Məhkəmə qərarları › İş №2(125)-2082/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2082/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2082/2024 21.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X35 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X7 1963-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X23 08 may 1941-ci il tarixdə anadan olub, 09 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. Atasından qalmış mülkün sənədləşməsi ilə əlaqədar ailə tərkibi barədə arayış almaq üçün 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinə müraciət emişdir. Müraciətinə cavab olaraq 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzi tərəfindən təqdim edilmiş arayışda ona tanış olmayan 3 nəfər şəxsin adını görmüş, hansı ki, eyni soyad və eyni ata adı qeyd olunmuşdur. Həmin şəxslər aşağıda adları qeyd olunan şəxslərdir. X18-(xx.xx.1962). X19- (xx.xx.1966), (xx.xx.2018 vəfat edib). X13 - (xx.xx.1968). Atasının qardaşı Yevlax rayonu, Tanrıqullar kəndində yaşayan X10 müraciət edərək bu barədə ona məlumat verməsini xahiş etmişdir. Əmisi hesab etdiyi Zeynalov Qalib ona bildirmişdir ki, atasının əvvəllər ailəsi olmuşdur və həmin xanımla boşanmışdır. Həmçinin atasının X11 ilə evliliyindən üç oğlu olduğunu bildirmişdir. X14 X11 barədə verdiyi müəyyən məlumatları əsasında onunla atabir olan Rövşən adlı qardaşını taparaq onunla tanış olmuşdur. Söhbət əsnasında Rövşənin bildirdiyinə görə yaşca özündən böyük iki qardaşı 10 dekabr 1962-ci il təvəllüdlü X18 anadan olandan qısa müddət sonra, 02 dekabr 1966-cı il təvəllüdlü X20 isə 27 dekabr 2018-ci il tarixdə vəfat etmişlər. Ancaq 10 dekabr 1962-ci il tarixdə anadan olmuş X18 bir yaşı tamam olmamış vəfat etmişdir. Onu heç bir ölüm haqqında şəhadətnamə almadan dəfn etmişlər. Bu barədə atasının əvvəlki həyat yoldaşı X11 oğlu Rövşənin sualına cavab olaraq bildirmişdir. X7 ölüm haqqında şəhadətnaməsinin surətinin ona təqdim olunmasına dair Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəsinə cavab olaraq avtomatlaşdırılmış informasiya sistemi və qeydiyyat şöbəsində saxlanılan ölüm haqqında qeydlər kitabı yoxlanılmış, lakin X7 ölümü haqqında akt qeydi aşkar olunmadığı müəyyən edilmişdir. Hazırda qardaşı X8 məxsus olan daşınmaz əmlakı vərəsəlik üzrə əldə etmək üçün birinci növbə vərəsələrin müvafiq sənədləri notariat orqanına təqdim edilməlidir. X7 ölüm haqqında şəhadətnaməsi olmadığından vərəsəliklə bağlı sənədləşmə işlərini həyata keçirə bilmir. Ona görə də X7 ölüm faktının müəyyən edilməsinə dair məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilən X15 ifadəsində göstərdi ki, mərhum Zeynalov Rafiq yoldaşı olmuşdur. Onların Rövşən, Rəhim, Xalik və Eldar adlı 4 uşaqları anadan olmuşdur. Xalik 8 aylıq olarkən soyuqdəymədən vəfat etmiş, Eldar 2 yaşında mannıdan zəhərlənib dünyasını dəyişmişdir. Xalik 1 yaşında ölmüş, onu qayınanası dəfn etmişdir. Zeynalov Rafiqin çox sayda yoldaşı olduğuna görə ailəsi dağılmışdır. Məhkəmə iclasında şahid qismində dinlənilən X13 ifadəsində göstərdi ki, 4 qardaş olmuşdurlar. Xalik 1 yaşında rəhmətə getmişdir. Onun rəhmətə getdiyini söhbətlərdən eşitmişdir. 4 qardaşdan yanlız o sağ qalmışdır. Ramingil isə 2 qardaş olmuşdur. Ruslan da rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/001608-24 nömrəli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X16 barəsində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlar içərisində atası X24 (xx.xx.2007-ci ildə vəfat edib), anası X4 (xx.xx.2016cı ildə vəfat edib), qardaşı X18, qardaşı X20 (xx.xx.2018-ci ildə vəfat edib), qardaşı X13 və qardaşı Ərizəçi müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X7 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Vİ-JQ 347072 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1979-cu ildə anadan olmuş Ərizəçi ata qarafasında X23, ana qarafasında isə X1 qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Z-956/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş X7 ata qrafasında X23, ana qrafasında isə X3 qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. AZ-İİ 281532 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2023-cü ildə ölmüşdür. AZ-İ 851545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə ölmüşdür. AZ-İ 230168 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2007-ci ildə ölmüşdür. Maraqlı şəxs tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-771/2024 nömrəli məktubdan görünür ki, X7 xx.xx.1963-cü il tarixli, 4997 saylı doğum haqqında akt qeydinin surəti məhkəməyə göndərilmiş, X7 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.1963-cü il tarixli, 4997 nömrəli doğum aktı qeydinin surətindən görünür ki, xx.xx.1962-ci ildə anadan olmuş X7 ata qrafasında X23, ana qrafasında isə X3 qeyd edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin atası X12 X11 ilə olan nikahından X21, X19, X13 anadan olmuş, X2 olan nikahından X16 və Ərizəçi anadan olmuşdur. Ərizəçi ögey qardaşı X9 ölüm faktını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün qardaşı X5 miras qalmış əmlakı qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. (mad.307.2.8) MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qardaşı X18 1963-cü il tarixdə ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə anadan olmuş X7 1963-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar