Məhkəmə qərarları › İş №2(125)-2115/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2115/2023

14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2115/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 24.*3. 2*12-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası X2 24.*3.2*12-ci ildə ölmüşdür. Həmin vaxt yəni 24.*3.2*12-ci ildə anasının vəziyyəti ağırlaşarkən Gəncə şəhər TTYS-na müraciət etmişlər, həmin tarixdə TTYS-ın həkimləri gələrək diaqnoz qoyub tibbii yardım göstərsələr də anası həmin vaxt ölmüşdür. Həmin vaxtdan başları qarışıq olduğundan anasının ölüm şəhadətnaməsini ala bilməmişlər. Anasının ölümünü qeydə aldırmaq üçün Maraqlı şəxsnə müraciət etmiş tibbi şəhadətnamə olmadığından anasının ölümünü qeydə aldıra bilməmişdir. Anasının ölümünün qedə alınmasında məqsədi anasının evdən şeydiyyatdan çıxarmaqdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-T*22118 nömrəli doğum haqqında şəhadətnaməinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ana qrafasında X2 qeyd olunmuşdur. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi»X8 «Gəncə Şəhər Birləşmiş Xəstəxanası» PHŞ X5 Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 21.*2.2*21-ci il tarixli, 54 nömrəli arayışdan görünür ki, 24.*3.2*12-ci il tarixdə saat **:44-də X2 «xroniki qlomerulonefri, xroniki böyrək xəstəliyi V mərhələ. Renal anemiya. Aqonal vəziyyət» diaqnozu ilə vəfat etdiyi təsdiqlənmişdir. Maraqlı şəxs *9.*2.2*23-cü il tarixli, 3-16-5/8-T-15-117/2*23 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. AZE *4346119 nömrləri şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 *2.*7.1929cu ildə Gürcüstan Axaltsıx rayonunda anadan olub. Qəbirüstü abidənin fotoşəklindən görünür ki, X1 2*12-ci ildə öldüyü qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin anası X2 24.*3.2*12-ci ildə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi anası X1 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin anası X1 24.*3.2*12-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-22*, 227, 233, 3*7, 3*8, 311, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. *2.*7.1929-cu ildə anadan olmuş X1 24.*3.2*12-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar