair şəhadətnamə almamışlar. X1 barəsində ölüm şəhadətnaməsi almaqdan ötrü Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən müraciətinə cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinini 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssisəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən təsdiq edilir. Ona görə ölüm faktının müəyyən edilməsi üçün ərazi üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 xx.xx.1999-cu il tarixdə vəfat etməsi faktını şahidlər təsdiq edirlər. X2 15 yanvar 2013-cü il tarixdə, anası X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Anasının vəfatından sonra onun adına olmuş avtomobilə miras açılmışdır. Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi barədə arayışda X1 vəfat etməsi barədə məlumat göstərilməmişdir. X1 xx.xx.1999-cu il tarixdə vəfat etməsi faktını müəyyən etdirməkdə məqsəd onun həmin tarixdə yaşadığı evdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə almaqdan ibarətdir. Həmin sənədi məhkəmədən kənar qaydada almaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, qardaşı X10 1999-cu ilin sentyabr ayında elektrik cərəyanı vurması nəticəsində ölmüşdür, anasının vəfatından sonra onun adına olmuş avtomobilə miras açılmışdır. Ailə tərkibi barədə arayışda isə X1 adı göstərilsə də, vəfat etməsi barədə məlumat göstərilməmişdir. Həmin avtomobili öz adına rəsmiləşdirmək istəyir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi və mərhum X3 qonşusu olmuşdur, mərhum İlham Gəncə şəhərində digər qonşunun məhləsində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür, mərhum İlham ölərkən subay idi, öldükdən sonra Xanlar qəbiristanlığında dəfn olunub, dəfnində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, mərhum X10 onun qardaşıdır, mərhum qardaşı İlham xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində qonşu məhlədə elektrik xətlərinin qırılıb onun üzərinə düşməsi nəticəsində ölmüş, hadisə zamanı qonşunun iki baş quzusu da tələf olmuşdur, mərhum qardaşı İlham ölərkən subay idi, 20 yaşı olardı, öldükdən sonra onu Xanlar qəbiristanlığında dəfn etmişlər. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1979-cu ildə doğulmuş X3 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində ev şəraitində vəfat etməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/09İS/005443-24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2024cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən onun əri X6 (xx.xx.2013-cü ildə vəfat edib) və 4 övladı – Ərizəçi, Şahid2, X8 və X10 olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, İİ-ЖГ seriyalı, 312380 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Kirovabad şəhərində anadan olmuşdur, atası – X6, anası – X4r. İş materiallarına əlavə edilmiş, Vİ-ЖГ seriyalı, 456116 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur, atası – X6, anası – X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 763193 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 387237 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə “ağciyərürək çatmamazlığının digər dəqiqləşdirilməmiş formaları” səbəbindən ölmüşdür. Bundan başqa, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum X1 qəbir daşının çəkilmiş fotoşəkilini təqdim etmişdir. İş materiallarında olan Göygöl Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş Göygöl rayonu, Göygöl bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli arayışında qəbir daşına istinad edilərək bildirilmişdir ki, Ərizəçi mərhum qardaşı X10 xx.xx.1999-cu il tarixdə Göygöl şəhər 1 saylı qəbirstanlıqda dəfn edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X11 cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1979-cu il təvəllüdlü X10 R.Allahverdi oğlu küçəsi, ev 3A ünvan üzrə Gülüstan ASM-ə həmin ərəfədə və ya ondan əvvəl müraciət etməmiş, ambulator tibbi kitabçası olmamış, onun xəstəliyi, zədəsi, vəfat etməsi barədə heç bir məlumat qeydə alınmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamış, bunun üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-350 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəçiyə cavab məktubundan görünür ki, avtomatlaşdırılmış informasiya sistemi və Qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında akt qeydi kitabları yoxlanılmış, lakin X3 ölümü haqqında akt qeydi aşkar olunmamış, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1979-cu il təvəllüdlü X10 ərizəçinin qardaşıdır və o, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində ev şəraitində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum anasından miras qalmış əmlakın - avtomobilin qəbul edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə doğulmuş X3 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar